Məhkəmə qərarları › İş №e-2(011)-7673/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7673/2024

25.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7673/2024 25.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər X7, Cavabdeh4, X10, Cavabdeh6, Cavabdeh1 İsmayıİ oğlu, Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7, Cavabdeh4, cavabdeh X10 və Cavabdeh6 yaşayış yerləri olduğu üçün ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 İsmayıİ oğlu, Cavabdeh2 hər birinə 10 800 manat, ümumilikdə 21 600 (iyrimi bir min altı yüz) manat kompensasiya verilməklə və onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X8 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarına xitam verilməsi və mübahisəsi gedən evdən çıxardılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X7, Cavabdeh4, cavabdeh X10 və Cavabdeh6 yaşayış yerləri olduğu üçün ünvan 1 ünvanında yerləşən evdən isdifadə hüquqlarına xitam verilməsi, Cavabdeh1 İsmayıİ oğlu və Cavabdeh2 birgə təsərrüfat aparmaları və ər-arvad olduğu üçün onlara 10 800 manat (on min səkkiz yüz) manat kompensasiya verilməklə və onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayan övladları xx.xx.2007-ci il təvəllüdlü X8 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqlarına xitam verilməsi və mübahisəsi gedən evdən çıxardılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, İddiaçı qız 1973-cü ildə həyat yoldaşı X11 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 1971-ci il təvəlüdlü X13, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1 İsmayıİ oğlu, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh4 və xx.xx.1977-ci il təvəlüdlü Cavabdeh5 anadan olmuşlar. 1988-ci ildə məlum hadisələr zamanı ailəliklə Ermənistan Respublikasından qaçqın kimi Azərbaycan Respubilkasına pənah gətirmişlər. Sonradan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığından 1 otaqlı mənzil almışlar. 1989-cu ildə həyat yoldaşı X11 rəhmətə gedib. Bundan sonra 2002ci ildə Bakı şəhərində Qara Qarayev stansiyası yaxınlığında yerləşən mənzili sataraq 2003-cü ildə mübahisə olan ünvan 1 ünvanında yerləşən evi almışdır. İddiaçının övladı ona məxsus olan mülkdə yaşamağa qoymur və iddiaçı kirayədə yaşayır. İddiaçı 2023-cü ildə diz və omba sümüyü sındığı üçün əməliyyat olmuşdur. Diz və omba sümüyü implantla dəyişdirilib, ciddi müalicəyə eytiyacı var, səhətində olan problemlərə görə yenidən əməliyyat olmalıdır və əməliyyat xərclərini ödəmək üçün pula ehtiyacı var. Bu səbəbdən özünə məxsus mülkünü sataraq həm əməliyyat olmaq, həm də övladlarına müəyyən məbləğdə kompensasiya vermək istəyir. Dəfələrlə cavabdehlər Cavabdeh1 İsmayıl oğlu və arvadı Cavabdeh2 ona məxsus evi satmağı təklif etsə də cavdehlər razı olmurlar. İddiaçı xüsusi mülkiyyətində olan üç otaqlı yaşayış sahəsindən cavadehlərin istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması və daimi yaşayan cavabdehələrə kompensasiya təklif edir. Buna görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********94-10031 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçının xüsusi mülkiyyətindədir. Ev iddiaçının adına xx.xx.2003-cü il tarixdə **********94-10031 qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, cavabdehlər Cavabdeh1 İsmayıİ oğlu, Cavabdeh2 (Cavabdeh1 və Cavabdeh2 az yaşlı övladları xx.xx.2007-ci il təvəllüdlu X14), X7, X9, X10, Cavabdeh6 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Sosial şəbəkələrdəki əmlak satışı və kirayəsi səhfələrindən görünür ki, ünvan 1 ünvanında fərdi evin real bazar dəyəri 70000 manat, aylıq kirayə haqqı 300 manatdır. Göründüyü kimi İddiaçının iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüququ vardır. Hazrda ünvan 1 ünvanında yerləşən evdə İddiaçı və cavadeh Cavabdeh1 ailəsi həyat yoldaşı Cavabdeh2 və övladları, xx.xx.2007-ci il təvəllüdlü X14 daimi olaraq yaşayırlar. Cavabdeh1 qız övladı - xx.xx.2000-ci il təvəllüdlü X7 2020-ci ildən artıq ailə həyatı qurub Sabirabad rayonu, Zalqarağac kəndinə gəlin köçmüşdur. İddiaçının digər övladları - İsmayıl oğlu və Cavabdeh5, eləcə də qardaşı oğlu Cavabdeh6 ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatda olsalar da, uzun müddətdir ki, faktiki olaraq Eşqin Rusiya Federasiyası, Krasnodar şəhərində, X16 Respubilkasının Bonn şəhərində, Şahin isə Almaniya Federasiyasının Frankfurt şəhərində yaşayırlar. İddiaçının övladları və qardaşı oğlu artıq müxtəlif ölkələrdə yaşayırlar. Qanunverici kompensasiyanın verilməsini yalnız mənzildən istifadə edildiyi təqdirdə mümkün hesab edir. Mənzilə istifadə hüququnu əldə etmiş şəxslər uzun müddət həmin mənzildən istifadə etməmiş və başqa yerdə və ölkələrədə yaşayırlar. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq, daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Beləliklə, cavabdehlər X12, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 yaşayş yerləri olduğu üçün sadəcə ünvan 1 ünvanında yerləşən evdən isdifadə hüquqlarına xitam verilməlidir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, bu ev 2003-cü ildə 16000 dollara əvvəlki ev satıldıqdan sonra alınıb, əvvəlki ev isə atasının sağlığında alınmışdı, qardaşı Eşqinə 4000 dollara ev alınıb, qardaşı Rusiyaya gedib, indi də ordadır, sonra o ailəsi ilə birlikdə anasının Naximov küçəsində yerləşən evinə köçüblər - bacısı Könül evlidir və ailəsi ilə birlikdə 17 ildir Almaniyada yaşayır, qohumu Şahin də həmin evə müvəqqəti qeydiyyata düşüb, həmin evdə yaşamayıb, Güldanə həyat yoldaşı, Həbibə qızı, Elvin isə oğludur, qızı Həbibə 2020-ci ildə evlənib və Şirvan şəhərində yaşayır, oğlunun isə 4 aya 18 yaşı tamam olur, hərbi xidmətə gedəcək, yəni hazırda həmin evdə anası ilə birlikdə o, yoldaşı və oğlu yaşayır, heç bir problemləri olmayıb, normal yaşayıblar, 6 ay əvvəl anası deyib ki, onlarla yaşamaq istəmir, qan verməyə görə belə etdi, əməliyya olunduğu üçü ondan qan ala, anası evdən çıxıb gedib bacısıgildə qalır, səbəbini bilmir, ev anasının evidir, anasının haqqı var onu çıxarmağa, evin qiyməti təxminən 50000 manat olar, ona və ailəsinə cəmi 10800 manat verirlər, evlərin kirayə qiyməti təxminən 200 manatdır, ona təklif edilən 10800 manat ilə hara getsin, harda yaşasın? Sonda Cavabdeh1 qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 181686 nömrəli Müqavilədən görünür ki, X15 Bakı şəhəri, Xətai rayonu, 2 №-li Zeytun sovxozu, Naximov küçəsində, 2-ci döngədə 207,8 kvşm torpaq sahəsində yerləşən 59,5 kv.m olan 3 otaqdan ibarət 36B saylı yaşayış evini X1, mənzilin dəyəri 39000 000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışan görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ1018, ünvan 3 saylı mənzil tam paylı mülkiyyət hüququ ilə xx.xx.2024-cü il tarixdə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, “Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan” Çıxarışdan görünür ki, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, X14, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 ünvan 2 ünvanında qeydiyyatda olan şəxslərdir. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, İddiaçı “sağ bud sümüyünün burmalardan keçən sınığı” diaqnozu qoyulub. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nnömrəli mədaxil qəbzindən görünür ki, X4 tərəfindən Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 (yeni qaydalarla: AZ1018, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçı X2 adına dövlət reyestrində qeydiyyata alınmışdır, həmin ev 2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında alınmışdır, cavabdehlər iddiaçının oğlu, gəlini, nəvələri və qardaşı oğlu olmaqla, sözügedən mənzildə yaşayış yeri üzrə qeydiyyatdadırlar, cavabdehlərdən Cavabdeh1 İsmayıİ oğlu və Cavabdeh2 övladları X14 ilə birlikdə hazırda mübahisəli mənzildə yaşayır və ondan istifadə edirlər, digər cavabdehlər isə həmin mənzildə yaşamır və istifadə etmirlər, kirayə iddiaçı tərəfindən Cavabdeh1, Cavabdeh2 və Elvin Teymurova istifadə hüququnun itirilməsi məqsədilə təklif edilən kompensasiya məbləği ümumilikdə 10800 manatdır, cavabdehlər iddia tələbini kompensasiya məbləğinə münasibətdə qəbul etmirlər. Bununla belə, cavabdehlərin kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh1, Cavabdeh2r qızı və X5 mənzilə istifadə hüququna kompensasiya verilməklə, digərlərinin isə belə hüquqları aradan qalxdığından, xitam verilməlidir. Məhkəmə, kompensasiya məbləğinə müəyyən edərkən, cavabdehlərin mənzilin şəraiti, mənzilin dəyəri (cavabdehin öz bildirdiyinə görə 50000 manat), həmin ərazidə olan yaşayış sahələrinin kirayə haqlarının məbləği (cavabdehin öz bildirdiyinə görə 200 manat), iddiaçının səhhəti və digər diqqətəlayiq halları nəzər alır. Belə olan halda məhkəmə, təklif edilən 10800 manat məbləğin kompensasiya məqsədilə müəyyən edilməsini mümkün hesab edir. Məhkəmə, Cavabdeh1, Cavabdeh2 və Elvin Teymurovun mübahisəli mənzildən çıxarılması ilə bağlı qeyd edir ki, onlar həmin mənzildə yaşamaqla mənzildən istifadə etdiklərindən, o cümlədən mübahisəli əmlak cavabdehlərin mənzil hüququnun yeganə təminat vasitəsi olduğundan onların həmin mənzildən çıxarılması kopmensasiya məbləğinin onlara verilməsi ilə eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin tətbiq edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında nəzərdə tutulmuş hüquqi mövqeyə görə, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1-ə (yeni qaydalarla: AZ1018, ünvan 3 cavabdehlər X7, Cavabdeh4, X10, Cavabdeh6 istifadə hüquqlarına kompensasiya ödənilmədən, Cavabdeh1 İsmayıİ oğlu, Cavabdeh2 istifadə hüquqlarına X4 tərəfindən onlara ümumilikdə 10800 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməli, Cavabdeh1 İsmayıİ oğlu, Cavabdeh2 mübahisəli mənzildən kompensasiya verilməklə eyni anda çıxarılsın. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1-dən (yeni qaydalarla: AZ1018, ünvan 3 İddiaçı cavabdehlər X7, Cavabdeh4, X10, Cavabdeh6 istifadə hüququna xitam verilsin. ünvan 1-dən (yeni qaydalarla: AZ1018, ünvan 3 Cavabdeh1 İsmayıİ oğlu və Cavabdeh2 hüquqlarına ümumilikdə 10800 (on min səkkiz yüz) manat məbləğdə kompensasiya müqabilində xitam verilsin və onlar həmin mənzildən çıxarılsınlar. Cavabdeh1 İsmayıİ oğlu və Cavabdeh2 ünvan 1-dən (yeni qaydalarla: AZ1018, ünvan 3 çıxarılması kompensasiya məbləğinin verilməsi ilə eyni vaxtda icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar