Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-715/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə) “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinə görə yaranmış 1.233,72 manat borcun və 32,34 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ’’Azərsu" ASC tərəfindən Cavabdeh (abonent kodu: **********0040) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 1.233,72 manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana xx.xx.2016-cı il tarixində SSS-15 markalı 854671 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələblərini müdafiə edərək öz izahatında bildirmişdir ki, cavabdehlə müqavilə xx.xx.2002-ci ildə bağlanılmışdır. Sayğac quraşdırılmadan əvvəl kommunal borc adambaşına ailə üzvlərinin sayına görə yazılırdı. 2016-cı ildə sayğac quraşdırıldıqdan sonra isə sayğacın göstərişinə əsasən borc yazılmışdır. 2011-ci ilədək cavabdehin borcları silinmişdir. Hazırki borcu 2011-ci ildən sonra yaranmış borcdur. Cavabdeh tərəf uzun müddətdir ki, sudan istifadəyə görə ödəniş etmir. Göstərilənlərə əsasən, o, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qismən qəbul edərək öz izahatında bildirmişdir ki, onun 2016-cı ilə qədər, yəni sayğac qoyulanadək 759 manat borcu var idi. Hazırda sayğac onun adına olsa da, mənzil onun adına deyildir. O, uzun müddətdir ki, Xətai rayonu, Mədinə Gülgün küçəsində yerləşən 6 saylı evdə yaşamır. O, 1973- 2001-ci illərdə həmin evdə yaşayıb. 2016-cı ilə qədər yaranmış borcu ailə üzvləri olaraq öz aralarında bölüşdürüblər və ödəməlidirlər. Qalan hissədə o, iddianın təmin edilməməsini xahiş edir. O bildirmişdir ki, sözügedən evdə qayını X4 yaşayır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasında izahatında bildirmişdir ki, Xətai rayonu, Mədinə Gülgün küçəsində yerləşən 6 saylı ev ona məxsusdur və o, həmin evdə yaşayır. Maddi sıxıntıları olduğundan uzun müddətdir suyun istifadəsinə görə ödəniş edə bilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16507549 saylı müqavilə üzrə Cavabdeh adlı **********040/16507549 saylı abonentə məxsus abonent kartından görünür ki, abonentin su təchizatından yararlanmasına görə ödənilməmiş 1233,72 manat borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, **********040/16507549 saylı abonent kodu üzrə Cavabdeh İddiaçı ASC tərəfindən borcunun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməsi nəticəsində İddiaçı ASC-yə 1.233,72 manat borcunun yaranması öz təsdiqini tapdığından iddiaçının iddia tələbi təmin edilməlidir. Belə ki, “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə sasən verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya erilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 61.1-ci maddəsinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə urulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 62-ci maddəsinə əsasən, Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsilərindən biridir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh (abonent kodu: **********040) 1.233,72 (bir min iki yüz otuz üç manat yetmiş iki qəpik) manat borc məbləği və 32,34 (otuz iki manat otuz dörd qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-715/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-715/2024
10.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver