Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6978/2025 29.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və X3 qarşı “lizinq müqaviləsi üzrə qalıq borcun qaytarılmasına” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və X3 qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçı "MONETRİ BOKT” MMC və Cavabdeh2 arasında bağlanmış 04 sentyabr 2023-cü il tarixli, ML/4166/2 nömrəli lizinq müqaviləsinə əsasən əsas borc üzrə cəmi 19102,29 manat qalıq borcun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 147,31 manat məbləğdə dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "MONETRİ BOKT” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq) ilə cavabdeh - Cavabdeh2 arasında 04 sentyabr 2023-cü il tarixli, ML/4166/2 nömrəli X5 bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh2 1 (bir) ədəd 2015-ci il buraxılışı olan “Mercedes Benz CLA 45 AMG” minik markalı, WDD1173521N234353 ban nömrəli nəqliyyat vasitəsi (lizinq obyekti) 22 (iyirmi iki)% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə lizinqə verilmişdir. Müqavilə üzrə lizinq məbləği 28.700 manat təşkil edir. Sözügedən müqavilə üzrə ödəniş cədvəlinə uyğun olaraq, lizinq alan xx.xx.2023-cü ildən xx.xx.2026-ci ilədək hər ayın 04-ü tarixində lizinq verənin bank hesabına 1096,07 manat məbləğdə lizinq haqqı ödəməli idi. 04 sentyabr 2023-cü il tarixli, ML/4166/2nömrəli Lizinqi Müqaviləsiüzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə cavabdeh – Cavabdeh1 arasında 04 sentyabr 2023-cü il tarixli 4166/2 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh – Cavabdeh1 04 sentyabr 2023-cü il tarixli ML/4166/2nömrəli Lizinq Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Lakin lizinq alan – Cavabdeh2 müqavilə üzrə öhdəliyini uzun müddət icra etməyib, lizinq haqqı ödənişini həyata keçirməyib.Belə olan halda qanunvericiliyə uyğun olaraq iddiaçı lizinq predmeti olan nəqliyyat vasitəsini cavabdehin istifadəsindən geri alıb. "xxxx" MMC tərəfindən tərtib edilmiş“avtomobilin qiymətləndirilməsi barədə” Ekspert rəyinə əsasən, 2015- ci il buraxılışı olan “Mercedes Benz CLA 45 AMG” minik markalı, WDD1173521N234353ban nömrəli nəqliyyat vasitəsinin bazar dəyəri 37000 manat məbləğdə müəyyənləşdirilib. Lakin nəqliyyat vasitəsində nasazlıqlar olduğuna görə “X6” MMC tərəfindən avtomobilin ümumi diaqnostikası keçirilərək 28212,48 manat dəyərində xərc məbləği hesablanmışdır. xx.xx.2025-ci il tarixli MT/811/ML/181/062501046 nömrəli alqı-satqı müqaviləsinə əsasən, həmin nəqliyyat vasitəsinin satış qiyməti 14000 manat məbləğdə razılaşdırılmaqla, "xxxx" MMC(satıcı) tərəfindən Şıxəliyeva Hicran Əli qızına(alıcı) satılıb. Beləliklə, sözügedən nəqliyyat vasitəsinin satışından əldə edilən 14000 manat məbləğdə pul vəsaiti cavabdeh - Cavabdeh2 iddiaçı - "xxxx" MMC-yə olan borcundan çıxılıb. "xxxx" MMC tərəfindən tərtib olunan maliyyə arayışına əsasən, cavabdeh - Cavabdeh2 iddiaçı - "xxxx" MMC-yə olan qalıq borcu - əsas borc üzrə cəmi 19102,29 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə lizinq öhdəliyinin icra edilməsinə dair müxtəlif vaxtlarda pretenziya məktubları ünvanlanıb. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, iddiaçının məhkəməyə təqdim etdiyi alqı-satqı müqaviləsindən görünür ki, iddia predmeti olan "Mersedes Benz CLA 45 AMG" minik markalı avtomobil xx.xx.20025-ci il tarixli MT/811/********** nömrəli alqı-satqı müqaviləsinə əsasən 14000 manat məbləğinə Şıxaliyeva Hicran Əli qızna satmışdır, avtomobil tərəflərindən ididaçının nümayəndəsi olan X4 təhvil verilmiş, Binəqədi RPİ-nin 5-ci PB-də verilmiş şikayət üzrə aparılmış araşdırma zamanı Taleh Rəsul oğlu ərizə ilə müraciət edərək avtomobilin ona saz vəziyyətdə qaytarıldığını, şikayət olmadığını və araşdırılmanın dayandırılmasını xahiş etmişdir, qeyd olunanlar xx.xx.2024-cü il tarixli qərarda öz əksini tapır,iddiaçı avtomobilin nazas vəziyyətdə olduğu üçün təmirinə 28212,48 vəsait sərf olunduğunu göstərərək bu barədə rəy təqdim etmişdir, rəylə razılaşmırıq, əsassızdır, qeyd olunanlar əsasən iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin əvvəlki adı "xxxx" BOKT MMC-dir. "xxxx" MMC tərəfindən tərtib edilmiş“avtomobilin qiymətləndirilməsi barədə” ekspert rəyindən görünür ki, “Mercedes Benz CLA 45 AMG” minik markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixə bazar dəyəri 37000 manat müəyyənləşdirilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 "xxxx" BOKT MMC-dən illik 22 % dərəcəsi ilə 36 ay müddətinə 28700 manat məbləğində maliyyə lizinqi ayrılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli, ML/4166/2 saylı lizinqverən "xxxx" BOKT MMC ilə lizinq alan Cavabdeh2 arasında bağlanmış X5ndən görünür ki, Lizinqverən Lizinq alan tərəfindən seçilmiş 1 ədəd 2015-ci il buraxılışı olan Mercedes Benz CLA 45 AMG minik markalı, WDD1173521N234353 ban nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 4166/2 nömrəli öhdəliklərin verilməsi haqqında "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilədən görünür ki, “Öhdəliklər verən” "xxxx" MMC ilə 04 sentyabr 2023-cü il tarixində bağladığı 4166/2 saylı «X7» üzrə öhdəliklərini “Öhdəlikləri qəbul edənə” verir, Öhdəlikləri qəbul edən isə bu öhdəlikləri tam həcmdə qəbul edir, “Lizinq verən” isə öhdəliyin verilməsinə razılıq verir. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, öhdəlikləri verən bu müqavilə imzalandığı tarixdə öhdəliklərin verilməsi ilə bağlı Öhdəlikləri qəbul edənə aşağıdakıları təqdim edir: 04 sentyabr 2023-cü il tarixində bağladığı 4166/2 saylı X7ni, onun əlavələrini, xidmət tapşırığı müqaviləsini, alış və satış öhdəliklərini; - 1 ədəd “Mercedes Benz CLA 45 AMG” markalı minik avtomobilini (Texniki göstəricilər: Ban nömrəsi WDD1173521N234353; Mühərrikin həcmi: 1991 sm'; Buraxılış ili: 2015-ci il; Tip: Sedan; Rəngi: Ağ; Qeydiyyat nişanı: **-PT-*** "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 4166/2 nömrəli “zaminlik müqavilə” –si bağlanmışdır. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, borc ödənilmədiyi halda məhkəmə tələb olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh2 xx.xx.2023-cü il tarixli PSG4166/2 nömrəli kredit müqaviləsi üzrə 19102,29 manat borcu vardır. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, bir tərəfdən öhdəlikləri köçürən X1 adından 7E-19655 reyster nömrəli etibarnaməyə əsasən çıxış edən Cavabdeh1, digər tərəfdən öhdəlikləri verən adlandırılacaq "xxxx" BOK.T MMC-nin Bakı filialının müdiri X8 və digər tərəfdən öhdəlikləri qəbul edən Cavabdeh2, həqiqətən "xxxx" BOKT MMC-yə məxsus “Mercedes Benz CLA 45 AMG” minik markalı, WDD1 173521 N234353 ban, **-PT-*** dövlət qeydiyyat nişanlı olan avtomobil müştəriyə verilib. xx.xx.2025-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" MMC 1 ədəd 2015-ci il buraxılışı olan Mercedes Benz CLA 45 AMG minik markalı, WDD1173521N234353 ban nömrəli **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili alıcı Şıxəliyeva Hicran Əli qızının mülkiyyətinə vermişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, əməldə cinayət tərkibinin olmaması müəyyən edildiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, aparılan araşdırma zamanı izahatı alman Hüseynov Bəhruz oğlu bildirmişdir ki. Arada bir avtomaşınların alqı-satqısı ilə məşqul olaraq dolanışığını təmin edir. 2023-cü ilin oktyabr ayının ortalarında qonşusu Gzizli Süleyman ona bildirdi ki əlində Lizinqdə olan Mersedes CLA markalı . ** PT *** d/q/nişanlı avtomaşını var və həmin maşını ona satmağa təklif etmişdir. X2 Əzizli idarə edirdi və o həmin maşına baxıb bəyənərək almağa razılaşmışdır. Süleyman maşın lizinqdə olduğunu və ona etibarnamə verilməsi üçün ilkin ödəniş 25.000 manat təşkil edəcəyini demişdir.O da sonuncuya etibar etdiyni və müqaviləni adma keçirtməyə eytiyac olmadığını bildirmişdir. Həmin vaxtı nəğd pulu olmadığından o dəyəri 25.000 manat olan lazer aparatını Süleymana vermiş və bunun müqabilində qeyd edilən avtomaşına Monetri MMC-dən Gzizli Nurlanın və onun adma sürmək üçün 1 aylıq müqavilə verilmişdir. Bundan sonra avtomaşın onda olurdu və özü də idarə edirdi. Tərəfindən maşın üçün hər ay 1900 manat Ödəməyi öhtəliyinə götürmüşdür.lakin o iki ay ödiş etdikdən sonra maddi problemləri yarandığından və ödənişləri təxminən 9 aya yaxın Ödəyə bilmədiyndən avtomaşını şirkətə təhvil vermişdir. Maşını təhvil verdiy zaman şirkətdən ona demişdirlər ki, faizi dayandırırlar,maşın qalacax şirkətin həyətində,ya onlar yada ki onun özü maşını salıb iki ay aylıq ödənişlə birlikdə ümumilikdə 27 min manatını verəcəklər. Lakin bu ilin oktyabr ayının təxminən 26-da o Turbo.Az elan sayımda Mcısedes (LA markalı , ** PT *** d/q/ıhşanlı avtomatının ovallar tanımadığı Taleh adlı şəxs tərəfindən 37.500 manata satışa qoyulması harada elana rast qəlmişdir. () falehin elanda alaqa üçün yerləşdirilmiş mobil nömrəsinə zəng edib na aeah bola ucu/ qiymala satdığını soruşmuş, Taleh ona hamin maşın li/iııqda olduğunu, keçmiş sahibi Ödəniş eda bilmədiyilə göıa alindan alındığını va avtomaşının sahibi olmaq üçün ümumilikda li/inqa 37.000 manat pul ödaniş edilmayini bildirmişdir. Li/iııq şirkatiııin 27 min manat pul ödanıiş olduğum avtomaşını satmaq üçün başqa şaxsa verdiklarindaıı hiddallanib maşını satan Taleh adlı şaxsdon alıb li/iııq şirkatiııin duracağına qoymağa va sonruda malıkama yolu ila bu masalani hall etnıak qararına qaldiııı va bu barada Süleymanla bildirdim. Hundan sonra o Talelıa müştari adı ila zəng edib va maşına baxmaq üçün onunla görüşmək istədiyini bildirmişdir. Sonuncu rayonda olduğunu va Binaqadi rayonu O.Əliyeva küçəsinə qedib orada onu atası qarşhyacağıııı va maşını ona göstərəcəyini demişdir. Oda Süleymanla birlikdə taksi ila qeyd edilən ünvana qəlnıiş ,onları məhladə Talehin atası qarşılamışdır. Alası ona maşının açarını verdikdən sonra o sükan arxasına,Süleyman isa yanında əyləşmiş, mühərriki işa salaraq sürüb ərazidən uzaqlaşaraq maşını qətirib Monetri Li/iııq şirkatiııin duracağında saxlamış və şirkətin rəhbərliyi ila alaqa saxlayıb bu barədə məlumat verib onlardan avtomaşını satmamaqlarıııı xahiş etmiş,özü pul düzəldib maşını alacağını bildirmişdir. Bundan sonra ona polis bölməsindən zənq qalmiş və l alelıin ondan şikayət etdiyni öyrənmişdir. Bundan başqa 31 oktyabr 2024-cü il tarixdə T.Rəsulov 5-ci PB-ya ərizə ila müraciət edərək avtomaşının ona saz vəziyyətdə qaytarıldığını,bununla bağlı heç kimdən şikayəti va tələbi olmadığından aparılan araşdırmanın dəyandırılamsını xahiş etmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş“avtomobilin qiymətləndirilməsi barədə” ekspert rəyindən görünür ki, “Mercedes Benz CLA 45 AMG” minik markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixə bazar dəyəri 14500 manat müəyyənləşdirilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən tərəfindən 147,31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən, maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər X5ndə ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehlərin nemayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin əvvəlki adı "xxxx" BOKT MMC-dir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, ML/4166/2 saylı maliyyə lizinq müqaviləsi bağlanmış və müqavilənin predmeti 1 ədəd 2015-ci il buraxılışı olan Mercedes Benz CLA 45 AMG minik markalı, WDD1173521N234353 ban nömrəli, **-PT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyyat vasitəsi olmuşdur. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında xx.xx.2023cü il tarixli, 4166/2 nömrəli “zaminlik müqavilə” –si bağlanmışdır. Göründüyü kimi, tərəflər arasında bağlanmış lizinq müqaviləsi əsasında onların birinin digəri qarşısında müqavilədən irəli gələn öhdəlikləri yaranmışdır. Lizinq müqaviləsinə əsasən, lizinq şirkəti, lizinq predmeti olan avtomobili Cavabdeh2 sahibliyinə və istifadəsinə vermiş, daha sonra lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilmədiyindən lizinq verən tərəfindən avtomobil lizinq alandan geri alınmışdır. Məhkəmə qeyd edir ki, bu hal mübahisəsizdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, Belə ki, iddiaçı tərəfin lizinq müqaviləsi üzrə geri qaytarılmış lizinq obyektinin məbləğini tam tələb etməsi tələbi qanunun mahiyyətinə və məqsədlərinə uyğun deyildir. Əksinə, bu kimi, hallar fiziki və hüquqi şəxslər tərəfindən lizinq müqaviləsinin bağlanmasından ehtiyatlılıq yaratmış olacaqdır və bu da, öz növbəsində bir növ lizinq müqaviləsinin əsl məqsədlərinə nail olmağı mümkünsüz etmiş olacaqdır. Lizinq müqaviləsi üzrə lizinq obyektinin geri qaytarıldığı halda lizinq müqaviləsi müddətinin sonuna ödənilməli olan ödənişin tutulması tələbi təmin edilərsə, faktiki olaraq bir əşyanın dəyərinin iki dəfə tutulması ilə nəticələnəcəkdir. Bu isə lizinq verənin əsassız varlanmasına səbəb ola bilər. Çünki belə olan halda həm lizinq obyekti lizinq verənin mülkiyyətində qalır, həm də lizinq verən bütün lizinq ödənişlərini əldə edir. Hazırkı işdən isə görünür ki, lizinq verən artıq lizinq obyektini özgəninkiləşdirmiş, əldə etdiyi mənfəəti isə cavabdehin borcundan çıxmışdır. Sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və X3 qarşı “lizinq müqaviləsi üzrə qalıq borcun qaytarılmasına” dair iddia tələbi təmin edilər bilməz. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddianın “iddiaçı tərəfindən ödənilmiş 147,31 manat məbləğdə dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına” dair hissəsidə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqavilə üzrə qalıq borcun qaytarılması” barədə iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-6978/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6978/2025
29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver