Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8039/2025 11.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun qaytarılması barədə iddiaya dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən borc müqaviləsinə əsasən 418 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 448 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 832 manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 418 manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdehmüqavilə (müqavilələr) üzrə 418 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 448 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Cavabdehin etirazının dəlilləri Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onunla İddiaçı MMC arasında 28K4686448 nömrəli borc müqaviləsi xx.xx.2018-ci il tarixində bağlanmışdır. Borc müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixində başa çatmışdır. Müqavilə müddətinin başa çatdığı tarixdən, yəni xx.xx.2019-cü il tarixdən 6 il 7 ay keçməsinə baxmayaraq İddiaçı MMC tərəfindən iddiaçıya qarşı məhkəmədə mülki iddia qaldırılmamış və borcla bağlı məsələ mülki qaydada mübahisələndirilməmişdir. Əgər cavabdehin borcu olmuş olsaydı müqavilə müddətinin başa çatdığı tarixdən, yəni 6 il yeddi ay ərzində ona qarşı İddiaçı MMC tərəfindən məhkəmədə mülki qaydada iddia qaldırılmalı idi. Onun İddiaçı MMC hər hansı borcu yoxdur. Göründüyü kimi, müqavilə müddətinin başa çatmasında 6 ildən və iddiaçı müddətinin bitməsindən 3 ildən artıq vaxt keçmiş, iddiaçı 2025-ci ilin oktyabr ayına kimi iddiaçıdan həmin məbləği tələb etməmiş və iddia tələbi irəli sürməmişdir. Qeyd olunan sadə yazılı formada yazılmış əqd üzrə irəli sürülən tələbə iddia müddəti tətbiq olunmalıdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnaməmin qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 28K4686448 saylı müqaviləyə əsasən alıcı məişət avadanlıqları əldə etmişdir. Mallar alıcıya qüsursuz şəkildə təhvil verilmişdir. Bunun müqabilində alıcı 40 manat ilkin ödəniş edərək, 12 ay müddətində hər ay 66 manat olmaqla, ümumilikdə 792 manat məbləğində vəsaiti ödəməyə öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələr üzrə öhdəlikləri vaxtlı vaxtında icra etmədiyinə görə xx.xx.2024-cü il tarixli borc müqaviləsi üzrə Cavabdeh 418 manat ödənilməmiş hissə borcu yaranmışdır. Məhkəmə təqdim edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə son ödəniş xx.xx.2018-ci ildə aparılmışdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh müqavilələr əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni və cavabdeh tərəfindən hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünü nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixində bağlanılmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik 12 ay ərzində, yəni xx.xx.2019-cu il tarixinədək tam icra edilməli idi. İddiaçı tərəfindən məhkəmə sorğusu əsasında təqdim edilmiş maliyyə arayışında müəyyən edilir ki, cavabdeh tərəfindən müqavilə üzrə son ödəniş xx.xx.2018-ci il tarixində aparımışdır. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixində, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarında nəzərdə tutulmuş iddia müddətini 6 ildən artıq müddətdə ötürməklə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən borc müqaviləsinə əsasən 418 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 448 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə iddia, iddia müddəti ötürüldüyünə görə rədd edllməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən borc müqaviləsinə əsasən 418 manat əsas borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 448 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-8039/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8039/2025
11.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver