Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7437/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6 Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6 Cavabdeh qarşı- Cavabdeh tərəfindən diametri 1200 mm olan 2 ədəd yağış və diametri 1000 mm olan kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi və kollektorların mühafizə zonalarının boşaldılmasının təmin edilməsinə və 100 manat dövlət rüsumunun cavabdehin xeyrinə tutulmasə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin əhalisi, dövlət, özəl və ictimai obyektlər tərəfindən axıdılan tullantı sularının kanalizasiya qurğuları vasitəsi ilə qəbul edilib müvafiq məntəqələrə ötürülərək zərərsizləşdirilməsi gündəlik həyat üçün çox vacib vəzifələrdəndir. Çirkab suların fasiləsiz və normal qaydada qəbul edilməsi üçün şəhərə xidmət göstərən kanalizasiya sistemlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara mütəmadi texniki xidmətin göstərilməsi olduqca vacib məsələlərdəndir. Belə ki, Cavabdeh tərəfindən “Azərbaycan Respublikasının Su Məcəlləsi”nin, “Şəhərsalma və Tikinti Məcəlləsi”nin, “Su təchizatı və tullantı suları haqqında” Qanunun, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanunun, “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının və digər normativ hüquqi aktların tələblərinin kobud surətdə pozaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9ə məxsus hər birinin diametri 1200 mm olan 2 ədəd yağış və diametri 1000 mm olan kanalizasiya kollektorunun mühafizə zonasında özbaşına tikili (yaşayış evi) inşa edilmişdir. Kollektorların mühafizə zonasında tikilinin inşası, onlara vaxtlı-vaxtında texniki xidmətin göstərilməsini və istismarını qeyri-mümkün etməklə yanaşı, insan həyatına təhlükə yaradan, ətraf mühitin çirklənməsinə səbəb olan texnogen fəlakətlə nəticələnə biləcək qəzaların baş verməsinə riskini yaradıb. Belə ki, inşa edilmiş qanunsuz tikili səbəbindən kollektorlara vaxtlı-vaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuş, həmçinin ağır konstruksiyadan ibarət evin xəttin üzərində yerləşməsi kollektorda əlavə yüklənməyə yol açmış və nəticədə kollektorun dəmirbeton konstruksiyasının aşınması və kollektorun tikililərin altında qalan hissəsində torpaq örtüyünün çökməsi ilə nəticələnən qəzalı vəziyyət yaranmışdır. Tikilinin mövcudluğu yaranmış qəzanın aradan qaldırılmasın mümkünsüz etməkdə yanaşı qeyd edilən tikilidə yaşayan şəxslərin həyatı üçün də real təhlükə riski yaratmaqdadır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun və "Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı"nın, "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları"nın və "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, hazırda qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinin tələblərində birbaşa qeyd olunur ki, Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Əlavə olaraq hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 62-ci maddəsində də qeyd olunmuşdur ki, Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Nəticədə yuxarıda adı çəkilən özbaşına tikili nəticəsində kollektorunun böyük hissəsinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrin başverməsi, çirkab suyun əraziyə axmasıyla gigiyenik təhlükənin yaranma ehtimalını artırır, başvermiş qəzaların vaxtında və operativ şəkildə qarşısının alınmasında ciddi maneələr yaradır. Əlavə olaraq nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-cı maddəsinin tələblərinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, Cavabdeh tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9ə məxsus hər birinin diametri 1200 mm olan 2 ədəd yağış və diametri 1000 mm olan kanalizasiya kollektorunun mühafizə zonasında özbaşına tikili (yaşayış evi) inşa edilmişdir. Nəticədə inşa edilmiş qanunsuz tikili səbəbindən kollektorlara vaxtlı-vaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuş, həmçinin ağır konstruksiyadan ibarət evin xəttin üzərində yerləşməsi kollektorda əlavə yüklənməyə yol açmış və nəticədə kollektorun dəmirbeton konstruksiyasının aşınması və kollektorun tikililərin altında qalan hissəsində torpaq örtüyünün çökməsi ilə nəticələnən qəzalı vəziyyət yaranmışdır. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi və bildirdi ki, həmin əmlakı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır, 10 ilə yaxındır orda yaşayır, dövlət reyestrindən çıxarışı hələki almamışdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan, xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən tərəflərindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 Bakı Sukanal İdarəsi tərəfindən Xətai rayonu İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ətraf mühitin çirklənməsi səbəblərinin aradan qaldırılması və yol verilməməsi zərurətindən irəli gələn vəzifələrin o cümlədən, kollektorlara texniki xidmətlə bağlı təxirəsalınmaz bərpa işlərinin yerinə yetirilməsi vacibliyini nəzərə alaraq, 1000 mm diametrli “Günəşli” kanalizasiya kollektorunun üzərinin və mühafizə zonasının boşaldılması istiqamətində müvafiq qaydada tədbirlərin görülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 Bakı Sukanal İdarəsi tərəfindən Xətai rayonu İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, yaranmış təhlükəli vəziyyətlə bağlı edilmiş xəbərdarlıqlara baxmayaraq vətəndaşlar kollektorun qəzalı hissəsində inşa etdikləri qanunsuz tikililərdən istifadə etməkdə davam edirlər, yaranmış qəzanın mürəkkəbliyi, qanunsuz tikililərin mövcudluğu qəzanın aradan qaldırılmasını da mümkünsüz etməkdədir, kollektorlara təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini nəzərə alaraq, 1000 mm diametrli “Günəşli" təsərrüfat-məişət kollektorunun üzərinin və mühafizə zonasının boşaldılması istiqamətində müvafiq tədbirlərin görülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, aparılmış texniki baxış zamanı vətəndaş Cavabdeh tərəfindən Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanununun, Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanunun, “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının və digər normativ hüquqi aktların tələbləri kobud surətdə pozulmaqla “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9ə məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsindən keçən hər birinin diametri 1200 mm olan yağış və diametri 1000 mm olan kanalizasiya kollektorunun mühafizə zonasında tikili inşa edilmişdir. İş materiallarında olan, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X9 Bakı Sukanal İdarəsi tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli “kollektorların mühafizə zonasının pozulması ilə əlaqədar” xəbərdarlıq məktubundan görünür ki, vətəndaşdan kollektorların mühafizə zonasının boşaldılması tələb edilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, 2 №li Zeytun sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsi üzərində X2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-ci il tarixdə qeydiyyata alınmışdır, təyinatı yaşayış məntəqələrinin toqpaqları kimi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 rayonu, 2 №li Zeytun sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsini alıcı Cavabdeh mülkiyyətinə vermişdir. Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, kollektorun məktubda qeyd edilən hissəsində baş verən sızma nəticəsində 3 fərdi yaşayış evinin divarlarında çatlar yaranaraq qəzalı vəziyyətə düşmüşdür, yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması üçün qəzalı vəziyyətdə olan 3 fərdi yaşayış evinin köçürülməsinə köməklik olunması barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-7437/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş , Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Azərsu ASCnin Xətai rayon Sukanal İdarəsi ilə Cavabdeh arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan” müqavilə bağlanmışdır. İş materiallarında olan Azərişıq ASC tərəfindən verilən abunə haqqında çıxarışdan görünür ki, Cavabdeh abunə kodu **********10041 nömrədir, sonuncu dəfə sayğac xx.xx.2007-ci il tarixdə dəyişdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə Azərqaz İB arasında “Qaz oaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” AKX-06069xx/xx-2024 nömrəli müqavilə bağlanmışdır. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək və su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq qadağan edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Axverdiyev Azərbaycana qarşı» işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir: «Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin «mülkiyyətidirmi»? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1- ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət hüququ» kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından «mülkiyyət» hesab olunmalıdır. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və «qanuni gözləntisi» olan əmlakı da əhatə edə bilər. «Gözlənti» mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «X5rşı» işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1- ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı cavabdehə qarşı mövcud iddia tələbini qeyd edilən tikilinin özbaşına tikili olması ilə əsaslandırmışdır. Lakin, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, 2 №li Zeytun sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsi üzərində X2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-ci il tarixdə qeydiyyata alınmış və təyinatı yaşayış məntəqələrinin toqpaqları kimi qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, satıcı X1 rayonu, 2 №li Zeytun sovxozu ərazisində yerləşən ümumi sahəsi 0.01 ha olan torpaq sahəsini alıcı Cavabdeh mülkiyyətinə vermişdir. Göstərilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, X2 yaşayış məntəqələri üçün nəzərdə tutulan mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ dövlət tərəfindən reyestrdə qeydiyyata alındığından, mülkiyyət isə dövlət tərəfindən müdafiə olunduğundan, həmin daşınmaz əmlak daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə keçdiyindən, iddiaçı tərəfindən irəli sürülmüş Cavabdeh qanunla müəyyən edilmiş qaydada mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və mühafizə zonalarının boşaldılması barədə iddiası təmin edilməməlidir. Sadalanan qanunvericilik aktı normalarına və iş materiallarına əlavə edilmiş sənədlərə əsasən məhkəmə hesab edir ki, dövlət qeydiyyatına alınmış qeyd edilən torpaq sahəsində inşa edilən tikilinin mülki qanunvericiliyin tələblərinə əsasən özbaşına tikili olması müəyyən edilmədiyindən, mövcud iddia tələbi əsassızdır. Məhkəmə hesab edir ki, hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur. Bir şərtlə ki, belə istifadə üçüncü şəxslərə maneə yaratmasın. Əksinə həmin tikilinin sökülməsi cavabdehin fərdi yaşayış evindən istifadəsi ilə bağlı qanunla qorunun mənafeyinin pozulmasına şərait yaratmış olar. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iddia tələbinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X6 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-7437/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7437/2025
26.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver