Məhkəmə qərarları › İş №e-2(011)-7214/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7214/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7214/2025 16.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli ********* saylı faktura ya əsasən, İmei kod **********94023 SAMSUNG GALAXY S24 ULTRA üçün 2917.61 (iki min doqquz yüz on yedi manat 61 qəpik) manat ödənilməmiş hissə, 291.76 (iki yüz doxsan bir manat 76 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 18047454 saylı fakturaya əsasən, LG TV üçün, 1191.54 (bir min yüz doxsan bir manat 54 qəpik) manat ödənilməmiş hissə, 119.15 (yüz on doqquz manat 15 qəpik) manat cərimə olmaqla ümumilikdə 4520.07 manat borc, 65.21 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı faktura və xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli 18047454 saylı fakturaya əsasən, İmei kod **********94023 SAMSUNG GALAXY S24 ULTRA, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, SAMSUNG CHARGER+CABLE , LG TV almış və nəticədə 4520.07 (dörd min beş yüz iyirmi manat, 7 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024- cü il tarixli ********* saylı fakturaya əsasən, alqı-satqı qiyməti 3762 (üç min yeddi yüz altmış iki) manat (18 ay x 209 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********94023 SAMSUNG GALAXY S24 ULTRA, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, SAMSUNG CHARGER+CABLE üçün ümumilikdə, 3209.37 (üç min iki yüz doqquz manat 37 qəpik) manat olmaqla ondan, 2917.61 (iki min doqquz yüz on yedi manat 61 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 291.76 (iki yüz doxsan bir manat 76 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 18047454 saylı fakturaya əsasən, alqısatqı qiyməti 1329.04 (bir min üç yüz iyirmi doqquz manat 4 qəpik) manat (18 ay x 68.28 manat + 100 manat ilkin ödəniş) olan LG TV üçün ümumilikdə, 1310.69 (bir min üç yüz on manat 69 qəpik ) manat olmaqla ondan, 1191.54 (bir min yüz doxsan bir manat 54 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 119.15 (yüz on doqquz manat 15 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən, xx.xx.2024-cü il tarixində QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, SAMSUNG CHARGER+CABLE-dan imtina etmiş və məhsul 633,06 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı faktura üzrə cəmi ödədiyi məbləğ 211.33 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 633.06 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 137.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli ********* saylı faktura və xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 18047454 saylı fakturanın ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ********** saylı müqavilədən görünür ki, "Müştəri” bu Müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün "ABC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal, xidmətlər (bundan sonra bu Müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsə də xidmətlər) Müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmda olmasından asılı olmayaraq "Mal" adlanacaq) ABC'yə sifariş verir, 'ABC həmin "Mal'ı Müqavilədə (onun ayılmaz tərkib hissəsi olan müvafiq əlavə(lər)də) göstərilən şənlərlə Müştəriyə təqdim edir, "Müştəri” isə həmin "Mal'ın dəyərini razılaşdırılmış qaydada "ABC"-yə ödəyir (Bənd 1.2). "Müştəri", bu Müqavilənin qüvvədə olduğu müddət ərzində əldə etmək istədiyi sonrakı "Mal' ilə bağlı niyyətini və həmin Mal'ı əldə etmə şərtlərini 2.2-ci bənddə göstərilən mobil nömrə(lər) üzərindən SMS vasitəsi ilə təsdiq edir. "Müştərinin təsdiqlədiyi hamin SMS nəticəsində onun "Mal'ın sifarişi (alu) ilə bağlı müraciəti ABC tərəfindən icraya yönləndiriləcək (Bənd 2.3). Müqavilənin predmetini təşkil edən "Mal' və ona dair məlumat (on(lar)a maxsus fərdi əlamətlər və spesifik xüsusiyyətlər), habelə 'Mal'ın dəyəri bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə(lar) ilə müəyyənləşdirilir (Bənd 3.1). Bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 10 il müddətinə qüvvədədir. Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində "Müştəri'nin bu Müqaviladə nazərdə tutulmuş şərtlərlə ABC dan mal və (və ya) xidmət əldə etmək hüququ var (Bənd 5.1). İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli ********* saylı fakturadan görünür ki, İmei kod **********94023 SAMSUNG GALAXY S24 ULTRA, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, SAMSUNG CHARGER+CABLE üçün toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 3762 AZN (18 ay x 209 manat + 0 manat ilkin ödəniş) təşkil edir. İş materiallarında olan Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı Müqavilə üzrə İmei kod **********94023 SAMSUNG GALAXY S24 ULTRA, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, SAMSUNG CHARGER+CABLE-ı tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli 18047454 saylı fakturadan görünür ki, LG TV üçün toplam məbləğ (ilkin ödəniş daxil olmaqla) 1329.04 AZN (18 ay x 68.28 manat + 100 manat ilkin ödəniş) təşkil edir. İş materiallarında olan Əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh xx.xx.2025-cü il tarixli Müqavilə üzrə LG TV-ni tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu 3 (üç) iş günü müddətində ödəməsi, əks halda tərəflərindən məhkəməyə müraciət olunacağına dair xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Maliyyə və Ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi xx.xx.2024- cü il tarixli ********* saylı faktura üzrə 2917.61 AZN məbləğində əsas, 291.76 AZN cərimə borcu, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025cü il tarixli 18047454 saylı faktura üzrə 1191.54 AZN məbləğində əsas, 119.15 AZN cərimə borcu olmaqla, ümumilikdə 4520.07 manat borcu vardır. Cavabdehin əsas borca ödədiyi məbləğ 981.89 manat təşkil edir. Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən, xx.xx.2024-cü il tarixində QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, SAMSUNG CHARGER+CABLE-dan imtina etmiş və məhsul 633,06 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 65.21 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025cü il tarixli 18047454 saylı faktura və xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024- cü il tarixli ********* saylı faktura Cavabdeh adına rəsmiləşdirilmiş, müqaviləyə əsasən, alıcı İmei kod **********94023 SAMSUNG GALAXY S24 ULTRA, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, SAMSUNG CHARGER+CABLE, LG TV əldə etmiş, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək məhsulu alıcıya təhvil vermişdir, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən, xx.xx.2024-cü il tarixində QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti, SAMSUNG CHARGER+CABLE-dan imtina etmiş və məhsul 633,06 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Hazırda cavabdehin iddiaçıya olan borcu əsas borc üzrə 4109.15 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, hər müqavilə üzrə 65 manat olmaqla, cəmi 130 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı faktura ya əsasən, 2917.61 manat ödənilməmiş hissə, 65 manat cərimə; xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 18047454 saylı fakturaya əsasən, 1191.54 manat ödənilməmiş hissə, 65 manat cərimə olmaqla ümumilikdə 4239 manat 15 qəpik borc Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə (4239.15 AZN) müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 62.40 manat cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2024-cü il tarixli ********* saylı fakturaya əsasən, 2917.61 manat ödənilməmiş hissə, 65 manat cərimə; xx.xx.2024-cü il tarixli ********** saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 18047454 saylı fakturaya əsasən, 1191.54 manat ödənilməmiş hissə, 65 manat cərimə olmaqla ümumilikdə 4239 (dörd min iki yüz otuz doqquz) manat 15 (on beş) qəpik borc və ödənilmiş 62 (altmış iki) manat 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar