Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-936/2023 29.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı cavabdеh Cavabdeh 2710 manat məbləğində vurulmuş zərər və 47,10 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 2757,10 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “AUDİ A4” markalı, 90–KZ–615 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2020-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2021-ci il martın 08-də Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi “AUDİ A4” markalı, 90–KZ– 615 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində “Opel Vectra” markalı, 90–CA–551 nömrə nişanlı, “Renault Megane” markalı, 99–UZ–694 nömrə nişanlı və “Volkswagen Caddy” markalı, 90–KT–780 nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Fikrət Məmmədov tərəfindən 18 mart 2021-ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü (Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsinə əsasən inzibati tədbirlərinin görülməsi üçün material Sabunçu DYPŞ-ə göndərilmişdir Sabunçu DYPŞ-i tərəfindən xx.xx.2021-ci il tarixində AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(008)-2016/2021 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci ildə verilmiş 2974 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Volkswagen Caddy” markalı, 90–KT–780 dövlət nömrə nişanlı avtomobilə 1800 manat məbləğində zərər dəymişdir. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci ildə verilmiş 2910 nömrəli qiymətləndirmə aktına əsasən hadisə nəticəsində “Opel Vectra” markalı, 90–CA–551 dövlət nömrə nişanlı avtomobilə 910 manat məbləğində zərər dəymişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 1800 manat məbləği zərərçəkmiş şəxs X1 ödəmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində 910 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İcbari Sığorta Müqaviləsinə dair məlumata əsasən "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə PXA********** saylı icbari sığorta müqaviləsi bağlanmış və “AUDİ A4” markalı, 90–KZ–615 dövlət nömrə nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İş materiallarında olan xx.xx.2021 il tarixli, PXA86404 saylı Sığorta Aktının surətindən görünür ki, Cavabdeh məxsus "xxxx" ASC-də sığortalanmış “AUDİ A4” markalı, 90–KZ–615 dövlət nömrə nişanlı avtomobillə “Volkswagen Caddy” markalı, 90–KT–780 nömrə nişanlı və “Opel Vectra” markalı, 90–CA–551 nömrə nişanlı avtomobillərlə toqquşması nəticəsində avtomobillərə müvafiq olaraq 1800 manat və 910 manat məbləğində zərər dəymişdir. İş materillarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsnin xx.xx.2021-ci il tarixli 3(008)-2016/2021 saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilən Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh “AUDİ A4” markalı, 90–KZ–615 dövlət nömrə nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyindən sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş zərərə görə 2710 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə xərclərə görə 47.10 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2710 (iki min yeddi yüz on) manat və ödənilmiş dövlət rüsumu görə 47.10 (qırx yeddi manat, on qəpik) manat məbləğində pul vəsaiti alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamə onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni güvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-936/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-936/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver