Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8106/2024 21.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli “1408-L/18” nömrəli müqavilənin ləğv edilməsi və cavabdehdən xx.xx.2018-ci il tarixli “1408-L/18” nömrəli müqavilə üzrə 2380 manat qalıq əsas borc, 2978,40 manat cərimə borcu olmaqla, ümumilikdə 5358,40 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndəriməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, iddia tərəflər arasında xx.xx.2018-ci il tarixli "1408-L/18"və nömrəli müqavilənin 8-ci bəndinə əsasən, Agentliyin faktiki fəaliyyət göstərdiyi yerin məhkəməsinə, yəni Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə verilmişdir. Agentliyin yeni inzibati binaya köçməsini və aparılmış dəqiqləşmələr nəticəsində hüquqi ünvanının dəyişdirilməsi ilə bağlı sənədləşmə prosesinin yekunlaşmadığını və davam edəcəyini, habelə gələcəkdə aidiyyət üzrə neqativ halların yaranmamasını nəzərə alaraq, hazırda Agentliyin hüquqi ünvanının Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə olmasına görə, qanunvericiliyə uyğun olaraq işə Nərimanov Rayon Məhkəməsində baxılması daha məqsədəuyğundur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş materialı baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. İş materilallarında olan, "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə ilə tərəflər arasında qarşılıqlı razılaşma əsasında lizinq müqavilələri bağlanmışdır. Habelə, qeyd edilən müqavilədən görünür ki, müqavilənin yerinə yetirilməməsi nəticəsində meydana çıxmış bütün mübahisə və fikir ayrılıqların həlli 30 gün müddətində danışıqlar yolu ilə mümkün olmadıqda, tərəflər Lizinq verənin yerləşdiyi ərazi üzrə aidiyyəti məhkəməyə müraciət etməlidirlər. "xxxx" ASC-nin fəaliyyətinin tənzimləməsi ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikasının Prezidentinin Fərmanından görünür ki, "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. CMS “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunan vergi ödəyicilərinin məlumat çıxarışından da görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllədir. Qeyd edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Mülki Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Odur ki, məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı pul tələbi barədə iddia tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-8106/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-8106/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver