Məhkəmə qərarları › İş №e-2(011)-7546/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7546/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7546/2025 28.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, POWERBANK , SAMSUNG GALAXY BUDS3 qulaqlıq, CASE,İMEİ KODU **********75088 SAMSUNG GALAXY Z FOLD 6 markalı telefon üçün 2009.80 manat ödənilməmiş hissə, 200.98 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, ROBOT TOZSORAN XİAOMİ X20+, İMEİ KODU **********87067 POCO F6 markalı telefon üçün 1133.85 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 113.39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE WATCH ULTRA2 49MM üçün, 400 manat ödənilməmiş hissə, 40 manat cərimə olmaqla ümumilikdə 3921.62 manat borc və 59.22 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, POWERBANK , SAMSUNG GALAXY BUDS3 qulaqlıq, CASE, İMEİ KODU **********75088 SAMSUNG GALAXY Z FOLD6 markalı telefon , ROBOT TOZSORAN XİAOMİ X20+, İMEİ KODU **********87067 POCO F6 markalı telefon, APPLE WATCH ULTRA2 49MM almış və nəticədə 3921.62 (üç min doqquz yüz iyirmi bir manat, 62 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4320 (dörd min üç yüz iyirmi) manat (12 ay x 335 manat + 300 manat ilkin ödəniş) olan POWERBANK , SAMSUNG GALAXY BUDS3 qulaqlıq, CASE,İMEİ KODU **********75088 SAMSUNG GALAXY Z FOLD 6 markalı telefon üçün ümumilikdə, 2210.78 (iki min iki yüz on manat, 78 qəpik) manat olmaqla ondan, 2009.80 (iki min doqquz manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 200.98 (iki yüz manat, 98 qəpik) manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2406.20 (iki min dörd yüz altı manat, 20 qəpik) manat (6 ay x 377.95 manat + 138.50 manat ilkin ödəniş) olan ROBOT TOZSORAN XİAOMİ X20+, İMEİ KODU **********87067 POCO F6 markalı telefon üçün ümumilikdə, 1270.84 (min iki yüz yetmiş manat, 84 qəpik) manat olmaqla ondan 1133.85 (min yüz otuz üç manat, 85 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat,60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 113.39 (yüz on üç manat, 39 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2400 (iki min dörd yüz) manat (12 ay x 200 manat + 0 manat ilkin ödəniş) olan APPLE WATCH ULTRA2 49MM almış üçün ümumilikdə, 440 ( dörd yüz qırx) manat olmaqla ondan, 400 (dörd yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40 (qırx) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 5582.55 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04078910 saylı müqavilədən görünür ki, "xxxx" MMC müqavilənin predmetini təşkil edən malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə) göstərilən şərtlərlə müştəriyə verir, müştəri isə həmin malı müqavilədə göstərilən şərtlərlə qəbul edir (Müqavilənin 1.1-ci bəndi). POWERBANK , SAMSUNG GALAXY BUDS3 qulaqlıq, CASE,İMEİ KODU **********75088 SAMSUNG GALAXY Z FOLD 6 markalı telefon bu müqavilənin predmetini təşkil edir (Müqavilənin 2.1-ci bəndi). Müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir (Bənd 2.2). Müştəri Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1.2%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir (Bənd 2.6). Müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunur (Müqavilənin 3.7-ci bəndi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əşyaların təhvil-təslim aktından görünür ki, 04078910 nömrəli müqavilə üzrə POWERBANK , SAMSUNG GALAXY BUDS3 qulaqlıq, CASE,İMEİ KODU **********75088 SAMSUNG GALAXY Z FOLD 6 markalı telefon Cavabdeh tam və qüsursuz şəkildə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 04078910 saylı müqavilənin ayrılmaz tərkib hissəsindən – Əlavədən görünür ki, POWERBANK , SAMSUNG GALAXY BUDS3 qulaqlıq, CASE,İMEİ KODU **********75088 SAMSUNG GALAXY Z FOLD 6 markalı telefonun toplam dəyəri (ilkin ödəniş daxil olmaqla) 4320 manat (12 ay x 335 manat + 300 manat ilkin ödəniş) təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir (Əlavənin 2-ci maddəsi). İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04079485 saylı müqavilədən görünür ki, "xxxx" MMC müqavilənin predmetini təşkil edən malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə) göstərilən şərtlərlə müştəriyə verir, müştəri isə həmin malı müqavilədə göstərilən şərtlərlə qəbul edir (Müqavilənin 1.1-ci bəndi). ROBOT TOZSORAN XİAOMİ X20+, İMEİ KODU **********87067 POCO F6 markalı telefon bu müqavilənin predmetini təşkil edir (Müqavilənin 2.1-ci bəndi). Müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir (Bənd 2.2). Müştəri Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir (Bənd 2.6). Müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunur (Müqavilənin 3.7-ci bəndi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əşyaların təhvil-təslim aktından görünür ki, 04079485 nömrəli müqavilə üzrə ROBOT TOZSORAN XİAOMİ X20+, İMEİ KODU **********87067 POCO F6 markalı telefon Cavabdeh tam və qüsursuz şəkildə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 04079485 saylı müqavilənin ayrılmaz tərkib hissəsindən – Əlavədən görünür ki, ROBOT TOZSORAN XİAOMİ X20+, İMEİ KODU **********87067 POCO F6 markalı telefonun toplam dəyəri (ilkin ödəniş daxil olmaqla) 2406.20 manat (6 ay x 377.95 manat + 138.50 manat ilkin ödəniş) təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir (Əlavənin 2-ci maddəsi). İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 04078022 saylı müqavilədən görünür ki, "xxxx" MMC müqavilənin predmetini təşkil edən malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə) göstərilən şərtlərlə müştəriyə verir, müştəri isə həmin malı müqavilədə göstərilən şərtlərlə qəbul edir (Müqavilənin 1.1-ci bəndi). APPLE WATCH ULTRA2 49MM bu müqavilənin predmetini təşkil edir (Müqavilənin 2.1-ci bəndi). Müqavilənin predmetini təşkil edən mala dair geniş məlumat bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq Əlavə ilə müəyyənləşdirilir (Bənd 2.2). Müştəri Ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir (Bənd 2.6). Müqavilənin ödəmə qaydası Əlavədə qeyd olunur (Müqavilənin 3.7-ci bəndi). İş materiallarında olan xx.xx.2024-cü il tarixli Əşyaların təhvil-təslim aktından görünür ki, 04078022 nömrəli müqavilə üzrə APPLE WATCH ULTRA2 49MM Cavabdeh tam və qüsursuz şəkildə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 04078022 saylı müqavilənin ayrılmaz tərkib hissəsindən – Əlavədən görünür ki, APPLE WATCH ULTRA2 49MM-in toplam dəyəri (ilkin ödəniş daxil olmaqla) 2400 manat (12 ay x 200 manat + 0 manat ilkin ödəniş) təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəyir (Əlavənin 2-ci maddəsi). İş materiallarında olan xx.xx.2025-ci il tarixili Arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, imei kodu **********87067 POCO F6 markalı telefonun açılıb-bağlanması xidmətinə görə İnnovativ Layihələr Mərkəzinə 23.6 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2009.80 manat ödənilməmiş hissə, 200.98 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqavilə üzrə 1133.85 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 113.39 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 400 manat ödənilməmiş hissə, 40 manat cərimə olmaqla ümumilikdə, 3921.62 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə “borcunu 3 (üç) iş günü ərzində ödəməsi, əks halda məhkəməyə müraciət olunmasına” dair xx.xx.2025-ci il tarixində Xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı Dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə 59.22 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən, alıcı POWERBANK, SAMSUNG GALAXY BUDS3 qulaqlıq, CASE, İMEİ KODU **********75088 SAMSUNG GALAXY Z FOLD 6 markalı telefon, ROBOT TOZSORAN XİAOMİ X20+, İMEİ KODU **********87067 POCO F6 markalı telefon, APPLE WATCH ULTRA2 49MM əldə etmiş, satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək məhsulları alıcıya təhvil vermişdir, alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu 3543.65 manat ödənilməmiş hissə, 354.37 manat cərimə olmaqla ümumilikdə, 3921.62 manat təşkil edir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, 175 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, POWERBANK , SAMSUNG GALAXY BUDS3 qulaqlıq, CASE,İMEİ KODU **********75088 SAMSUNG GALAXY Z FOLD 6 markalı telefon üçün 2009.80 manat ödənilməmiş hissə, 100 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, ROBOT TOZSORAN XİAOMİ X20+, İMEİ KODU **********87067 POCO F6 markalı telefon üçün 1133.85 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 50 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE WATCH ULTRA2 49MM üçün, 400 manat ödənilməmiş hissə, 25 manat cərimə olmaqla ümumilikdə, 3742.25 manat məbləğində borc pul Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə dövlət rüsumunun işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 57,43 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, POWERBANK , SAMSUNG GALAXY BUDS3 qulaqlıq, CASE,İMEİ KODU **********75088 SAMSUNG GALAXY Z FOLD 6 markalı telefon üçün 2009.80 manat ödənilməmiş hissə, 100 manat cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, ROBOT TOZSORAN XİAOMİ X20+, İMEİ KODU **********87067 POCO F6 markalı telefon üçün 1133.85 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 manat rüsum, 50 manat cərimə; xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, APPLE WATCH ULTRA2 49MM üçün, 400 manat ödənilməmiş hissə, 25 manat cərimə olmaqla ümumilikdə 3742 (üç min yeddi yüz qırx iki) manat 25 (iyirmi beş) qəpik və 57 (əlli yeddi) manat 43 (qırx üç) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar