Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-8583/2025 18.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borc tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİ:
1. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 ərizə ilə məhkəməyə müraciət edərək mülki işin geri qaytarılmasını xahiş etmişdir.
3. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) 152.1.hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda.
İşə baxan məhkəmənin mövqeyi:
4. Məhkəmə ərizəni, 2(011)-8583/2025 nömrəli materialı nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki mülki iş xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, iddia ərizəsinin geri qaytarılması barədə ərizə isə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.
5. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borc tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi geri qaytarılmalıdır.
6. İddiaçının iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da geri qaytarılmalıdır.
7. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borc tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın.
2. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.
3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova