Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7392/2025 29.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı xx.xx.2025-cü il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 11842068 saylı fakturaya əsasən İmei kod **********91241 İphone 16 ProMax üçün 3355.87 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 335.59 manat cərimə, ümumilikdə, 3715.06 manat borc və 57.16 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi tələbinə dair kiçik iddiaya ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 11842068 saylı fakturaya əsasən, İmei kod **********91241 İphone 16 ProMax, Paket XXXL xidməti almış və nəticədə 3715.06 (üç min yeddi yüz on beş manat, 6 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 4105.86 (dörd min yüz beş manat, 86 qəpik) manat (18 ay x 194.77 manat + 600 manat ilkin ödəniş) olan İmei kod **********91241 İphone 16 ProMax, Paket XXXL xidməti üçün ümumilikdə 3715.06 (üç min yeddi yüz on beş manat, 6 qəpik) manat olmaqla, ondan, 3355.87 (üç min üç yüz əlli beş manat, 87 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi Rüsumu 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 335.59 (üç yüz otuz beş manat, 59 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2025-cü il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 11842068 saylı fakturaya əsasən, xx.xx.2025-cü il tarixində Paket XXXL xidmətindən imtina etmişdir, 149,99 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2025-cü il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 11842068 saylı faktura üzrə cəmi ödədiyi məbləğ 600 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 149.99 manat, ümumilikdə, 749.99 manat təşkil edir. Tərəflər arasında bağlanılmış xx.xx.2025-cü il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 11842068 saylı fakturanın ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Tərəflər arasında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin etirazının dəlilləri Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinin icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Lakin, cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 11842068 saylı fakturaya əsasən İmei kod **********91241 İphone 16 ProMax, paket XXXL xidməti əldə etmişdir. xx.xx.2025-cü il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli 11842068 saylı fakturaya əsasən İmei kod **********91241 İphone 16 ProMax, paket XXXL xidməti müqabilində 600 manat ilkin ödəniş və 18 ay müddətində hər ay 194,77 manat ödəməyi öhdəsinə götürmüşdür. Mallar alıcıya qüsursuz şəkildə təhvil verilmişdir. Hazırda cavabdeh müqavilə üzrə öhdəlikləri vaxtlı vaxtında icra etmədiyinə görə xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 11842068 saylı faktura üzrə 3355.87 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 335.59 manat cərimə, ümumilikdə 3715.06 manat borc yaranmışdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 57.16 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh müqavilələr əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. İddia bu hissədə təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasibdir və iddia qeyd edilən edilən hissədə təmin edilməlidir. Məhkəmə İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi olaraq hər müqavilə üzrə 23,6 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır. Belə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilələrdən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı İnnovativ Layihələr Mərkəzinə dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş əsas borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 57.16 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli ******* saylı müqavilənin əlavəsi - xx.xx.2025-cü il tarixli 11842068 saylı faktura üzrə əsas borca görə 3355.87 (üç min üç yüz əlli beş manat səksən yeddi qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumun əvəzi olaraq 23,60 (iyirmi üç manat altmış qəpik) manat, cərimə borcuna görə 335.59 (üç yüz otuz beş manat, əlli doqquz qəpik) manat, ümumilikdə 3715.06 (üç min yeddi yüz on beş manat altı qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 57.16 (əlli yeddi manat on altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-7392/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7392/2025
29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver