Məhkəmə qərarları › İş №e-2(011)-6974/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6974/2024

14.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6974/2024 14.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X4, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mərhum X1 qızı və birinci dərəcə vərəsəsi olması, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42, 115 nömrəli mənzilin vərəsəlik qaydasında iddiaçı tərəfindən miras əmlak olaraq qəbul edilməsi və həmin mənzil üzərində mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddələrinin tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.7-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun qərarında məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. İş materiallarında olan 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən İddiaçı nümayəndəsi Vəkil ünvanlanan 13 avqust 2024-cü il tarixli 1807/2024 nömrəli məktubun surətindən görünür ki, İddiaçı doğuş haqqında şəhadətnaməsində ata qrafasında X2 qeyd edilmişdir. Odur ki, miras qoyan X1 vərəsəlik işi üzrə İddiaçı vərəsəliyə çağırılması üçün əsas yoxdur. İddiaçı iddia ərizəsində İddiaçı mərhum X1 qızı və birinci dərəcə vərəsəsi olması, həmçinin Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, ev 42, 115 nömrəli mənzilin vərəsəlik qaydasında iddiaçı tərəfindən miras əmlak olaraq qəbul edilməsi və həmin mənzil üzərində mülkiyyət hüququnun müəyyən edilməsini xahiş etsə də, məhkəmə hesab edir ki, X1 İddiaçı atası olması faktı müəyyən edilməli olduğundan, iddiaçı ilk növbədə atalığın etirafı tələbi ilə məhkəməyə, həmin fakt müəyyən edildikdən sonra müvafiq notariat orqanına müraciət etməlidir. Bununla yanaşı iddiaçı cavabdeh qismində Cavabdeh göstərsə də, ona qarşı yönələn tələbini göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsi müəyyən edir ki, əgər bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından 142213 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına 25 iyul 2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 151, 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən Hökümət ödəniş portalı vasitəsilə 142213 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına 25 iyul 2024-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən qüsuru aradan qaldırdıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar