Məhkəmə qərarları › İş №e-2(011)-699/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-699/2024

16.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-699/2024 16.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizələrində qeyd edilən işin halları:

1. İddiaçı ilə "xxxx" MMC arasında 20 fevral 2023-cü il tarixli M-10016 nömrəli mənzil tipli mansardın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında AAAF Park yaşayış massivinin 25 saylı küçəsində inşa edilən 8 nömrəli binanın mansardında yerləşən ümumi sahəsi 68.7 kv/m olan 2 otaqlı 61 nömrəli mənzil tipli mansard alıcıya satılmışdır. Aprel ayının əvvəllərinədək mənzildə təmir işləri görülmüşdür. Aprel ayının 12-də iddiaçı sözügedən mənzilə köçmüşdür. Mənzil mansardda yerləşdiyindən və blokda ümumi qaz xətti olmadığından ilkin vaxtlarda mənzilə qaz çəkilişi mümkün olmamışdır. Bununla bağlı tərəfimdən Cavabdehnə müraciət olunmuş və Azəriqaz İB BRQSD ilə 148543 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. Bundan sonra mənzilə qazın çəkilişi həyata keçirilmiş və qaz verilmişdir. (Abonent kodu - **********00861)

2. İddiaçı mənzilə köçdüyü tarixdən qazın verilməsinə qədər olan müddət ərzində mənzildə qazdan istifadə məqsədilə sayğacdan kənar xətt çəkilmişdir və həmin müddətdə istifadə olunmuşdur. Mənzil M-10475 nömrəli, 21 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə X1. Alıcı qaz sayğacını adına keçirmək istəyərkən məlum olmuşdur ki, cavabdeh tərəfindən 4872.96 manat məbləğində cərimə hesablanmışdır. Bununla bağlı müvafiq qaydada Cavabdeh İB BRSDQ-ya müraciət olunmuş və cərimə hesablanmasına əsas olan sənədlərin təqdim olunması xahiş edilmişdir. Sənədlər 10 oktyabr 2023-cü il tarixdə təqdim olunmuşdur. Təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında AAAF Park yaşayış massivinin 25 saylı küçəsində inşa edilən 8 nömrəli binanın mansardında yerləşən ümumi sahəsi 68.7 kv/m olan 2 otaqlı 61 nömrəli mənzil tipli mansarda baxış keçirilmiş və sayğacdankənar təbii qazdan istifadə edilməsi aşkar olunmuş, bununla bağlı eyni tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında akt tərtib edilmişdir.

3. 31 may 2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamədən müəyyən olunur ki, ümumilikdə illik 40608 m qazdan istifadə edildiyi qeyd olunmuş və ona uyğun olaraq 4872.96 manat cərimə hesablanmışdır.

4. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir.

5. İddiaçı Cavabdeh İddiaçı qarşı borc tələbinə dair xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.

6. Daha sonra iddiaçı Cavabdeh İddiaçı qarşı borc tələbinə dair mülki iş Abşeron Rayon Məhkəməsindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.

İddiaçının tələbi:

7. Cavabdeh İB tərəfindən iddiaçıya (Abonent kodu - **********00861) hesablanmış 4872.96 manat borcun silinməsi və hüquqi xidmətə görə ödənilmiş 220 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdeh şəxsin etirazı:

8. xx.xx.2023-cü il tarixində Cavabdeh İB Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı tərəfindən Cavabdeh İB-yə vurulmuş 4872,96 (dörd min səkkiz yüz yetmiş iki manat doxsan altı qəpik) manat məbləğində zərərin və 68,73 (altmış səkkiz manat yetmiş üç qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4941,69 (dörd min doqquz yüz qırx bir manat altmış doqquz qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFTİBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********995500192b2a)nk hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

9. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında bildirmişdir ki, iddiaçı mənzili aldıqdan sonra aprel ayının əvvəllərinədək mənzildə təmir işləri görülmüşdür. Aprel ayının 12-də o, sözügedən mənzilə köçmüşdür. Mənzil mansardda yerləşdiyindən və blokda ümumi qaz xətti olmadığından ilkin vaxtlarda mənzilə qaz çəkilişi mümkün olmamışdır. Bununla bağlı iddiaçı X3 müraciət etmiş və Azəriqaz İB BRQSD ilə 148543 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. Bundan sonra mənzilə qazın çəkilişi həyata keçirilmiş və qaz verilmişdir. Mənzilə köçdüyü tarixdən qazın verilməsinə qədər olan müddət ərzində mənzildə qazdan istifadə məqsədilə sayğacdan kənar xətt çəkilmişdir və həmin müddətdə istifadə olunmuşdur. Mənzil satıldıqdan sonra mənzilə bağış keçirilərək cərimə yazılmışdır.Yazılmış məbləğ həddən artıq yüksəkdir, cəmi 33 günlük qaz üçün yüksək cərimə yazılmışdır. Məhkəmədən borcun silinməsini xahiş etmişdir.

10. Cavabdeh İB-nin nümayəndəsinə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümyəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

11. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 20 fevral 2023-cü il tarixli M-10016 nömrəli mənzil tipli mansardın alqı-satqısı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında 68.7 kv.m. ibarət, 2 otaqlı 61 №-li mənzil tipli mansardı Alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.

12. X6 ilə "xxxx" MMC arasında bağlanmış 21 iyun 2023-cü il tarixli M-10475 nömrəli mənzil tipli mansardın alqı-satqısı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında 68.7 kv.m. ibarət, 2 otaqlı 61 №-li mənzil tipli mansardı Alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında cəmiyyətə razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.

13. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olundu.

14. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xx.xx.2023-cü il tarixli, ******* №-li akt əsasında dəymiş ziyanın həcmi 40608 m3 hesablanmışdır;

15. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 148543 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.

16. Abonentin saldosundan görünür ki, 2023-cü ilin may ayı üzrə abonentin qalıq və aktlar üzrə 4872,96 manat borcu mövcuddur.

17. “MilliÖn” ödəmə sistemi vasitəsilə həyata keçirilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli əməliyyata əsasən, “DeFendo” vəkil bürosunun hesabına 220 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

18. Fotoşəkillər.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli; 3.2.2. qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli; 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə mülki iş üzrə iddia ərizələrini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır.

27. Belə ki, məhkəmə tərəfindən hər iki iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı Çodel Zeynəbin yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

28. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li aktda “sayğacdan kənar xətt aşkar olundu” qeyd edilmiş (§13), lakin qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.8-1-ci maddədə nəzərdə tutulan qanunsuz qoşulma halları aşkar edildikdən sonra qaz paylayıcısı tərəfindən görülməli addımlar qanuna uyğun şəkildə həyata keçirilməmiş, lazımi tərbirlər tam görülməmişdir (§20). Lakin, iddiaçı iddia ərizəsində mənzilə köçdüyü tarixdən qazın verilməsinə qədər olan müddət ərzində mənzildə qazdan istifadə məqsədi ilə sayğacdan kənar xətt çəkdiyini və həmin müddətdə istifadə etdiyini etiraf etmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

29. Məhkəmə təbii qazdan kənar xətt vasitəsiylə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmır və hesab edir ki, iddia tələbi kənar xətdən istifadə nəticicəsində hesablanmış 4872.96 manat borcun silinməsi hissəsində qismən əsaslıdır.

30. Belə ki, Qaz Təchizatı haqqında Qanunun 6-2-ci maddəsinin 1-ci bəndinə əsasən qaz paylayıcısının işçiləri ildə bir dəfə (hər il noyabrın 1-dək) sayğaca müayinə keçirilməsini təmin etməlidirlər və müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülməlidir. (§20) Yuxarıda qeyd edilən qanunvericilik aktlarındanda göründüyü kimi cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsinə görə cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməlidir.

31. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.1-ci bəndinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifələri olaraq nəzərdə tutulmuşdur. (§21).

32. Qeyd edilən xüsusatları, iddiaçının 33 gün kənar xəttən istifadə etməsi ilə bağlı etirafını nəzərə alaraq məhkəmə hesab edir ki, dəymiş ziyanın həcmi iddiaçının iddia etdiyi kimi 33 günlük deyil, 36 (12 aprel-18 may) günlük qaz sərfiyyatına uyğun aparılmalıdır. İddiaçıdan PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 36 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 36 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır.(1.2x12x36=518,4m, 3.5x12x36=1512m, 1512m+518,4m=2030,40m, 1200mx1.2m= 144 manat, 830,40mx0.20m=166,08 manat, 166,08+144=310,08)

33. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində hesablanmış 310,08 manat məbləğində borc əsaslıdır, borc qalan hissədə əsassız hesablanmışdır.

34. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********00861 saylı abunə koduna hesablanmış 4562,88 manat (4872.96 manat – 310.08 manat = 4562,88 manat) məbləğində borc silinməlidir. İddiaçı Cavabdeh İB-nin iddiası da eyni ilə qismən əsaslıdır, yəni İddiaçı 310,08 manat məbləğində borc tələbini tələb etmək hissəsində əsaslı, qalan hissədə isə əsassızdır.

Məhkəmə xərcləri:

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iki mülki iş bir icraatda birləşdirildiyindən Cavabdeh İB tərəfindən dövlət rüssumu ödənilmişdir, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüssumu tərəflərin özünə aid edilməlidir.

36. Eyni zamanda, məhkəmə xərci kimi iddiaçı Codel Zeynəb tərəfindən hüquqi yardıma görə ödənilmiş 220 manat məbləğində pul cavabdeh X2 tutularaq İddiaçı ödənilməlidir.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi qismən təmin edilsin.

2. X5 tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında AAAF Park yaşayış massivinin 25 saylı küçəsində inşa edilən 8 nömrəli binanın mansardında yerləşən ümumi sahəsi 68.7 kv/m olan 2 otaqlı 61 nömrəli mənzil tipli mansard ünvanı üzrə **********00861 saylı abonent koduna hesablanmış 4562,88 manat (dörd min beş yüz altmış iki manat səksən səkkiz qəpik) manat məbləğində borc silinsin.

3. İddiaçı 310,08 manat məbləğində pul (Qətnamənin qət etdi hissəsinin 2-ci bəndi nəzərə alınmaqla) X3 ödənilsin.

4. X2 hüquqi yardıma görə ödənilmiş 220 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin.

5. İddia qalan hissədə təmin edilməsin.

6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar