Məhkəmə qərarları › İş №e-2(011)-7099/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7099/2025

07.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7099/2025 07.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X3 Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ünvan 1 ünvanında yerləşən mənzilə dair bağladığı xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair və hüquqi nəticələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh mənim anamdır. Mübahisəli mənzil Cavabdeh1 xx.xx.1987-ci il tarixli qərar əsasında verilmiş, həmin qərarda onunla bərabər ailə üzvləri kimi əri, övladları və gəlinin də adları, həmçinin mənim də adım qeyd edilmiş, Mən, də həmin tarixdən mənzildə yaşamışam, mənzil üzərində xüsusi mülkiyyət hüququ isə xx.xx.2013-cü ildə qeydə alınmışdır. Mənzil özəlləşdirilərkən mülkiyyətçinin ailə üzvlərinin, həmçinin mənim şəxsin də razılığım alınmışdır. O zamandan da cavabdehin övladı olmaqla mənzildən istifadə hüququ əldə etmişəm. Hazıradək həmin mənzildə yaşamışam, cavabdehin razılığı ilə mənzilə bitişik otaq tikdirmişəm və hazırdək də istifadəsindədir. Sözügedən otaqla mənzilin divarı eynidir. Mübahisəli mənzillə bağlı əlaqələrim mütəmadi olaraq davam etmişdir. Daimi yaşadığım və hətta son dövrlərə kommunal xidmətlərlə bağlı sayğaclar ayrılana qədər eyni qaz, su, işıq xəttlərindən istifadə etmişəm. X42 2012-ci ildə rəhmətə getdikdən sonra da həmin mənzillə bağlılığım itirilməmişdir. Mənim həmin mənzillə bağlılığımın itirlmədiyinin təsdiqi olaraq cavabdeh tərəfindən Xətai rayon Məhkəməsində iddia qaldırılmış, iddia tələbi tikilinin hazırki mübahisə predmeti olan mənzilin qapı, pəncərəsini kəsməklə otaqların havalandırılmasının qarşısının aldığını əsas gətirmişdir. Göründüyü kimi cavabdehin də təsdiq etdiyi kimi otaqlar arasında pəncərə və qapının mövcud olması həmin tikilinin mübahisəli mənzilə aid bir otaq olduğu qənaətinə gəlir. Həmin bir otaqdan ibarət mənzil qeydiyyatda çıxarılması tələb olunan mənzilin demək olar ki, bir otağı hesabındadır. Eyni ünvanda olmaqla eyni divarları bitişik mənildə yaşamışıq. Cavabdehlə atam X14 rəsmi nigaha girib ailə qurmuşlar. Biz ailədə üç övlad olmuşuq . X15,X22 və mən İddiaçı. Mənzil ilk öncə atama daha sonra isə anamın adına rəsmiləşdirilmişdir. Bağışlanama müqaviləsi əsasında özgəninkiləşdirilən ev anam X7 ilə atam X4 birgə nigah dövründə əldə edilmiş əmlakları olmuşdur. Bir müddət bundan öncə təsadüfən mənə məlum oldu ki, anam X8 ünvan 2 ünvanında yerləşən mənzil 2 saylı Bakı “Asan” xidmət” mərkəzi notariusu tərəfindən xx.xx.2025-ci il tarili, 4e-597 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlamış və mənzil Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Almazxanım Atamova ata evimizi bağışlamışdır. Bu barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verdik və məlum oldu ki, cavabdeh ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini (ata evimizi) 12 saylı DNK-nin xx.xx.2020-ci il tarixli 4Ə/80 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında bağışlamışdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, həmin əmlakın ½ hissəsi atam X4 haqqıdı. Rəhmətə getdikdən sonra bizim yəni övladlarının həmin hissədə vərəsəi kimi hüququmuz var. Cavabdeh isə əmlakı bütöv şəkildə öz əmlakı hesab edərək bizə heç bir məlumat vermədən bağışlamışdır. Qeyd edilənlərə əsasən hesab edirik ki, bağışlanma müqaviləsi qanunun tələbini pozmaqla bağlandığından etibarsız hesab edilməlidir. İddiaçı X13 iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən mənzilə dair X8 ilə X23 arasında bağlanmış xx.xx.2025-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin evin X2 mülkiyyət hüququ əsasında aparılmış qeydiyyata ləğv edilməsi və ünvan 5 ünvanında yerləşən mənzil üzərində X2 4/10 hissədə (1/2 yəni 3/10 hissədə birgə nigah dövründə əldə olunmuş əmlak kimi, 1/3 hissədə X5 vərəsəsi kimi), X18, Cavabdeh2 hər birinin 1/10 hissədə miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tamamilə əsassızdır, bundan başqa iddiaçı ümumiyyətcə bu və ya digər məsələlərlə bağlı iddia qaldırmaq müddətini belə itimişdir, bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil1 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 izahat verərək iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Lenin adına tikiş kombinatının ümumi iclasının 04 saylı xx.xx.1987-ci il tarixli protokolundan çıxarışdan görünür ki, Stalskoqo küçəsi, ev 13, mənzil 2 ünvanında yerləşən (ünvan 6həsi 39,42 kvadratmetr olan 2 nömrəli mənzildə 20,67 kvadratmetr sahəsi olan boş otağın 6 nəfərlik ailə (Cavabdeh1 Kiçikdadaş qızı, X16 (əri), X24 (oğlu), X25(gəlin), X13 (qızı), X17 (qızı)) üçün üçün Cavabdeh1 Kiçikdadaş qızına verilməsi qərara alınmışdır. İş materiallarında olan keçmiş Şaumyan Rayon Zəhmətkeş X34 İcraiyyə Komitəsinin 74 saylı xx.xx.1987-ci il tarixli protokolundan çıxarışdan görünür ki, Lenin adına tikiş kombinatının ümumi iclasının 04 saylı xx.xx.1987-ci il tarixli qərarı ilə Stalskoqo küçəsi, ev 13, mənzil 2 ünvanında yerləşən (ünvan 6həsi 39,42 kvadratmetr olan 2 nömrəli mənzildə 20,67 kvadratmetr sahəsi olan boş otağın 6 nəfərlik ailə üçün - özü, əri, oğlu, gəlini, 2 qızı üçün vətəndaş Cavabdeh1 Kiçikdadaş qızına verilməsi və mənzil reyestrindən çıxarılması qərara alınmışdır. İş materiallarından görünür ki, X16 və X1 Güldəstə Kiçidadaş qızına məxsus olan əmlakın Bakı şəhəri, A. Məmmədov küç., ev 13-də, yerləşən 2 saylı mənzilin özəlləşdirilməsinə və DƏDRX-dən Çıxarış alınmasına dair razılıq ərizələri imzalamışlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13, mənzil 2 ünvanında yerləşən mənzil üzərində xüsusi mülkiyyət hüququ tam payda Cavabdeh1 Kiçikdadaş qızının adına ********** nömrə ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-68/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(112)-8055/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, iddiaçı Cavabdeh1 Kiçikdadaş qızının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13, mənzil 2 ünvanından İddiaçı pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmış, Üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(112)- 8055/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2434/2024 nömrəli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 fevral 2024-cü il tarixli, 2(103)-1595/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Baki Ərazi İdarəsi tərəfindən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 göndərilmiş xx.xx.2025-ci il tarixli məlumatın verilməsi haqqında məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13, mənzil 2 ünvanına dair müvafiq məlumatların verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13, mənzil 2 ünvanı Cavabdeh1 Kiçikdadaş qızının adına Forma 2 arayışına, keçmiş Şaumyan Rayon Zəhmətkeş X34 İcraiyyə Komitəsinin 74 saylı xx.xx.1987-ci il tarixli protokolundan çıxarışa, Lenin adına tikiş kombinatının ümumi iclasının 04 saylı xx.xx.1987-ci il tarixli protokolundan çıxarışa, X4, X9, X11, Cavabdeh2, X6, X3, X19, X10 razılıq ərizələrinə əsasən ilkin qeydiyyata alınmışdır, lakin 2 saylı Bakı "ASAN xidmət" mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 48-597 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, **********04 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi, ev 13 ünvanında yerləşən 2 saylı mənzil Lenin adına tikiş kombinatının ümumi iclasının 04 saylı xx.xx.1987-ci il tarixli protokolundan çıxarışa və keçmiş Şaumyan Rayon Zəhmətkeş X34 İcraiyyə Komitəsinin 74 saylı xx.xx.1987-ci il tarixli protokolundan çıxarışa əsasən Cavabdeh1 Kiçikdadaş qızına verilmiş, mənzil üzərində xüsusi mülkiyyət hüququ tam payda Cavabdeh1 Kiçikdadaş qızının adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmış, mənzil Cavabdeh1 Kiçikdadaş qızı tərəfindən xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilə dair X8 ilə X23 arasında bağlanmış xx.xx.2025-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin evin X2 mülkiyyət hüququ əsasında aparılmış qeydiyyata ləğv edilməsini və ünvan 5 ünvanında yerləşən mənzil üzərində X2 4/10 hissədə (1/2 yəni 3/10 hissədə birgə nigah dövründə əldə olunmuş əmlak kimi, 1/3 hissədə X5 vərəsəsi kimi), X18, Cavabdeh2 hər birinin 1/10 hissədə miras payının müəyyən edilməsini tələb edir, cavabdeh iddia tələbi ilə razı deyil, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Bununla belə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. Lakin iddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X3 “ünvan 5 ünvanında yerləşən mənzilə dair X8 ilə X23 arasında bağlanmış xx.xx.2025-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin evin X2 mülkiyyət hüququ əsasında aparılmış qeydiyyata ləğv edilməsi və ünvan 5 ünvanında yerləşən mənzil üzərində X2 4/10 hissədə (1/2 yəni 3/10 hissədə birgə nigah dövründə əldə olunmuş əmlak kimi, 1/3 hissədə X5 vərəsəsi kimi), X18, Cavabdeh2 hər birinin 1/10 hissədə miras payının müəyyən edilməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumuna münasibətdə isə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-di maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X3 “ünvan 5 ünvanında yerləşən mənzilə dair X8 ilə X23 arasında bağlanmış xx.xx.2025-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin evin X2 mülkiyyət hüququ əsasında aparılmış qeydiyyata ləğv edilməsi və ünvan 5 ünvanında yerləşən mənzil üzərində X2 4/10 hissədə (1/2 yəni 3/10 hissədə birgə nigah dövründə əldə olunmuş əmlak kimi, 1/3 hissədə X5 vərəsəsi kimi), X18, Cavabdeh2 hər birinin 1/10 hissədə miras payının müəyyən edilməsi” barədə iddia tələbi rədd edilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar