Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7348/2025 28.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, “X1 3” markalı kompüter, Windows 11 Home, Zəmanət + 2 il xidməti üçün 1579,46 manat ödənilməmiş hissə, 157,95 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Windows 11 OEM üçün 215,5 manat ödənilməmiş hissə, 21,55 manat cərimə, ümumilikdə 1974,46 manat borc, 39,75 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi tələbinə dair kiçik iddiaya ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Windows 11 OEM almış və nəticədə 1974,46 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2670 (iki min altı yüz yetmiş) manat (24 ay x 111,25 manat + 0 manat ilkin ödəniş) olan “X1 3” markalı kompüter, Windows 11 Home, Zəmanət + 2 il xidməti üçün ümumilikdə, 1737,41 (min yeddi yüz otuz yeddi manat, 41 qəpik) manat olmaqla ondan, 1579,46 (min beş yüz yetmiş doqquz manat, 46 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 157,95 (yüz əlli yeddi manat,95 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 300 (üç yüz) manat (24 ay x 12,5 manat + 0 manat ilkin ödəniş) olan Windows 11 OEM üçün ümumilikdə, 237,05 (iki üç yeddi manat, 05 qəpik) manat olmaqla ondan, 215,5 (iki yüz on beş manat, 50 qəpik) manat ödənilməmiş hissə, güzəşt olaraq 21,55 (iyirmi bir manat, 55 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən “Windows 11 Home”dən xx.xx.2024-ci il tarixində imtina etmiş və məhsul 319.99 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 770,55 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 319,99 manat, ümumilikdə, 1090,54 manat təşkil edir. Cavabdehin digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 84,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Tərəflər arasında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinin icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02626668 saylı müqaviləyə əsasən, “X1 3” markalı kompüter, Windows 11 Home, Zəmanət + 2 il xidməti, xx.xx.2024-cü il tarixli, 02626676 saylı müqaviləyə əsasən, Windows 11 OEM əldə etmişdir. Mallar alıcıya qüsursuz şəkildə təhvil verilmişdir. Bunun müqabilində cavabdeh xx.xx.2024-cü il tarixli, 02626668 saylı müqavilə əsasında malın dəyərini 24 ay müddətində hər ay 111.25 manat olmaqla, ümumilikdə 2669,91 manat məbləğində vəsaiti, xx.xx.2024-cü il tarixli, 02626676 saylı müqavilə əsasında malın dəyərini 24 ay müddətində hər ay 12.5 manat olmaqla, ümumilikdə 299,99 manat məbləğində vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən “Windows 11 Home”dən xx.xx.2024-ci il tarixində imtina etmiş və məhsul 319.99 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdeh müqavilələr üzrə öhdəlikləri vaxtlı vaxtında icra etmədiyinə görə xx.xx.2024-cü il tarixli, 02626668 saylı müqavilə üzrə 1579,46 manat ödənilməmiş hissə, 157,95 manat cərimə, xx.xx.2024-cü il tarixli, 02626676 saylı müqavilə üzrə 215,5 manat ödənilməmiş hissə, 21,55 manat cərimə, ümumilikdə 1974.46 manat borc yaranmışdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 39.75 manat məbləğində dövlət rüsumu ödəmişdir.İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 39,75 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh müqavilələr əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasibdir və iddia qeyd edilən edilən hissədə təmin edilməlidir. Məhkəmə iddianın 39.75 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 02626668 saylı müqavilə üzrə 1579,46 (min beş yüz yetmiş doqquz manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 157,95 (yüz əlli yeddi manat doxsan beş qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli 02626676 müqavilə üzrə 215,5 (iki yüz on beş manat əlli qəpik) manat ödənilməmiş hissə, 21,55 (iyirmi bir manat əlli beş qəpik) manat cərimə, ümumilikdə 1976,46 (bir min doqquz yüz yetmiş altı manat qırx altı qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39.75 (otuz doqquz manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-7348/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7348/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver