Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8116/2025 02.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Yusubzadə Nərmin Şirastan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə məhkəməyə müraciət edərək, cavabdeh Azəriqaz İB tərəfindən ünvan 1 ünvanının **********00002 nömrəli abonent hesab koduna qanunsuz hesablanmış 3525,12 manat məbləğində əsassız borc məbləğin silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən, atama məxsus ünvana təbii qazdan sayğacdan kənar istifadə faktına görə 3525,12 manat məbləğində əsassız borc yazmışdır. X1, sözügedən aktın tərtib edilmə tarixindən 2 ay sonraxx.xx.2023-cü il tarixində rəhmətə getmişdir. Cavabdeh İB tərəfindən atam barəsində tərtib olunmuş akt və tələbnamə xx.xx.2023-cü il tarixə aid olsa da, Cavabdeh İB tərəfindən çəkilmiş fotoşəkil faktın müəyyən olunduğu tarixdən 5 gün sonraya, xx.xx.2023-cü il tarixə təsadüf etmişdir ki, bu hal da bizə onu düşünməyə əsas verir ki: aktın və tələbnamənin tərtib edilmə tarixi aşkar olunan qanunpozuntusu faktının tarixi ilə uyğunluq təşkil etmir və biri-birini tamamlamır, tərtib olunan akt əsassız və tələbnamə üzrə hesablanmış borc qanunsuzdur. Ümumiyyətlə atam təbii qazdan sayğacdan kənar istifadə etməmişdir, heç bir qaz xəttinə də qanunsuz qoşulmamışdır. Həmin qanunpozuntusu faktının atam tərəfindən törədilməsini təsdiqedən hər hansı cinayət və inzibati məsuliyyətə cəlb etməyə dair hüquqmüəyyənedici Qərar da yoxdur. İstehlakçı qismində atama, 29376 m əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşdüyündən, belə olan halda atamın abonent hesabına yazılmış 3525,12 manat borc məbləğinin və hesablama qaydasının 24 saat müddəti ilə 360 gün ərzində təbii qazdan qanunsuz istifadə etməyinin qanuni əsasını göstərmək öhdəliyi də Cavabdeh İB-nın üzərinə düşür. Tələbnamə, atamın 360 gün müddət ərzində 24 saat təbii qazdan qanunsuz istifadə etmiş olmağına dair hesablanmışdır. Hesablama qaydasından belə anlaşılır ki, atam canından bezərək 01 il (360 gün) ərzində hər gün təbii qazı 24 saat müddətində açıq vəziyyətdə qoymuş, evdən çıxmış - evə qayıtmış, yatmış - durmuş, işə gedib - gəlmiş və s. vaxtlarda da heç bir zaman təbii qazı bağlamamışdır. Bu tamamilə absurd hesablama metodudur və qanunsuzdur Məhkəmə iclasında iddiaçının İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, mübahisələndirilən borcun yazıldığı ünvanda iddiaçı yaşamışdır, orda başqa bir ünvan yoxdur, yazılmış borc əsassızdır və silinməlidir. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 izahatında bildirdi ki, iddiaçının yaşadığı ünvanla mübahisələndirilən borcun yazıldığı ünvan eynilik təşkil etmir, cavabdehin iddiaçıdan hər hansı tələbi yoxdur. X9 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 11, ev 6A ünvanında qeydiyyatdadır və yaşayır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda “təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edildi” barədə nöqsan qeyd edilmiş, sayğacın və dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı X2 məxsus Bakı, Səbail, 1ji Yaşayış mas. Ev 1 ünvanı üzrə abonent koduna (**********00002) itirilmiş qazın bərpası üzrə 29376 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent saldosundan görünür ki, istehlakçı X2 məxsus Bakı, Səbail, 1-ji Yaşayış mas. Ev 1 ünvanı üzrə **********00002 saylı abonent koduna “Qalıq və aktlar” qrafasında 03/2023 tarixi üzrə 3525.12 manat borc hesablanmışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 362736 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X6a məxsus Bakı, Səbail, 1-ji Yaşayış mas. Ev 1 ünvnında yerləşən mənzil təbii qazla təmin edilmişdir. İddiaçı X6un oğludur, o Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 11, ev 6A ünvanında qeydiyyatdadır və orada yaşayır. X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçının mübahisə etdiyi – hesablanmış borcun silinməsini istədiyi **********00002 saylı abonent kodu Bakı, Səbail, 1-ji Yaşayış mas. Ev 1 ünvanı üzrə X6a məxsusdur. Bununla belə, İddiaçı Bakı, Səbail, 1-ji Yaşayış mas. Ev 1 ünvanında yerləşən istehlakçı X2 məxsus abonent hesabına dair hər hansı hüququnun olması halları məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı hesablanmış borcun silinməsini istədiyi “Bakı, Səbail, 1-ji Yaşayış mas. Ev 1” ünvanının onun qeydiyyatda olduğu və yaşadığı “ünvan 3 ünvanı ilə eynilik təşkil etməsi və bununla da onun həmin ünvan üzrə abonent hesabına dair subyektiv hüququnun olması barədə sübutetmə vəzifəsi daşıyır. Lakin iddiaçı tərəfindən qeyd edilən ünvanların eynilik təşkil etməsi barədə şübhədən kənar, mötəbər sübutlar təqdim edilməmiş, eyni zamanda belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Bu halda da iddiaçının həmin yaşayış sahəsinə yazılmış borcun silinməsini tələb etməyə subyektiv hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. ... Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “cavabdeh Azəriqaz İB tərəfindən ünvan 1 ünvanının **********00002 nömrəli abonent hesab koduna qanunsuz hesablanmış 3525,12 manat məbləğində əsassız borc məbləğin silinməsi” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, istehlakçıların hüquqlarının qorunması tələbinə dair ərizələr üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehə qarşı hazırki iddia tələbi isə rədd edildiyindən, dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı “cavabdeh Azəriqaz İB tərəfindən ünvan 1 ünvanının **********00002 nömrəli abonent hesab koduna qanunsuz hesablanmış 3525,12 manat məbləğində əsassız borc məbləğin silinməsi” barədə iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-8116/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8116/2025
02.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver