Məhkəmə qərarları › İş №e-2(011)-827/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-827/2025

12.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-827/2025 12.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, iddianın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 10784,06 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddia onunla əsaslandırımışdır ki, ünvan 1 ünvanda yerləşən həyət evi ona məxsusdur. O bu evin xüsusi mülkiyyət hüququnu təsdiq edən reyestrdən Çıxarışını da almışdır. Evi 25 iyul 2007-ci il tarixdə alqı satqı müqaviləsi əsasında X1 əldə etmişdir. Həyətyanı sahəsinin küçə tərəfində yerləşən **********10000 abonent kodlu nömrəli qaz sayğacı Məsimova Rəna adlı şəxsin adındadır. Həmin Rənanı heç kim tanımır. Ev 2 bacıdan alınmışdır. Həmçinin abonent kodu üzrə ünvan səhvdir ünvan 2 idi. Abonentin saldosu üzrə ailə tərkibi səhv qeyd edilib. Ailə tərkibi 2 nəfərdir. Bundan başqa aktlarda 4 gözlü qaz plitəsindən və qızdırıcı radiator peçindən istifadə edilməsi qeyd edilib. Halbuki qaz idarəsinin əməkdaşları yaşayış evinə baxış keçirməyiblər. Onlar torpaq sahəsinin çölündə istədikləri işləri görüblər. O da yarımçıq şəkildə. Torpaq sahəsində yaşayış evi mövcud olsa da yaşayışa yararsız evdir. Bir müddət əvvəl cavabdeh orqandan həmin ərazidə yaşayan qohumuna bildirilib ki, tərəflər arasında qaz sayğacının dəyişdirilməsinə dair müqavilə imzalanmalıdır. Qohumuna akt imzaladıblar. Aktın məzmunu barədə onun məlumatı olmayıb. Sadəcə ona bildirilib ki, gəlib qaz sayğacını dəyişdiriblər. O 2024-cü ilin oktyabr ayında Asan Kommunal mərkəzinə müraciət etməklə, abonent kodunun adına keçirilməsini, qaz xəttində bloklanmanın aradan qaldırılmasını xahiş etdikdə, qaz borcunun olması ona bildirilmişdir. Qaz borcunun necə yaranması müəmmalı haldır. Belə ki, qeyd etdikləri onun ünvanı üzrə yaşayış evi istifadəyə yararsız vəziyyətdədir. Evin hamamı, otaqları, pəncərələri dağılmış vəziyyətdədir. Ona yalnız bu borcun ödənildiyi təqdirdə, abonent kodunun adına keçiriləcəyi bildirilmiş, hüquqi əsas kimi cavabdeh “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlar təqdim edilmişdir. Aktlara əsasən mənim 10500 manat borcun olmasını aşkar etmişdir. Bu ağlasığmaz məblədir. Bu qədər qaz istifadə etməyi barədə yalan aktların tərtib edilməsi inanılmazdır. Ona məxsus ev yaşayış üçün yararsız vəziyyətdədir. Orada nəinki lazımı qaz avadanlıqları (kombi falan), orada heç normal işlək vəziyyətdə qaz avadanlığı belə yoxdu. Asan Kommunaldan ona bildirilmişdir ki, qazın verilişi cavabdeh orqan tərəfindən dayandırılıb. Bildirilmişdir ki, sayğacdan kənar, qeyri-qanuni qaz xətti istifadə edilmişdir. Buna görə də dəfələrlə aktlar tərtib edilmiş və onların əsasında borc yazılmışdır. Aktlara baxış keçirilərkən bəlli olmuşdur ki, 2018-ci il tarixdən başlayaraq 2020-ci il müddətində ayrı-ayrı müxtəlif tarixlərdə aktlar yazılıb. Sayğaca baxış keçirilərkən və aktlar tərtib edilərkən onun və ya digər yaxın şəxslərin iştirakı təmin edilməmişdir. Aktlar bir tərəfli qaydada hazırlanıb və “aktı imzalamaqdan imtina etdi” yazılsa da, buna dair hər hansı sübut əlavə edilməyib. Cavabdeh orqanın yazdığı aktlar əsasında hesablanmış cərimə qanunsuz və əsassızdır. Sayğac ona məxsus həyətin çöl hissəsində quraşdırılıb. Uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. İddiaçının qazdan sayğacdankənar istifadə etdiyini sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdehin tərtib etdiyi, təbii qazdan sayğacdankənar istifadə barədə aktlar abonent tərəfindən imzalanmayıb. Aktların hamısında qeyd olunub ki, abonent aktı imzalamaqdan imtina edib. Lakin aktların imzalanmaq üçün abonentdə təqdim edildiyi sübut olunmur. Aktların imzalanmaq üçün abonentə təqdim edildiyini sübutetmə yükü cavabdehin üzərinə düşür. Cavabdehin imkanı olub ki, aktların imzalanmaq üçün abonentə təqdim edildiyini, abonentin isə aktları imzalamaqdan imtina etməsi faktını audio-videoyazı ilə qeydə alsın. Lakin o, bunu etməyib. Cavabdehin saldosuna əsasən abonement borcu cəmi 10784,06 manat təşkil edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* saylı, xx.xx.2007-ci il tarixli çıxarışına əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Xaqani küçəsinə istifadə olan 0.0164 ha torpaq sahəsində yerləşən 25 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. - ünvan 3 ünvanı üzrə X3 barəsində xx.xx.2016-cı il tarixli, 092668 saylı, xx.xx.2016cı il tarixli, ******* saylı, xx.xx.2016-cı il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, 0177364, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı, xx.xx.2024-cü il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlarda mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi qeyd edilmişdir. - xx.xx.2016-cı il tarixli, 092668 saylı akt əsasında 334,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 934,10 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 113,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 227,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 265,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 322,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 152 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 451,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 219,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 436 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 244,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 399,60 manat, xx.xx.2018ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 59 manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 3680,64 manat məbləğində borc hesablanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/421 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil etmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixinədək qüvvədə olan redaksiyası

6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda istehlakçı bu Qanunun 3-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə həmin оrqаnların göstərişi əsasında; müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin оrqаnların göstərişi əsasında; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

7. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.

8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyada)

2. Qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu və istismarı 2.7. Qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir.

Qazın dəyərinin ödəmə şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, , Bakı şəhəri, Əzizbəyov rayonu, Binə qəsəbəsi, Xaqani küçəsinə istifadə olan 0.0164 ha torpaq sahəsində yerləşən 25 nömrəli fərdi yaşayış evi 2007-ci il tarixindən iddiaçının mülkiyyətindədir. Həmin ev üzrə Cavabdeh İB-də qeydiyyata alınmış abonent hesabı evin əvvəlki sakini X2 adınadır. Fərdi yaşayış evi üzrə mübahisələndirilən borc məbləğləri fərdi yaşayış evi iddiaçının mülkiyyətində və sahibliyində olan müddətdə tərtib edilmiş aktlar əsasında hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbini qaldırmaq üçün subyektiv hüququ vardır. Məhkəmə iddiaya xx.xx.2016-cı il tarixli, 092668 saylı akt əsasında hesablanmış 334,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında hesablanmış 172,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında hesablanmış 934,10 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 113,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 227,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 265,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 322,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 152 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 451,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 219,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 436 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 244,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 399,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 284,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 59 manat borcun silinməsi hissəsində qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, sözü gedən aktlar üzrə hesablanmış borcun silinməsi hissəsində iddianın hüquqi əsasını 01 may 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun və xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəaları təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2020-cı il tarixədək olan müdət üçün hesabat aparılmış və 6932,30 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Eyni zamanda məhkəmə tərəfindən təyin edilmiş trasoloji ekspertiza rəyinə də əsasən, qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə, habelə qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış xx.xx.2016-cı il tarixli, 092668 saylı akt əsasında 334,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 934,10 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 113,60 manat, xx.xx.2017ci il tarixli, ******* saylı akt əsasında 227,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 265,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı 322,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 152 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 451,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 219,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 436 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 244,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 399,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 59 manat, ümumilkdə 6932,30 manat məbləğində borc silinməlidir. Məhkəmə iddiaya xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 3680,64 manat borcun silinməsi hissəsində qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, sözü gedən aktlar üzrə hesablanmış borcun silinməsi hissəsində iddianın hüquqi əsasını “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13 maddəsinin 9-cu hissəsinin 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası və “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarını təşkil edir. Qeyd edilən qanunvericilik müddəalarına əsasən, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı akt akta əsasən hesablanmış 3680,64 manat məbləğində borc silinməlidir. Məhkəmə iddiaya qalan 171,12 manat borcun silinməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə də əsassızdır və təmin edilməməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş abonent İddiaçı saldosundan görünür ki, qeyd olunan borc məbləği abonent tərəfindən istifadə edilən qazın dəyərinə görə hesablanmışdır və istehlakçı tərəfindən istehlak etdiyi qazın dəyəri tam ödənilməlidir. Odur ki, iddia bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilmiş hissəsinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 121,84 manat məbləğində dövlət rüsumu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 64 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 4 ünvanı üzrə (abonent kodu: **********10000) xx.xx.2016-cı il tarixli, 092668 saylı akt əsasında hesablanmış 334,80 (üç yüz otuz dörd manat səksən qəpik) manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında hesablanmış 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında hesablanmış 934,10 (doqquz yüz otuz dörd manat on qəpik) manat, xx.xx.2017ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 113,60 (yüz on üç manat altmış qəpik) manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 227,60 (iki yüz iyirmi yeddi manat altmış qəpik) manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 265,60 (iki yüz altmış beş manat altmış qəpik) manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 322,40 (üç yüz iyirmi iki manat qırx qəpik) manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 152 (yüz əlli iki) manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 451,80 (dörd yüz əlli bir manat səksən qəpik) manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 219,60 (iki yüz on doqquz manat altmış qəpik) manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 436 (dörd yüz otuz altı) manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 244,20 (iki yüz qırx dörd manat iyirmi qəpik) manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 115,20 (yüz on beş manat iyirmi qəpik) manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 133,20 (yüz otuz üç manat iyirmi qəpik) manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 399,60 (üç yüz doxsan doqquz manat altmış qəpik) manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 133,20 (yüz otuz üç manat iyirmi qəpik) manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 284,40 (iki yüz səksən dörd manat qırx qəpik) manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,20 (yüz qırx iki manat iyirmi qəpik) manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,20 (yüz qırx iki manat iyirmi qəpik) manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,20 (yüz qırx iki manat iyirmi qəpik) manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,20 (yüz qırx iki manat iyirmi qəpik) manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,20 (yüz qırx iki manat iyirmi qəpik) manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 32,40 (otuz iki manat qırx qəpik) manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 32,40 (otuz iki manat qırx qəpik) manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 32,40 (otuz iki manat qırx qəpik) manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 32,40 (otuz iki manat qırx qəpik) manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 32,40 (otuz iki manat qırx qəpik) manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 32,40 (otuz iki manat qırx qəpik) manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 142,20 (yüz qırx iki manat iyirmi qəpik) manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında hesablanmış 295,20 (iki yüz doxsan beş manat iyirmi qəpik) manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 295,20 (iki yüz doxsan beş manat iyirmi qəpik) manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 295,20 (iki yüz doxsan beş manat iyirmi qəpik) manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 59 (əlli doqquz) manat, xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 3680,64 (üç min altı yüz səksən manat altmış dörd qəpik) manat, ümumilikdə 10612,94 (on min alı yüz on iki manat dosan dörd qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən 121,84 (yüz iyirmi bir manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar