Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7295/2025 20.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.269,52 (üç min iki yüz altmış doqquz manat əlli iki qəpik) manat məbləğində sığorta ödənişi, 52,70 (əlli iki manat yetmiş qəpik) manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqının, cəmi 3.322,62 (üç min üç yüz iyirmi iki manat altmış iki qəpik) manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, iddiaçı "xxxx" ASC (bundan sonra – Cəmiyyət və ya İddiaçı) ilə sığortalı X3 arasında bağlanmış 04 sentyabr 2024-cü il tarixli VHİ 152/23s nömrəli könüllü əmlak sığorta müqaviləsinə əsasən Cəmiyyət tərəfindən sığortalanmış ünvan 1 ünvanında yerləşən mənzilə sığorta müddətində xx.xx.2024-cü il il tarixlərində Cavabdeh yaşadığı ünvan 2 ünvandan su axması nəticəsində ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi nəticəsində sığortalı olan əmlakın sahibinə dəymiş zərərə görə Cəmiyyət tərəfindən 3269,52 (üç min iki yüz altmış doqquz manat 52 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Xətai rayon İcra Hakimiyyəti 82 saylı Mənzil-Kommunal İstismar Sahəsininxx.xx.2024-cü il tarixli əmlak hadisəsi üzrə tərtib edilmiş akt ilə Cavabdeh yaşadığı ünvan 2 ünvanından aşağı mərtəbəyə su axması öz təsdiqini tapmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli əmlakın qiymətləndirilməsinə dair rəyə əsasən sığorta hadisəsi nəticəsində sığortalıya 3269,52 (üç min iki yüz altmış doqquz manat 52 qəpik) manat məbləğində maddi zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 393/25 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində sığortalanmış ünvan 1 ünvanına dəymiş zərərlə bağlı ödənilməli olan 3269,52 (üç min iki yüz altmış doqquz manat 52 qəpik) manat məbləğində pulun Cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. Məhkəmə hesab edir ki, hazırki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4875/2025 saylı mülki işinə birləşdirilərək bir icraatda baxılmalıdır. Həmin iş üzrə iddiaçı X3 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh – Cavabdeh etinasız hərəkətləri nəticəsində ona məxsus ünvan 3 ünvanında yerləşən 9 mərtəbəli binanın 40-cı mənzilindən axan su sızması nəticəsində iddiaçı – X2 məxsus ünvan 3 ünvanında yerləşən 9 mərtəbəli binanın 38-ci mənzilinə dəymiş maddi zərərin əvəzi olaraq 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin və mənəvi zərərə görə 2.000 (iki min) manat məbləğində pul vəsaitinin; iddiaçı – X3 tərəfindən onun mənzilinə vurulan zərərin məbləğinin müəyyən edilməsi məqsədilə qiymətləndirici rəyin verilməsi müstəqil ekspertlərə ödənilmiş 200 (iki yüz) manat və 400 (dörd yüz) manat xidmət haqqının, 125 (bir yüz iyirmi beş) manat vəkil xidməti xərcinin, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumu olmaqla, cəmi 10.848 (on min səkkiz yüz qırx səkkiz) manat məbləğində pul vəsaitinin birdəfəlik şəkildə cavabdeh – Cavabdeh tutularaq iddiaçı – X2 ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-4875/2025 saylı qərardadı ilə həmin mülki iş hazırki e-2(011)-7295/2025 saylı mülki işdən daha əvvəl icraata daxil olduğundan və hazırki işlə əlaqəli olduğundan, bu e-2(011)-7295/2025 saylı mülki iş həmin işlə bir icraatda birləşdirilməlidir. Belə ki, AR Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. AR Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3-cü, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddia ərizəsinə dair e-2(011)-7295/2025 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-7295/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7295/2025
20.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver