Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-754/2025 11.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “mirasdan payın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 qarşı “mirasdan payın müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, mərhum mirasqoyan X8 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Mərhumun vəfat etdiyi tarixə onun birinci növbə 2 vərəsəsi: oğlu - İddiaçı və arvadı-Cavabdeh2 Bakı şəhəri 6 saylı Notariat Ofisinə müraciət etmiş, hər ikisi mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə ərizə təqdim etmişdirlər. Beləliklə, Bakı şəhəri 6 saylı Notariat Ofisində mərhum X2 ölümü ilə əlaqədar vərəsəlik işi açılmış, mərhumun oğlu və arvadı mirası qəbul etmişlər. Mirasın tərkibinə mənzil və pul vəsaiti daxildir. ünvan 1 ünvanında yerləşən mənzil mərhum mirasqoyan X4 məxsus olmuşdur. Mərhum mirasqoyan X8 ölüm tarixinə kimi Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-də çalışmış və onun əmək haqqısı üzrə son haqq-hesab 3144.05 manat təşkil etmişdir. İddiaçı mirasın açıldığı 6 saylı Notariat Ofisinə yazılı şəkildə müraciət etmiş və ona mirasdan ½ hissədə vərəsəlik hüququ haqda şəhadətnamənin verilməsini tələb etmişdir. Lakin, notariat ofisindən ona yalnız ¼ hissədə vərəsəlik vərəsəlik şəhadətnaməsinin veriləcəyi bildirilmişdir. Belə ki, guya mənzil mərhum ilə cavabdehin birgə nikah dövründə əldə edilmiş və həmin əmlakda cavabdehin ½ hissədə payı mövcuddur. Halbuki, həmin mənzil tərəflərin birgə nikah dövründə deyil, ondan daha öncə əldə edilmiş və mərhumun anasının adına rəsmiləşdirilmişdir. Beləliklə, 6 saylı Notariat Ofisinin xx.xx.2024 tarixli 590 saylı məktubuna əsasən, iddiaçıya vərəsəlik haqda şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixində vəfat etmiş mərhum X1 miras qalan ünvan 1 ünvanında yerləşən mənzilin və Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-dən mərhum X4 çatacaq pul vəsaitinin üzərində İddiaçı ½ hissədə payının müəyyən edilməsi və buna dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, cavabdehin məhkəmə gedişatında heç bir tələbi olmamışdır, cavabdeh yalnız iddia tələbinə etiraz ərizəsi təqdim etmişdir, etirazın əsası kimi miras əmlak olan mənzilin təmirinə 10000 manat xərc çəkdiyinə əsaslanaraq, həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməsini və ona daha çox payın müəyyən edilməsini xahiş etmişdir. Halbuki miras əmlak olan mənzilin təmirinə 10000 manat xərc çəkdiyinə dair cavabdeh məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir, həmçinin 10 000 manat məbləği əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün kifayət edən bir məbləğ deyildir. Odur ki, nümayəndə miras əmlakda payların bərabər müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd edilmişdir ki, Cavabdeh2 həyat yoldaşı X8 ilə 19 noyabr 2010-cu ildə nikah münasibətinə daxil olaraq ailə həyatı qurmuş, ər-arvad münasibətləri həyat yoldaşının vəfat etdiyi son günə, yəni 17 aprel 2024-cü ilə qədər davam etmişdir. Təxminən 14 il davam edən ailə həyatı dövründə birgə yaşayıb ümumi təsərrüfat aparmışlar. Mənzili daim abad vəziyyətdə saxlamış, kifayət qədər təmir işləri aparmışdır. Onun kommunal xərclərini müntəzəm olaraq cavabdeh ödəmişdir. İddiaçı heç zaman mənzilin təmir vəziyyəti və kommunal xərcləri barədə narahat olmamış, yalnız atasının vəfatından sonra burada mənzil olduğu yadına düşmüşdür. Hazırın naziri kimi mənzildən və mərhuma məxsus əmək haqqı üzrə son haqq-hesabdan pay qoparmaq iddiasındadır. Etiraz ərizəsinə əlavə edilən 27 nömrəli MKİS-in 29 oktyabr 2024-cü il tarixli, 633 nömrəli arayışdan da görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 36, məznil 46-da yaşamaqla mənzildən istifadə haqqını və məişət tullantılarına görə xərcləri daim cavabdeh özü ödəmişdir. Yəni ½ hissədə pay tələb etməyə iddiaçının mənəvi haqqı belə yoxdur. Digər tərəfdən 6 nömrəli Notariat Ofisinin ona verdiyi cavaba uyğun olaraq, mirasdan iddiaçıya əmlakın yalnız ¼ hissəsi miqdarında vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədəuyğundur. Qeyd olunanlara əsasən 17 aprel 2024-cü ildə vəfat etmiş həyat yoldaşı mərhum X1 miras qalmış ünvan 1-da yerləşən mənzilin və "xxxx" QSC-dən mərhuma çatacaq əmək haqqı üzrə 3144,05 manat miqdarında son haqq-hesab pul vəsaiti üzərində İddiaçı ¼ hissədə, Cavabdeh2 isə ¾ hissədə payların müəyyən edilməsi və buna dair vərəsəlik şəhadətnamələrinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini qismən qəbul etməklə yanaşı, izahatında bildirmişdir ki, mərhum X8 ilə Cavabdeh2 nikahları 2010-cu ildə bağlanmış, mübahisə predmeti olan mənzil 2012-ci ildə mərhumun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birgə yaşadıqları dövrdə mənzili hissə-hissə təmir etmişlər, bununla bağlı bankdan kredit götürmüş, tanıdığı şəxslərdən borca pul götürmüşdür. Beləliklə, həmin mənzilin yaxşılaşdırılmasında, qiymətinin artmasında iştirak etmişdir. Bu səbəbdən həmin mənzil birgə mülkiyyət hesab edilməli, cavabdehin ¾ hissədə payı müəyyən edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 425401 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 aprel 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC tərəfindən notariat kontoruna ünvanlanmış 04 iyun 2024-cü il tarixli məktubun surətindən görünür ki, X8 "xxxx" QSC Aviasiya Təhlükəsizlik Baş İdarəsi Kinoloji Xidmətinin böyük təlimatçı vəzifəsində işləmiş və onun əmək haqqı üzrə axırıncı haqq-hesabı 3144,05 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 36 ünvanında yerləşən 46 saylı mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 17 avqust 2012-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İ seriyalı, 629285 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Cavabdeh2 arasında 19 noyabr 2010-cu il tarixdə nikah bağlanmış və 1894 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- T seriyalı, 282710 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X8, anası isə X5. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş Cavabdeh2 14 iyun 2024-cü il tarixli, **********034 nömrəli ərizəsinin surətindən görünür ki, 17 aprel 2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X8 vəfat etmişdir. Miras əmlak ünvan 2 ünvanında yerləşən mənzildən ibarətdir. Cavabdeh2 həmin mirası qəbul edir, göstərilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən ünvan 3 ünvanlanmış 17 oktyabr 2024-cü il tarixli ərizənin surətindən görünür ki, mərhum X2 ölümündən sonra miras qalan ünvan 2 ünvanında yerləşən mənzilin bölgüsü ilə razı deyildir. Belə ki, həmin mənzil mərhumun arvadı Sedina Nina ilə birgə nikah dövründə deyil, daha əvvəl əldə edilmişdir. İddiaçı mübahisənin məhkəmə müstəvisində həll edilməsi üçün müvafiq imtina məktubunun verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İ seriyalı, 440549 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 01 sentyabr 2010-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən İddiaçı Qermanovçin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış 17 oktyabr 2024-cü il tarixli 2185 nömrəli məktubun surətindən görünür ki, mərhum X2 ölümündən sonra 6 saylı notariat ofisinə Cavabdeh2 və İddiaçı tərəfindən mirasın qəbulu ilə bağlı müraciət olmuş, vərəsələrin dairəsi müəyyən edilmiş və vərəsəlik işi açılmışdır. Lakin vərəsələr arasında mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir və məhkəməyə müraciət edilməsi məqsədəuyğundur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanı ünvan 4 tarixli sərəncamdan çıxarışına və Cavabdeh1 təsdiq edilmiş 5d1-117 reyestr nömrəli 21 yanvar 1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən 23 fevral 1994-cü il tarixdə X9 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 15 saylı notariat kontorunun 2V-682 reyestr nömrəli 14 iyul 2012-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 17 avqust 2012-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikadı Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, 12 noyabr 1966-cı il təvəllüdlü İddiaçı 04 iyul 2013-cü il tarixdən hazırkı vaxtadək, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 27 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 633 nömrəli, 29 oktyabr 2024cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 8 noyabr küçəsində ünvan 2 ünvanında qeydiyyatdadır və yaşayır. Göstərilən ünvanda mənzildən istifadə haqqını və məişət tullantılarına görə xərcləri özü ödəyir. Məhkəmənin 22 aprel 2025-ci il tarixli baxış iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, cavabdeh Sevda xanımı şəxsən çoxdan tanıyır, onun yoldaşı Qerman olmuşdur. X6 mühəndis-mexanikdir, cavabdehin evinin təmirinə kömək etmişdir. Evin əsas təmirini dostu Fuad etmiş, o, isə təmirlə bağlı məsləhət vermiş və elektrik işlərini görmüşdür. Pandemiyaya qədər mütəmadi təmir işləri görmüşlər. Əvvəlcə bir otaq, daha sonra 2-ci və 3-cü otaqları təmir etmişlər. Məhkəmənin 22 aprel 2025-ci il tarixli baxış iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Cavabdeh2 çoxdan tanıyır, SOCAR-da birlikdə işləmişlər. 2017-ci ildə Sevda ona müraciət etmiş və evinin əsaslı təmiri üçün ondan borc pul istəmişdir. Tatyana Salayeva ona 7000 manat borca pul vermiş, Sevda onun pulunu geri ödəmişdir. Sevdanın evində olmuş, ev təmirli olmuşdur. Evi Zığda, Zərifə parkının yanındadır. Sevdanın yoldaşı ilə Tatyananın yoldaşı tanış idilər, evlərinə gedib-gəlmişlər. Sevda ona olan borcunu 2020-2021-ci ilə qədər hissə-hissə qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəyə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəyə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəyə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.2-ci maddəyə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəyə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəyə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəyə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, mülki işdə olan sübutlarla və tərəflərin izahatları ilə təsdiq edilir ki, İddiaçı atası və Cavabdeh2 əri – mərhum X2 ölümündən sonra onun qanun üzrə 2 vərəsəsi və ondan miras əmlak qismində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 36 ünvanında yerləşən 46 saylı mənzili və mərhumun "xxxx" QSC Aviasiya Təhlükəsizlik Baş İdarəsi Kinoloji Xidmətinin böyük təlimatçı vəzifəsində işlədiyi dövrdə, onun əmək haqqı üzrə axırıncı haqq-hesabı 3144,05 manat pul vəsaiti qalmışdır. Həmin mənzil Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının 5163 nömrəli 23 dekabr 1993-cü il tarixli sərəncamdan çıxarışına və Cavabdeh1 təsdiq edilmiş 5d1-117 reyestr nömrəli 21 yanvar 1994-cü il tarixli bağışlama müqaviləsinə əsasən 23 fevral 1994-cü il tarixdə X9 adına qeydiyyata alınmış, lakin Bakı şəhəri 15 saylı notariat kontorunun 2V-682 reyestr nömrəli 14 iyul 2012-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 17 avqust 2012-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Cavabdeh2 17 aprel 2024-cü il tarixdə miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin iddiaçı ilə aralarında miras əmlaka dair mübahisə yarandığından Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Hazırda iddiaçı iddia tələbində miras əmlak üzərində hər iki tərəfin ½ hissədə paylarının müəyyən edilməsini tələb etmişdir. Lakin cavabdeh iddia tələbini qismən qəbul edərək, ¾ hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh bununla bağlı qarşılıqlı iddia ərizəsi təqdim etməmiş, xahişini etiraz ərizəsində bildirmiş, etirazını onunla əsaslandırmışdır ki, miras əmlak olan mənzildə mərhumla birlikdə yaşadıqları dövrdə əsaslı təmir işləri aparmış və təmirə 10000 manat pul vəsaiti ödəmişdir. Bununla bağlı sübut qismində cavabdeh tərəf iki şahid təqdim etmiş, lakin şahidlər cavabdeh tərəfindən ailə dostu olmaqla yanaşı evin təmirinə 10 000 manatın cavabdeh tərəfindən xərlənməsini təsdiq etməmişdirlər. Mənzilin hansı tarixdə təmir edilməsini və təmir-tikintiyə çəkilmiş xərcin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi 04 iyun 2025-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, təmir-tikinti işlərinin hansı tarixdə aparılmasını müəyyən edən metodologiya (laboratoriya) olmadığı üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə tərəfindən cavabdehin etirazında qeyd etdiyi halların təsdiq edilməsi müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə nəzərə alır ki, miras əmlak olan mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi ilə bağlı qüvvədə olan məhkəmə qətnamə\si mövcud deyil. Həmçinin Mülki Məcəllənin 1159.2-ci maddəsinin dispozisiya şərtinə görə ölənin uşaqları və arvadı (əri) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli və 17 aprel 2024-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzil və Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-dən mərhum X4 çatacaq pul vəsaiti üzərində paylar bərabər olmaqla ½ hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh2 vərəsəlik hüquqları tanınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. 17 aprel 2024-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 36 ünvanında yerləşən 46 saylı mənzil və Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC-dən mərhum X4 çatacaq pul vəsaiti üzərində paylar bərabər olmaqla ½ hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh2 vərəsəlik hüquqları tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-754/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-754/2025
11.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver