Məhkəmə qərarları › İş №e-2(011)-785/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-785/2025

05.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-785/2025 05.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 1346,60 manat məbləğində borcun silinməsi və ödənilmiş 34.40 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi 203 E saylı evin 84 nömrəli mənzil xx.xx.2022-ci il tarixli, **********4-05301-093014 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətində olmuşdur. Daha sonra yəni xx.xx.2024-cü il tarixli, AN- İ№ ******* saylı alqı-satqı müqaviləsi əsasında adıçəkilən mənzil X1. Mənzilin yeni mülkiyyətçisi X3 ASAN Kommunal mərkəzində Azəriqazla yeni abunə müqaviləsi bağlamaq istəyən zaman ona mənzilin cavabdehə borcu olması səbəbindən müqavilənin bağlanmasından imtina edilmişdir. Bundan sonra Orxan Qədirli onunla əlaqə saxlayaraq qeyd edilən halla bağlı məlumat vermişdir. Buna dair Orxan Qədirliyə ASAN Kommunal mərkəzi tərəfindən Abonentin saldosu təqdim edilmişdir. Həmin sənəddən müəyyən olunur ki, mənzilin onun mülkiyyətində olduğu dövrdə yəni 2021-ci ildə mənfi qaz sərfiyyatı ilə bağlı ******* saylı protokol-akt tərtib edilmişdir. Həmin protokola əsasən sərf edilmiş qaza görə ondan 1346,60 manat borc hesablanmışdır. Bundan sonra o məsələnin mahiyyətini öyrənmək məqsədi ilə Binəqədi rayon Qaz İdarəsinə getmişdir. İdarənin rəis müavini onlarlıq bir şey olmadığını, narazılığının olması hallında məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. İddiaçı qeyd etmişdir ki, mənzil onun mülkiyyyətində olduğu dövrdə həmin mənzilə cavabdeh tərəfindən quraşdırılmış sayğaca “Smart tipli” qaz sayğacı olmuşdur. Bu xüsusat abonent saldosunda öz əksini tapır. İddiaçı qeyd etmişdir ki, cavabdehin ona hesabladığı borc qanunsuz və əsassızdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O verdiyi izahatında bildirmişdir ki, borcu etiraf edib qəbul edib, ondan 450 manat pul istənilib, o da həmin pulu ödəyib. 5 ildən sonra mənzili satanda bəlli olub ki, o qədər borcu var. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İddiaçı tərəfindən təqdim edilmiş Gasrepə və abonent saldosuna əsasən müəyyən edilmişdir ki, abonent İddiaçı 2021-ci il tarixə 1346,60 manat borc hesablanmışdır. İstehlakçı İddiaçı barəsində “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Akta əsasən iddiaçıya 1975,75 manat məbləğində borc hesablanmışdır. xx.xx.2021-ci il tarixli “İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma” protokoluna əsasən, əvəz olunmuş sayğacda ödənilməmiş qaz həcminin dəyəri 1575,75 manat məbləğində hesablanmışdır. xx.xx.2024-cü il tarixli, AN-İ №1252400 saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, ev 203E, 84 saylı mənzil (Yeni qaydalarla:AZ1114, Bakı əşəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, giriş 88, M13, m7) İddiaçı tərəfindən X1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, ev 203E, 84 saylı mənzil (Yeni qaydalarla:AZ1114, Bakı əşəhəri, Binəqədi rayonu, Svetlana Məmmədova küçəsi, giriş 88, M13, m7) X2 məxsusdur. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyası

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi

Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Məhkəmənin mövqeyi:

Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin həqiqi halları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus olmuş ünvanda köhnə qaz sayğacı yenisi ilə əvəz edilərkən akt tərtib edilmiş və sayğacın mənfiyə işləməsi səbəbilə ilə 1975,75 manat məbləğində borcun hesablandığı müəyyən edilmişdir. İddiaçı həmin borcdan 450 manat ödəniş etmişdir. Daha sonra İddiaçı “İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolu” imzalayaraq, sözügedən ünvan üzrə xx.xx.2021-ci il tarixinə təbii qaza görə 1575.75 manat debitor borcu olduğunu təsdiq etmiş və tərəflər borcun karta hər ödəmədə 50% hissə-hissə tutularaq ödənilməsi barədə razılığa gəlmişlər. Bu hallar iddiaçının məhkəmə iclasında verdiyi izahatları ilə də öz təsdiqini tapmışdır. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1975,75 manat məbləğində borc iddiaçının istifadə etdiyi qazın sərfiyyatına görə hesablanmışdır. Bununla bağlı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli razılaşma protokolu imzalanmışdır. Bu halları təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı iddiaçının məhkəmə iclasında verdiyi izahatdan və xx.xx.2021-ci il tarixli razılaşma protokolundan göründüyü kimi, iddiaçının etdiyi ödənişlərdən hər ay 50% tutulmalı olduğu halda, iddiaçı təbii qazın sərfinə görə 2022-ci il və 2023-cü il tarixdə hər il 15 manat olmaqla, 30 manat məbləğində, 2024-cü il tarixdə isə 150 manat məbləğində ödəniş etmiş və ümumilikdə ödənilmiş 180 manat məbləğində pul vəsaiti hesablanmış 1346.60 manat borcdan çıxılaraq ayın sonuna ümumi borc məbləği 1166.60 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının qazın sərfinə görə ödədiyi ödənişlər nəzərə alınaraq ümumi borc məbləğindən çıxılmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh İB-nə qarşı ünvan 1 ünvanında yerləşən 84 saylı mənzilə Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 1346,60 manat məbləğində borcun silinməsi və ödənilmiş 34.40 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh "Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 1 ünvanında yerləşən 84 saylı mənzilə əsassız olaraq hesablanmış 1346,60 manat məbləğində borcun silinməsi və ödənilmiş 34.40 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar