Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7591/2024 27.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı X3 Departamenti”nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 mart 2023cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnaməsi”nin ləğv edilməsinə və abonent borcu kimi hesabından tutulmuş məbləğlərin hesabına qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 2882,90 manat borc silinərək, abonent borcu kimi hazırki tarixə hesabından tutulmuş 227,50 manat məbləği hesabına qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh Bakı X3 Departamentinin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası həmin qurumun əməkdaşları tərəfindən (həmin tarixdə deyil, sonradan) tərtib edilmiş ******* nömrəli xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında “Akt”a əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən qaz sayğacının maksimal qaz sərfi 6 m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün (6x24x180=25920 m ) hesabat apararaq cəmi 25920 m qaz sərfiyyatı müəyyən edərək hesablanmış məbləğin ödənilməsinə dair “Dəymiş ziyanın bərpasına dair Tələbnamə” tərtib etmişdir. Hesab edir ki, həmin Tələbnamə qanunsuz və əsassız olduğundan, tərtib edilərkən istinad edilmiş normativ hüquqi aktların, eyni zamanda istehlakçı kimi onunla bağlanmış qazın alqı-satqısı barədə müqavilənin şərtləri ilə ziddiyyət təşkil etdiyindən məhkəmə qaydasında ləğv olunmalıdır. Belə ki, dəymiş ziyanın bərpasına dair Tələbnamənin tərtib edilməsinə əsas olan xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* №li Akt qərəzli şəkildə ona itirilmiş təbii qaz hesablanması məqsədilə sonradan tərtib edilərək işçilərə imza etdirilmişdir. xx.xx.2023-cü il tarixdə onun verdiyi məlumata əsasən Cavabdeh Bakı X3 Departamentinin əməkdaşları 2 gün əvvəlki tarixə tərtib edilmiş, yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda göstərilən 1202AQ**********5 nömrəli qaz sayğacının ekranının sönməsi səbəbi ilə eyni tipli **********722 nömrəli sayğacla əvəz etmiş və görülən işi xx.xx.2023-cü il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktla rəsmiləşdirmişlər. Yuxarıda qeyd edilən aktlarla bağlı bir faktı da məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir. Bakı X3 departamentinin əməkdaşları xx.xx.2023-cü il tarixli ******* nömrəli aktı tərtib edərkən xx.xx.2023-cü il tarixli ******* nömrəli, onun iştirakı ilə tərtib edilmiş və tərəfindən imzalanmış Aktın tarixini dəyişdirərək xx.xx.2023 etmişlər.( İşin bu halını həmin Akta adi baxışla müəyyən etmək olar) Dəymiş ziyanın bərpasına dair Tələbnamədə əsas kimi istifadə edilmiş AR NK-nın 12 may 2021-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin tələblərinə istinad edilmədə də texniki səhvə yol verilmişdir, həmin müddəalar (şərtlər) onunla bağlanmış xx.xx.2021-ci il tarixli AKX02927xx/xx-2021 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilənin 2.2.4-cü bəndində təsbit olunmuşdur. Burada “Qazdan istifadə qaydaları”nın 3 nömrəli əlavəsindəki (“Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”) mətnə üstünlük verərək müqavilənin 2.2.4-cü bəndinin mətnini Tələbnamədə qeyd edilən müqavilənin 2.2.6-cı bəndində göstərilən mətnlə (şərtlərlə) eyni olduğunu qəbul edərək Məhkəmənin diqqətinə çatdırır ki, həmin bəndin şərtləri Tələbnamədə göstərilən qaydada dəymiş ziyanın həcminin hesablanması üçün əsas vermir. onunla bağlanmış qazın alqı-satqısı barədə müqavilənin həm predmeti olan birinci, həm də 2.2.1-ci bəndinin məzmununa görə Paylayıcı İstehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Yuxarıda sadalanan şərtlərdən aydın olur ki, Paylayıcı öz mülahizəsinə uyğun qayda tətbiq etməklə mübahisə edilən Tələbnamədəki dəymiş ziyan adlandırdığı hesablamanı apara bilməz. Hazırki mübahisənin araşdırılması məqsədilə əldə etdiyi Cavabdeh X1 Departamentinin Baş Mühəndisi E.Quliyev və Azərbaycan Metrologiya İstitutunun nümayəndəsi F.Həsənov tərəfindən ikitərəfli qaydada təsdiq edilmiş 10 aprel 2023-cü il tarixli MSK-14-2-2/3-5-3735- 1 nömrəli Qaz sayğacının yoxlanması barədə Akt-a əsasən həmin tarixə 1202AQ**********5 nömrəli sayğacın mexaniki göstəricisi 9615 m olub. Mübahisələndirilən Tələbnamənin qanunsuz və əsassız tərtib edildiyinin sübutu kimi məhkəmənin diqqətinə onu da çatdırmağı zəruri hesab edir ki, həmin Tələbnamədə tərtib edilmə tarixi 31 mart 2023-cü il göstərilmişdir. Tələbnamənin aşkar edilmiş nöqsan qrafasında istinad edilən sənəd isə əvvəlki abzasda qeyd etdiyim 10 aprel 2023-cü il tarixli MSK-14-2-2/3-5-3735-1 nömrəli Qaz sayğacının yoxlanılması barədə “Akt”-dır. Badamdar şossesi ev 112 mən 43 – də yerləşən əmlakı 2020-ci ilin avqust ayında alqı-satqı yolu ilə əldə etmiş, 2021-ci ilin aprel ayının 14-də qazpaylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh ilə istehlakçı kimi qazın alqı-satqısı barədə müqavilə bağlamış, 44 günlük müharibə ilə əlaqədar 2020-ci ilin 21 sentyabırından 31 dekabırınadək hərbi xidmətdə olmuş, Qarabağın azad edilməsi uğrunda döyüşlərdə Artilleriya Zabiti kimi iştirak etmişdir. Bu və ailə planlaşdırılması ilə əlaqədar olan digər səbəblərdən alındığı tarixdən xeyli sonra 2023cü ilin yazında mənzilə köçmək lazım gələndə müraciəti əsasında həmin mənzildə olan 1202AQ**********5 nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixli ******* nömrəli Akt əsasında **********722 nömrəli sayğacla əvəz edilərkən cavabdehin əməkdaşlarının təklifi ilə yeni qoyulmuş sayğaca ödənişlər etməkdən ötrü smart kart alınması üçün “Asan Kommunal”a getmiş, müəyyən edilmiş 29.43 AZN qalıq borcu ödəmişdir. Həmin tarixdən hazırki tarixədək dövlətin tətbiq etdiyi tariflərə uyğun olaraq əvvəlcədən ödənişlər edərək Badamdar şossesi ev 112 mən.43-də qazdan istifadə etmiş, 2024-cü ilin aprel ayının 25də ödəmə terminalında qaz kartına pul yükləmək istəyərkən ödəmə terminalının ekranında 2932.90 AZN borc olduğu göründü və həmin gün ödədiyi məbləğin tam yarısı borca silindi. Bundan sonra 26 aprel 2024-cü il tarixdə Cavabdeh İB-nin Bakı X3 Departamentinin rəisi X2 ilə müraciət edərək məsələnin araşdırılmasını və borcun silinməsini xahiş etdi. Həmin ərizəyə baxılması barədə cavabdeh təşkilatdan 10 may 2024-cü il tarixdə aldığı 14-2-2- 4/2-B-15xx-xx/2024 nömrəli 01 may tarixli məktubda yuxarıda sadalayaraq qanunvericiliyə, işin hallarına, tərəflər arasında bağlanmış müqaviləyə zidd olduğunu sübut etdiyi sonradan tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı Akta əsasən təbii qazın həcminin müəyyənləşdirildiyi qeyd edilməklə, məhkəməyə müraciət etmək hüququmdan istifadə etmək tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 2882,90 manat borc silinərək, abonent borcu kimi hazırki tarixə hesabından tutulmuş 227,50 manat məbləği hesabına qaytarılmasına xahiş edir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “...sayğacın elementi bitib, müvəqqəti element quraçdırıldı. İnformasiya oxunmadı. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi, 2-ci yaşayış massivi, ev 112, mənzil 43 ünvanında yerləşən ümumi sahəsi 111,90 olan yaşayış evi xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********00430) xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə cəmi 25920 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvandakı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacının plombu ekranın sönməsi səbəbindən dəyişdirilmişdir. İş materiallarında olan MSK – 14-2-2/3-5-3735-1 nömrəli Aktdan görünür ki, 1202AQ**********5 zavod nömrəli sayğacın yoxlama nəticəsi kimi “...Sayğaca baxış keçirildi, sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı. İnformasiya oxunmadı. Sayğacın element yuvasının çap vərəqəsində qısa qapanma izləri var, əsas çap vərəqəsində olan mikro sxemlərdən biri əriyib. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. Sayğac istismara yarazsızdır” göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, ünvan 1 ünvanı üzrə İddiaçı məxsus **********00430 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 03/2023 tarixi üzrə 3110,40 manat borc, ödəniş hissəsində 10/2023 tarixinə 20 manat, 12/2023 tarixinə 47,50 manat, 01/2024 tarixinə 45 manat, 02/2024 tarixə 20 manat, 03/2024 tarixinə 45 manat, 04/2024 tarixinə 25 manat, 10/2024 tarixinə 25 manat ödəniş yazılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış **********00430 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac cavabdehin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmişdir, çıxarılan sayğaca baxış keçirilən zaman “...sayğacın elementi bitib, müvəqqəti element quraçdırıldı. İnformasiya oxunmadı. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil” əsası ilə cavabdeh tərəfindən iddiaçının **********00430 saylı abonent hesabına 03/2023 tarixi üzrə 3110,40 manat borc hesablanmışdır, həmin məbləğdən iddiaçı tərəfindən ümumilikdə 227,50 manat ödəniş edilmişdir. Bununla belə, iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, əvvəla, 03/2023-cü il tarixi üzrə “Qalıq və aktlar” qrafasında 3110,40 manat borc yazılmasına əsas verən hər hansı sübut iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 2882,90 manat silinməli, 227,50 manat məbləğ geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından və iddiaçının sayğaca müdaxilə etməsi halı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən itirilmiş qazın bərpası məqsədilə iddiaçının **********00430 saylı abonent koduna hesablanmış 2882,9 manat silinməli, 227,5 manat məbləğ geri qaytarılmalıdır. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti (3110,40), cavabdehdən dövlət mədaxilinə 51,11 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00430 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2882 (iki min səkkiz yüz səksən iki) manat 90 (doxsan) qəpik borc silinsin. İddiaçı **********00430 saylı abonent kodu üzrə tutulmuş 227 (iki yüz iyirmi yeddi) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti geri qaytarılsın. Cavabdehndən 51 (əlli bir) manat 11 (on bir) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7591/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7591/2024
27.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver