Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8058/2025 29.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. ünvan 1 ünvanında yerləşən Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-250 mm neft boru kəmərindən 16.6 metr və 12 nömrəli istehsalatın 1-ci xidmət sahəsinin (U-82) rezervuar parkının sərhədindən 30.1 metr aralı məsafədə “Mühafizə Zonası”nda Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin qarşısında ona bitişik mişar daşından 8 x 4 x 3 metr ölçülərdə əlavə otağın və həmin otağa bitişik giriş üçün nəzərdə tutulmuş 4 x 3 x 3 metr ölçülərdə əlavə giriş otağının özbaşına (qanunsuz) tikili hesab edilərək sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə;
3. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarı.
İşə baxan məhkəmənin mövqeyi:
4. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
5. Belə ki, mülki iş üzrə 3 məhkəmə hazırlıq iclası keçirilmişdir. xx.xx.2025-ci il tarixli hazırlıq iclasıda iddiaçı iştirak etmiş, xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixlərinə hazırlıq iclasları təyin edilmiş, iddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilmiş, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir.
6. Məhkəmə MPM-nin 259-cu maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Belə ki, məhkəmə 3 hazırlıq iclası keçirmiş, mülki iş üzrə tərəflər lazımi qaydada məlumatlandırılmış, lakin iddiaçı tərəf xx.xx.2025-ci il tarixli hazırlıq iclasıda iştirak etmiş, xx.xx.2025-ci il və xx.xx.2026-cı il tarixli məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçı iclaslarda iştirak etməməyinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. (§2)
7. Eyni zamanda iddiaçının təqdim etdiyi sənədlər sırasında sübutların kifayət qədər olmaması, o cümlədən, prosessual müddətlə bağlı müəyyən vaxt məhdudiyyətinin olması səbəbindən məhkəmə araşdırmasının davam etdirilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, sadalanan hallar mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır.
8. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarına əsasən, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. (§3)
9. Məhkəmə hesab edir ki, sadalanan hallar mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır.
10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova