Məhkəmə qərarları › İş №e-2(011)-8405/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8405/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8405/2025 23.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 174,9 manat əsas 52,4 manat cərimə cəmi 227,3 manat borc, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 338,9 manat əsas 101,6 manat cərimə cəmi 440,5 manat borc, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 625,9 manat əsas, 187,7 manat cərimə, cəmi 813,6 manat borc, xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1.121,9 manat əsas, 336,5 manat cərimə, cəmi 1.458,4 manat borc, ümumilikdə dörd müqavilə üzrə 2.261,6 manat əsas, 678,2 manat cərimə, 2.939,8 manat cəmi borcun və 49,39 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixli, ********* saylı müqavilə bağlanmışdır. Müqavilə məbləği: 360,9 manat; müqavilənin aylıq ödənişi 31 manat; müddəti: 12 ay təşkil edir. Müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsullar “Honor” markalı mobil telefon və aksesuardır. Son ödəniş məbləği və tarixi xx.xx.2025-ci il tarixdə 31 manat təşkil edir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində "xxxx" MMC qarşısında yaranmış borc öhdəliyi gecikdirilmiş günlərə görə 174,9 manat borc məbləği, 524 manat hesablanmış cərimədir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90%-dir. Cavabdeh tərəfindən ödənilməli cərimə 52,40 manatdır. Tutulmalı olan cəmi məbləğ 227,3 manatdır. xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə müqavilənin məbləği 689,9 manat təşkil edir. Müqavilənin aylıq ödənişi 39 manat, müddəti 18 ay təşkil edir. Müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsullar: “Honor” markalı mobil telefondur. Son ödəniş məbləği 38 manat təşkil edir, tarixi: xx.xx.2025-ci il, müddəti: 18 ay təşkil edir. Alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi əsas borc məbləği üzrə 338,9 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği üzrə 1.016 manat təşkil edir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90% təşkil edir. Cavabdeh tərəfindən ödənilməli cərimə 101,6 manat, tutulmalı olan cəmi məbləğ 440,5 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə müqavilənin məbləği 1.264,9 manat təşkil edir. Müqavilənin aylıq ödənişi 71 manat, müddəti 18 ay təşkil edir. Müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsullar: “Samsung” markalı mobil telefondur. Son ödəniş məbləği 66 manat təşkil edir, tarixi: xx.xx.2025-ci il, müddəti: 18 ay təşkil edir. Alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi əsas borc məbləği üzrə 625,9 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği üzrə 1.877 manat təşkil edir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90% təşkil edir. Cavabdeh tərəfindən ödənilməli cərimə 187,7 manat, tutulmalı olan cəmi məbləğ 813,6 manat təşkil edir. xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə müqavilənin məbləği 2.246,9 manat təşkil edir. Müqavilənin aylıq ödənişi 125 manat, müddəti 18 ay təşkil edir. Müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsullar: “İphone” markalı mobil telefon və aksesuarlardır. Son ödəniş məbləği 35 manat təşkil edir, tarixi: xx.xx.2025-ci il, müddəti: 18 ay təşkil edir. Alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi əsas borc məbləği üzrə 1.121,9 manat, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği üzrə : 3.365 manat təşkil edir. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt 90% təşkil edir. Cavabdeh tərəfindən ödənilməli cərimə 336,5 manat, tutulmalı olan cəmi məbləğ 1.458,4 manat təşkil edir. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Satıcı 1 saylı Əlavədə göstərilmiş məhsulu, Alıcıya nisyə satır, Alıcı isə müqavilədə nəzərədə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edib, Satıcıya pul ödəyir. xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq “Honor” markalı telefon kredit yolu ilə satılmışdır. Əlavənin 3-cü bəndinə görə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən Satıcıya ödənilir. Həmin sənədlərdə qeyd edilmiş məhsulların təhvil-təslim aktından görünür ki, qeyd edilmiş məhsullar Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlinə əsasən “Honor” markalı mobil telefon üçün Cavabdeh tərəfindən 22 avqust 2025-ci il tarixinədək aylıq 31 manat, 22 sentyabr 2025ci il tarixində 19,98 manat məbləği ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 174,9 manat əsas, 524 manat cərimə, ümumilikdə 689,9 manat borcu var. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Satıcı 1 saylı Əlavədə göstərilmiş məhsulu, Alıcıya müəyyən nisyə satır, Alıcının isə müqavilədə nəzərədə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edib, Satıcıya pul ödəyir. xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq “Honor” markalı telefon kredit yolu ilə satılmışdır. Əlavənin 3-cü bəndinə görə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Həmin sənədlərdə qeyd edilmiş məhsulların təhvil-təslim aktından görünür ki, qeyd edilmiş məhsullar Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlinə əsasən “Honor” markalı mobil telefon üçün Cavabdeh tərəfindən 20 noyabr 2025-ci il tarixinədək aylıq 39 manat, 20 dekabr 2025-ci il tarixində 26,99 manat məbləği ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 338,9 manat əsas, 1.016 manat cərimə, ümumilikdə 1.354,9 manat borcu var. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Satıcı 1 saylı Əlavədə göstərilmiş məhsulu, Alıcıya müəyyən nisyə satır, Alıcının isə müqavilədə nəzərədə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edib, Satıcıya pul ödəyir. xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq “Samsung” markalı telefon kredit yolu ilə satılmışdır. Əlavənin 3-cü bəndinə görə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Həmin sənədlərdə qeyd edilmiş məhsulların təhvil-təslim aktından görünür ki, qeyd edilmiş məhsullar Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlinə əsasən “Samsung” markalı mobil telefon üçün Cavabdeh tərəfindən 20 noyabr 2025-ci il tarixinədək aylıq 71 manat, 20 dekabr 2025-ci il tarixində 57,99 manat məbləği ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 625,9 manat əsas, 1.877 manat cərimə, ümumilikdə 2.502,9 manat borcu var. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Satıcı 1 saylı Əlavədə göstərilmiş məhsulu, Alıcıya müəyyən nisyə satır, Alıcının isə müqavilədə nəzərədə tutulmuş şərtlərlə və qaydada əmlakı qəbul edib, Satıcıya pul ödəyir. xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə 1 saylı əlavəyə uyğun olaraq “İphone” markalı telefon kredit yolu ilə satılmışdır. Əlavənin 3-cü bəndinə görə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Həmin sənədlərdə qeyd edilmiş məhsulların təhvil-təslim aktından görünür ki, qeyd edilmiş məhsullar Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli ödəniş cədvəlinə əsasən “İphone” markalı telefon və aksesuarlar üçün Cavabdeh tərəfindən 20 noyabr 2025-ci il tarixinədək aylıq 125 manat, 20 dekabr 2025-ci il tarixində 121,95 manat məbləği ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 1.121,9 manat əsas, 3.365 manat cərimə, ümumilikdə 4.486.9 manat borcu var. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı; xx.xx.2024-cü il tarixli, ********* saylı, xx.xx.2024-cü il tarixli, ********* saylı və xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilələrə əsasən borcun ödənilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın əsas borcun qaytarılmasına dair hissəsi əsaslıdır. Məhkəmə həmçinin iddianın cərimə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2024-cü il tarixli müqaviləyə görə cərimənin 52,4 manat deyil, 9 manat; xx.xx.2024-cü il tarixli müqaviləyə görə cərimənin 101,6 manat deyil, 17 manat; digər xx.xx.2024-cü il tarixli müqaviləyə görə cərimənin 187,7 manat deyil, 31,3 manat, digər xx.xx.2024-cü il tarixli müqaviləyə görə cərimənin 336,5 manat deyil, 56 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə həmçinin iddianın 49,39 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbləri qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 174,9 (bir yüz yetmiş dörd manat doxsan qəpik) manat əsas borc, 9 (doqquz) manat cərimə olmaqla, cəmi müqavilə üzrə 183,9 (bir yüz səksən üç manat doxsan qəpik) manat; xx.xx.2024-cü il tarixli, nisyə alqı-satqı müqaviləsi üzrə 338,9 (üç yüz otuz səkkiz manat doxsan qəpik) manat əsas borc, 17 (on yeddi) manat cərimə olmaqla, cəmi müqavilə üzrə 355,9 (üç yüz əlli beş manat doxsan qəpik) manat; xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 625,9 (altı yüz iyirmi beş manat doxsan qəpik) manat əsas borc, 31,3 (otuz bir manat otuz qəpik) manat cərimə olmaqla, cəmi müqavilə üzrə 657,2 (altı yüz əlli yeddi manat iyirmi qəpik) manat; xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1.121,9 (bir min yüz iyirmi bir manat doxsan qəpik) manat əsas borc, 56 (əlli altı) manat cərimə olmaqla, cəmi müqavilə üzrə 1.177,9 manat borc məbləği; cəmi dörd müqavilə üzrə 2.374,9 (iki min üç yüz yetmiş dörd manat doxsan qəpik) manat borc məbləği və 49,39 (qırx doqquz manat otuz doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar