Məhkəmə qərarları › İş №e-2(011)-8067/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8067/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8067/2025 24.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi” barədə kiçik iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 24 mart 2025-ci il tarixli müqaviləyə əsasən cavabdehə təqdim edilmiş “Apple İphone 16 Pro 256 GB Black Titanium” markalı cihazın qalıq borcu olan 3.112,76 manat (üç min yüz on iki manat yetmiş altı qəpik) pul məbləğinin və ödənilmiş 51,20 manat (əlli bir manat iyirmi qəpik) dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış 24 mart 2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 3.306,51 manat (üç min üç yüz altı manat əlli bir qəpik) təşkil edən “Apple İphone 16 Pro 256 GB Black Titanium” markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərinin aylıq 183,70 (yüz səksən üç manat yetmiş qəpik) olmaqla, 18 ay müddətinə ********* nömrəsinin balansından silinmə yolu ilə ödəməli olduğu halda cəmi bir dəfə 2025-ci ilin may ayında 193,75 manat ödəniş etmiş, bununla da müqavilə üzrə öhdəliklərini pozmuşdur. Halhazırda cavabdehin borcu 3.112,76 manat (üç min yüz on iki manat yetmiş altı qəpik) təşkil edir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (müqavilə üzrə “Operator”) ilə Cavabdeh (müqavilə üzrə “Abonent”) arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, BKC/2025/1111080/003 saylı müqavilənin 1.1-ci maddəsinə əsasən X1 ilə müəyyən olunan şərtlərlə Müqavilənin 2-ci bəndində qeyd olunan malı (“Apple İphone 16 Pro 256 GB black titanium”) və müvafiq xidmətləri Abonentə təqdim etməyi, Abonent isə Müqavilədə qeyd olunan şərtlərlə Malı və xidmətləri qəbul edib əvəzində razılaşdırılmış qiymətini Operatora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən aylıq 183,7 manat məbləğində ödənişin həyata keçirilməsinə razılaşdırılmışdır. Həmin müqavilənin 3.1.-ci maddəsinə əsasən malın hissəli satış qiyməti (tariflə birlikdə) 18 aylıq hissəyə bölünərək ödəniş qrafikinə uyğun olaraq hər ay Operator tərəfindən Abonentin bu müqavilənin 1.3.1-ci bəndində qeyd olunan mobil telefon nömrəsinin (5********) balansından silinmə yolu ilə ödənilir. Abonent aylıq ödənişin edilməsi üçün öz mobil telefon nömrəsinin balansında yetərli vəsaitin saxlanmasını öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, BKC/2025/1111080/003 saylı müqaviləyə 1 saylı Əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən aldığı “Apple İphone 16 Pro 256 GB black titanium” markalı, İmei 1: **********04183, İmei 2: **********35680 olan mobil cıhaza borcu yarandığı təqdirdə "xxxx" MMC tərəfindən bu mobil cıhazın İmei nömrəsinin deaktiv edilməsinə (bağlanmasına), vahid şəbəkədə riskli müştəri siyahısına salınmağına və bununla bağlı fərdi məlumatlarının açıqlanmasına etiraz etmədiyini öz imzası ilə təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli BKC/2025/1111080/003 saylı müqavilə üzrə ödəniş cədvəlinə əsasən xx.xx.2025-xx.xx.2026-cı il tarixlərində hər ay 183,7 manat olmaqla, cəmi 3.306,51 manat pul ödənişlərin icra olunması nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh ilə “Bakcell" MMC arasında imzalanmış 24 mart 2025-ci il tarixli müqaviləyə görə sonuncuya dəyəri 3.306,51 manat (üç min üç yüz altı manat əlli bir qəpik) təşkil edən “Apple iphone 16 Pro 256 GB Black Titanium” markalı telefon cihazı verilmişdir. Cavabdeh isə cihazın dəyərini aylıq 183,70 (yüz səksən üç manat yetmiş qəpik) olmaqla, 18 ay müddətinə, ********* nömrəsinin balansından silinmə yolu ilə ödəməli olduğu halda cəmi bir dəfə 2025-ci ilin may ayında 193,75 manat ödəniş etmişdir. Halhazırda Cavabdeh “Bakcell" MMC-nə borcu 3.112,76 manat (üç min yüz on iki manat yetmiş altı qəpik) təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2025-ci il tarixli müqavilə üzrə öhdəliklərin icrası ilə əlaqədar Cavabdeh xəbərdarlıq ünvanlamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, xx.xx.2025-ci il tarixli, BKC/2025/1111080/003 saylı müqaviləyə əsasən 3.112,76 manat (üç min yüz on iki manat yetmiş altı qəpik) manat məbləğində borc məbləği Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilməlidir. Məhkəmə həmçinin iddianın 51,20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli, BKC/2025/1111080/003 saylı müqaviləyə əsasən 3.112,76 manat (üç min yüz on iki manat yetmiş altı qəpik) manat məbləğində borc məbləği və 51,20 manat (əlli bir manat iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar