Məhkəmə qərarları › İş №e-2(011)-7351/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7351/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7351/2025 02.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, APPLE MACBOOK AİR 13 kompüter üçün 2294,30 (iki min iki yüz doxsan dörd manat, 30 qəpik) manat ödənilməmiş hissə, 229,43 (iki yüz iyirmi doqquz manat, 43 qəpik) manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, İMEİ KODU SJ1CWY2LPVJ İPAD AİR 11-İNCH markalı planşet üçün 1755 (min yeddi yüz əlli beş) manat ödənilməmiş hissə, 175,50 (yüz yetmiş beş manat, 50 qəpik) manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, ASUS TUF GAMİNG kompüter üçün 1450,40 (min dörd yüz əlli manat, 40 qəpik) manat ödənilməmiş hissə, 145,04 (yüz qırx beş manat, 04 qəpik) manat dəbbə pulu, xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən, ZƏMANƏT + 2 İL xidməti, PLAYSTATİON 5 SLİM üçün 1315,80 (min üç yüz on beş manat, 80 qəpik) manat ödənilməmiş hissə, 131,58 (yüz otuz bir manat, 58 qəpik) manat dəbbə olmaqla ümumilikdə 7497,05 manat borc və 94,98 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə, İddiaçı MMC araında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərindəki müqavilələrə əsasən APPLE MACBOOK AİR 13 kompüter, İMEİ KODU SJ1CWY2LPVJ İPAD AİR 11-İNCH markalı planşet, ASUS TUF GAMİNG kompüter, ZƏMANƏT + 2 İL xidməti, PLAYSTATİON 5 SLİM almış və nəticədə 7497,05 (yeddi min dörd yüz doxsan yeddi manat, 05 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3594,04 (üç min beş yüz doxsan dörd manat, 04 qəpik) manat (24 ay x 134,96 manat + 355 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 kompüter üçün ümumilikdə 2523,73 (iki min beş yüz iyirmi üç manat, 73 qəpik) manat olmaqla ondan, 2294,30 (iki min iki yüz doxsan dörd manat, 30 qəpik) manat ödənilməmiş hissə, 229,43 (iki yüz iyirmi doqquz manat, 43 qəpik) manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1755 (min yeddi yüz əlli beş) manat (18 ay x 97,50 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU SJ1CWY2LPVJ İPAD AİR 11-İNCH markalı planşet üçün 1930,50 (min doqquz yüz otuz manat, 50 qəpik) manat olmaqla ondan 1755 (min yeddi yüz əlli beş) manat ödənilməmiş hissə, 175,50 (yüz yetmiş beş manat, 50 qəpik) manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2901,60 (iki min doqquz yüz bir manat, 60 qəpik) manat (18 ay x 161,20 manat + 0 manat ilkin ödəniş) olan ASUS TUF GAMİNG kompüter üçün 1595,44 (min beş yüz doxsan beş manat, 44 qəpik) manat olmaqla ondan 1450,40 (min dörd yüz əlli manat, 40 qəpik) manat ödənilməmiş hissə, 145,04 (yüz qırx beş manat, 04 qəpik) manat dəbbə pulu, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1692,90 (min altı yüz doxsan iki manat, 90 qəpik) manat (18 ay x 94,05 manat + 0 manat ilkin ödəniş) ZƏMANƏT + 2 İL xidməti, PLAYSTATİON 5 SLİM üçün 1447,38 (min dörd yüz qırx yeddi manat, 38 qəpik) manat olmaqla ondan 1315,80 (min üç yüz on beş manat, 80 qəpik) manat ödənilməmiş hissə, 131,58 (yüz otuz bir manat, 58 qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3128,04 manat təşkil edir. Cavabdehlə aralarında xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Tərəflərin mövqeləri: İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 14271204 nömrəli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən iddiaçı 1 ədəd ASUS TUF GAMİNG kompüteri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə öz növbəsində ödəniş cədvəlində qeyd edilən vaxtda və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, əşyanın dəyəri 2901,6 manat, ödəniş müddəti 18 ay, ilkin ödəniş olmamaqla, aylıq ödəniş 161,2 manat müəyyən edilmişdir. Müqavilə üzrə cavabdehin 1450,4 manat əsas borcu, 145,04 manat dəbbə borcu vardır. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd ASUS TUF GAMİNG kompüter cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 10796077 nömrəli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən iddiaçı 1 ədəd APPLE MACBOOK AİR 13 kompüteri cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə öz növbəsində ödəniş cədvəlində qeyd edilən vaxtda və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, əşyanın dəyəri 3594,04 manat, ödəniş müddəti 24 ay, ilkin ödəniş 355 manat məbləğində olmaqla, aylıq ödəniş 134,96 manat müəyyən edilmişdir. Müqavilə üzrə cavabdehin 2294,3 manat əsas borcu, 229,43 manat dəbbə borcu vardır. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd APPLE MACBOOK AİR 13 kompüter cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 18045626 nömrəli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən iddiaçı 1 ədəd PLAYSTATİON 5 SLİM-i cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə öz növbəsində ödəniş cədvəlində qeyd edilən vaxtda və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, əşyanın dəyəri 1692,9 manat, ödəniş müddəti 18 ay, ilkin ödəniş olmamaqla, aylıq ödəniş 94,05 manat müəyyən edilmişdir. Müqavilə üzrə cavabdehin 1315,8 manat əsas borcu, 121,58 manat dəbbə borcu vardır. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd PLAYSTATİON 5 SLİM cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 075336 nömrəli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən iddiaçı 1 ədəd İPAD AİR 11-İNCH markalı planşeti cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə öz növbəsində ödəniş cədvəlində qeyd edilən vaxtda və məbləğdə ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Maliyyə və ödəniş cədvəlindən görünür ki, əşyanın dəyəri 1755 manat, ödəniş müddəti 18 ay, ilkin ödəniş olmamaqla, aylıq ödəniş 97,5 manat müəyyən edilmişdir. Müqavilə üzrə cavabdehin 1755 manat əsas borcu, 175,5 manat dəbbə borcu vardır. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 1 ədəd İPAD AİR 11-İNCH markalı planşet cavabdehə xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh ünvanlanmış pretenziya məktubuna əsasən nisyə alqı-satqı müqavilələri üzrə borcun ödənilməsi cavabdehdən tələb edilmiş, ödənilmədiyi təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir. İşin müəyyən edilən halları: Tərəflər arasında xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il xx.xx.2024-cü il tarixlərində nisyə alqı-satqı müqavilələri imzalanmış, müqavilələrə əsasən iddiaçı müqavilələrdə göstərilmiş əşyaları Cavabdeh təhvil verməyi, Cavabdeh isə ödəniş cədvəlində müəyyən edilmiş müddətdə və məbləğdə ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməyərək, müqavilə şərtlərini pozmuş, ödəniş cədvəlinə əsasən hər ay ödənilməli olan pul vəsaitini vaxtında ödəməmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il xx.xx.2024-cü il tarixləri il tarixli müqavilələr üzrə cəmi 3128,04 manat məbləğində ödəniş edimişdir, hazırda Cavabdehnın qalıq borcu ümumilikdə 7497,05 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar Cavabdeh verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək Cavabdeh tərəfindən də imzalanmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında Cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin əşyaların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında əşyaları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Buna görə də, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Məhkəmə həmçinin, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində tələb olunan yüksək cərimə pulu ağlabatan həddə azaldılaraq xx.xx.2024cü il tarixli müqaviləyə görə 50 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə görə 100 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə görə 50 manat, xx.xx.2024-cü il tarixli müqaviləyə görə 50 manat olmaqla, cəmi 250 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Lakin, Cavabdeh tutulmalı olan dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 72,90 manat məbləğində müəyyən edilməli, qalan dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə görə 1450,4 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə görə 2294,3 manat əsas borc, 100 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə görə 1315,8 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə görə 1755 manat əsas borc, 50 manat cərimə borcu və 90,65 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 7156,15 manat (yeddi min yüz əlli altı manat on beş qəpik) pul Cavabdeh alınaraq İddiaçınə ödənilsin. İddia tələbi 431,55 manat məbləğində cərimənin tutulması hissəsində təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 4,33 manat hissəsi İddiaçınə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar