Məhkəmə qərarları › İş №e-2(011)-7307/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7307/2025

17.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7307/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı “İri Şəhərlərin X5 Xidməti” X4 nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “İri Şəhərlərin X5 Xidməti” X7 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: “İri Şəhərlərin Birləmiş Su Təchizatı Xidməti” X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 2603.28 manat borcun (abonent kodu: **********041) və 46.04 manat dövlət rüsumunun tutularaq ”İriŞəhərlərin X5 Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “İri Şəhərlərin X5 Xidməti” X4 nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddiaçı ”İri Şəhərlərin X5 Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh (abonent kodu: **********041) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 2603.28 (iki min altı yüz üç manat iyirmi səkkiz qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyil, özü Laçın rayonundan məcburi köçkündür, adı çəkilən ünvanda həyat yoldaşı ilə birgə məskunlaşmışdır, həmin ünvanda yalnız o və həyat yoldaşı yaşıyır, 2 nəfərin istifadə etdiyi su təchizatına görə 2603 manat borc yazılması absurddur, Azərsi ASC-yə həmin ünvanda yalnız 2 nəfər ailə tərkibi haqqında arayış təqdim etsə də, müvafiq qurum 5 nəfərin su təchizatından istifadə etdiyi məbləğdə borc hesablamışdır, məskunlaşdığı həyətdə suvarma tələb edən heç bir təsərrüfat ilə məşğul deyil, bu borc əsassız hesablanmışdır, iddia tələbini qismən, yalnız 660 manat həddində qəbul edir və 660 manat borcu ödəməsinə razıdır. Məhkəmə, tərəfələrin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Abonent kartı”nın surətindən görünür ki, xx.xx.2007-ci il tarixli 16376244 saylı aktiv müqaviləyə əsasən, 5 nəfər tərkibdən ibarət Cavabdeh (abonent kodu: **********041) ünvan 2 ünvanı üzrə hazırda yekun borc 2603,28 manatdır. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İri Şəhərlərin Birləmiş Su Təchizatı Xidməti” X7 tərəfindən cavabdehə yaranmış 2578,28 manat borcla əlaqədar xəbərdarlıq edilərək, borcun 7 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar olaraq 46,04 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh ünvan 3 ünvanında (abonent kodu: **********041) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətindən istifadə edir, iddiaçı cavabdehin xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəmədiyini, nəticədə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 2603,28 manat borcu olduğunu iddia edir, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində cavabdehə borcunu ödəməsinə dair xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən borcun ödənilməsi təmin olunmamışdır, cavabdeh iddia tələbini qismən qəbul edir, debitor borcu olaraq 660 manat ödəməyə razıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin 660 manat məbləğindən daha çox borcunun olduğunu müəyyən edən hallar müəyyən edilmədi. Məhkəmə, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğə münasibətdə hesab edir ki, borcun 2603,28 manat həddə hesablanmasına əsas olmuş mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən və hesablanmış borc məbləği 5 nəfər ailə üzvünü nəzərə alınmaqla hesablandığından, cavabdeh isə ailə tərkibinin 2 nəfərdən ibarət olduğunu və iddia tələbini qismən (660 manat həddində) qəbul etdiyindən, iddia tələbinin 660 manat həddində təmin olunması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasinin Qanununun 59-cu maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmin Qanunun 30-cu maddəsinə əsasən verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən, Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Həmin Qanunun 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifələrindən biridir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 660 manat pul məbləği tutularaq “İri Şəhərlərin X5 Xidməti” X6 ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, cavabdeh dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 46.04 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsinin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə (abonent kodu: **********041) borc kimi yaranmış 660 (altı yüz altmış) manat pul vəsaiti alınaraq “İri Şəhərlərin X5 Xidməti” X6 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar