Məhkəmə qərarları › İş №e-2(011)-729/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-729/2025

23.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-729/2025 23.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X2 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi 15/6 ünvanında Cavabdeh tərəfindən Heydər Əliyev adına X3 məxsus rezervuar parkının sərhədindən 39.40 metr aralı məsafədə tikilən əlavə otaq tikilisinin (özbaşına tikilinin) sökülməsini və iddia ərizəsi verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş cəmi 101 (yüz bir) manat məbləğində məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, X1 Mühafizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Xətai rayonu, Süleyman Əhmədov küçəsi ünvanında keçirilən baxış zamanı Heydər Əliyev adına X2 (NEZ) Əmtəə üzrə 12 nömrəli istehsalatın 6 saylı stansiyasının (çənlər parkı) hasarından təqribən 40-45 metr aralı məsafədə vətəndaş Cavabdeh tərəfindən yaşayış olan evin qarşısında 6.40 x 4.20 metr ölçülərdə və 2.60 metr hündürlüyündə əlavə otaq artırması işlərinin aparılması faktı aşkar olunmuşdur. Vətəndaş tərəfindən isə tikintiyə dair heç bir icazəverici sənəd təqdim edilməmişdir. Cavabdeh görülən işlərin mühafizə zolağına düşdüyü üçün qanunazidd olması bildirilmiş və əlavə işlərin aparılmaması üçün ona yazılı xəbərdarlıq təqdim edilmişdir. NEZ üzrə verilmiş müvafiq əmrə əsasən yaradılmış komissiyanın işçi qrupunun üzvləri tərəfindən xx.xx.2024cü il tarixdə keçirilən baxış zamanı da Cavabdeh tərəfindən Xətai rayonu, Süleyman Əhmədov küçəsi 15/6 ünvanında fərdi yaşayış evinin qarşısında, ona bitişik 6.40 x 4.20 x 2.60 metr ölçüdə inşa olunmuş əlavə otağın NEZ-ə məxsus neft məhsulları saxlanılan rezervuar parkının sərhədindən 39.40 metr aralı məsafədə yerləşdiyi aşkar edilmişdir. Bildiririk ki, bundan başqa həmin ərazidə neft məhsulları saxlanılan 7 ədəd 5000 tonluq rezervuar da (çən) mövcuddur. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi 15/6 ünvanında NEZ-ə məxsus neft məhsulları saxlanılan rezervuar parkının mühafizə zonasında, rezervuar parkının sərhədindən 39,40 metr aralı məsafədə Cavabdeh əlavə otaq tikilisinin tikilməsi faktı öz təsdiqini tapmışdır. İddiaçıya məxsus rezervuarın “Mühafizə Zonası”nda yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin rezervuara qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, “Mühafizə Zonası”nın mövcudluğu olduqca zəruridir. Sonda Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qeyd olunan tikili təzə tikili deyil, evə bitişik köhnə tikili idi, sadəcə onu təzələmişik, əvvəl həmin yer mətbəx olub, həmin tikili əlavə tikili deyil, evin çertyoju və MİS-dən arayış da var, həmçinin icra hakimiyyətindən müvafiq icazə də almışdır. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli O.Cavadov, Y.Əsədov və E.Hüseynovun iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında, 34 saylı postun ərazisində keçirilən baxış zamanı saat 18:10-da NEZ-in Əmtəə üzrə 12 nömrəli istehsalatın 6 saylı stansiyasının (çənlər parkı) hasarından təqribən 40-45 metr aralı məsafədə özünü ev sahibi kimi təqdim edən Cavabdeh tərəfindən köhnədən hasara alınmış yaşayış olan evinin qarşısında 6.40x4.20 metr ölçülərdə və 2.60 rnetr hündürlüyündə əlavə otaq artırması işlərinin aparıldığı aşkarlanmış, tikinti işləri hündür hasar daxilində aparıldığından əvvəlki mərhələsini görmək mümkün olmamışdır. Ev sahibi müharibə iştirakçısı olan oğlunun vəfat etməsinin ildönümü mərasimi ilə əlaqədar bu işi gördüyünü və icra hakimiyyətindən müvafiq icazə aldığını bildirsə də tikintiyə dair heç bir sənəd təqdim etməmidir. Cavabdeh görülən işlərin mühafizə zolağına düşdüyü üçün qanunazidd olması bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim edilərək işlərin dayandırılması və müvafiq icazənin alınması tələb olunmudur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli S.Məmmədov, S.Məmmədəliyev, R.Sədiyev və A.Seyidağazadənin iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, vətəndaş Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi 15/6 ünvanında aparılan tikinti işlərinə baxış keçirilmiş, baxış zamanı tikinti işİəri aparılan sahənin NEZ-ə məxsus neft məhsulları saxlanılan rezervuar parkının sərhədinin mühafizə zonasında yerləşdiyi məlum olmuşdur. Qeyd olunan əraziyə dair təqdim oİunmuş aidiyyəti sənədlərə əsasən həmin ünvanda fərdi yaşayış evinin qarşısında ona bitiik 6.40x4.20x2.60 metr ölçüdə inşa oİunmuş əlavə otaq NEZ-ə məxsus neft məhsulları saxlanılan rezervuar parkının sərhədinin (12 nömrəli istehsalatın 1 nömrəli xidmət sahəsinin) "Mühafizə Zonası"nin 39.40 metrliyində yerİəşir. Həmin rezervuar parkında neft məhsulları saxlanılan 7 ədəd 5000 tonluq rezervuar (çən) mövcuddur. İş materiallarında olan ünvan 2 ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, həmin tikilinin neft məhsulları saxlanılan rezervuar parkının sərhədinin mühafizə zonasına düşməsi barədə xəbərdar olunmuş, həmin xəbərdarlıq məktubu Cavabdeh tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan SOCAR tərəfindən verilmiş Arayışdan görünür ki, Heydər Əliyev adina X2 (NEZ) obyektlərinin və kommunikasiyalarının mühafizəsinin gücləndirilməsi, o cümlədən, daimi istifadəsində olan torpaq sahələrinin özbaşına zəbt olunması və qeyri-qanuni tikililərə qarşı mübarizə aparılmas üçün daimi fəaliyyət göstərən monitorinq komissiyasinin işçi qrupu tərəfindən xx.xx.2024-cü il tarixində Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki ünvana baxış keçirildi. Baxış zamanı aşkar olundu ki, Əzizov Əda1et Əbdül oğlu tərəfindən aparılan tikinti işləri NEZ-in 12№-li istehsalatın 1 №li xidmət sahəsinin rezervuar parkının sərhədlərindən 39.4 m məsafədə yerləşir. Ərazidə olan rezervuarlar haqqında texniki məlumat aşağıda verilmidir: 1. 3 ədəd 5000 m3 olan qudron çənləri, cənlər 1920 ci ildən etibarən istismar olunur. 2. 3 ədəd 5000 m3 olan mazut çənləri, çənlər 1920 ci ildən etibarən istismar olunur. 3. 1 ədəd 5000 m3 olan zay məhsul çəni, çən 1920 ci ildən etibarən istismar olunur. 4. 1 ədəd istifadəyə yararsız çən. Tikinti aparılan sahə rezervuar parkının mühafizə zonasında yerləşir. İş materiallarında olan AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/350 saylı rəyindən görünür ki, ünvan 4 fərdi yaşayış evinin qarşısında inşa edilmiş əlavə otaq tikilinin fasad divarından 41,9 metr aralıda Heydər Əliyev adına X3 məxsus neft məhsulları saxlanılan rezervuar parkının sərhəd hasarının, həmin tikilidən 74,9 metr aralıda isə Heydər Əliyev adına X3 məxsus neft məhsulları saxlanılan çənin yerləşdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"-ına əsasən, ünvan 4 fərdi yaşayış evinin qarşısında inşa edilmiş əlavə otaq tikilisinin Heydər Əliyev adina X3 məxsus neft məhsulları saxlanılan rezervuar parkının mühafizə zonasında yerləşdiyi müəyyən olunur. ünvan 4 fərdi yaşayış evinin qarşısında, Heydər Əliyev adına X3 məxsus neft məhsulları saxlanılan rezervuar parkının sərhəd hasarından 41,9 metr, Heydər Əliyev adına X3 məxsus neft məhsulları saxlanılan çəndən 74,9 metr aralıda 6.7x4.2 metr ölçüdə, 2.6 metr hündürlüyündə əlavə otaq tikilinin inşa edildiyi müəyyən edilmişdir. ünvan 4 fərdi yaşayış evinin qarşısında, 6.7x4.2 metr ölçüdə, 2.6 metr hündürlüyündə inşa edilmiş əlavə otaq tikilisinə dair icazəverici sənədlərin olmadığını nəzərə alaraq, həmin tikilinin tikinti norma qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfinən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddia tələbi üzrə mübahisələndirilən ünvan 4 fərdi yaşayış evinin qarşısında inşa edilmiş əlavə tikili (otaq) Cavabdeh tərəfindən hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmişdir, cavabdehin istifadəsində olan 6.7x4.2 metr ölçüdə, 2.6 metr hündürlüyündə inşa edilmiş tikili Heydər Əliyev adına X3 məxsus neft məhsulları saxlanılan rezervuar parkının sərhəd hasarından 41,9 metr, Heydər Əliyev adına X3 məxsus neft məhsulları saxlanılan çəndən 74,9 metr aralı məsafədə inşa edilməklə qaz kəmərinin mühafizə zonasına düşür və özbaşına tikilidir. Bununla belə, Cavabdeh mübahisələndirilən əmlaka mülkiyyət hüququna əsas verən, o cümlədən özbaşına tikilinin sökülməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, ünvan 4 ünvanda Heydər Əliyev adina X3 məxsus neft məhsulları saxlanılan rezervuar parkının mühafizə zonasında yerləşən 6.7x4.2 metr ölçüdə, 2.6 metr hündürlüyündə inşa edilmiş tikili Cavabdeh tərəfindən inşa edilməklə qanunsuz tikili olduğundan, iddia tələbi təmin edilməli və mübahisələndirilən tikili onun tərəfindən sökülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir. “Qaz təchizatı haqqında” AR qanununun 19.1-ci maddəsinə əsasən, sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Həmin Qanunun 22-ci maddəsinə əsasən, bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının balansında və istismarında olan Heydər Əliyev adina X3 məxsus neft məhsulları saxlanılan rezervuar parkının mühafizə zonasında yerləşən ünvan 4 fərdi yaşayış evinin qarşısında 6.7x4.2 metr ölçüdə, 2.6 metr hündürlüyündə inşa edilmiş tikili (otaq) Cavabdeh tərəfindən onun hesabına sökülməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 101 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməli, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi 15/6 ünvanında Heydər Əliyev adına X3 məxsus neft məhsulları saxlanılan rezervuar parkının sərhəd hasarından 41,9 metr, Heydər Əliyev adına X3 məxsus neft məhsulları saxlanılan çəndən 74,9 metr aralıda Cavabdeh tərəfindən tikilən 6.7x4.2 metr ölçüdə, 2.6 metr hündürlüyündə inşa edilmiş yeni tikili Cavabdeh tərəfindən sökülsün. Dövlət rüsumunun əvəzi kimi ödənilmiş 101 (yüz bir) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X3 ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğ Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar