Məhkəmə qərarları › İş №e-2(011)-9475/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-9475/2025

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-9475/2025 06.03.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi, Seyidova Səkinə Mİrqasım qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Cavabdeh ila İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 799679 saylı müqavilənin əlavəsi-xx.xx.2025-cü il tarixli 08431312 sayı faktura və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********74009 İPHONE 16 PRO MAX markalı telefon, X4 S8 Pro Ultra, X6 1 il Xı̇ dməti ṅəticədə 5579.06 manat borc yaranmışdır.

2. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli 799679 saylı müqavilənin əlavəsi – xx.xx.2025-ci il tarixli 08431312 saylı fakturaya əsasən, alqısatqı qiyməti 3682,04 manat (12 ay x 297,67 manat + 110 manat ilkin ödəniş) olan İMEİ kodu **********74009 olan iPhone 16 Pro Max markalı telefon üçün ümumilikdə 3624,88 manat olmaqla, ondan 3273,89 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 (iyirmi üç manat 60 qəpik) manat rüsum və güzəşt olunmaqla 327,39 manat dəbbə pulu yaranmışdır. Həmçinin xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3361,62 manat (18 ay x 136,74 manat + 900,3 manat ilkin ödəniş) olan X4 S8 Pro Ultra və Qızıl zəmanə Ultra 1 il xidməti üçün ümumilikdə 1954,18 manat olmaqla, ondan 1776,53 manat ödənilməmiş hissə və güzəşt olunmaqla 177,65 manat dəbbə pulu borcu yaranmışdır.

3. Cavabdehin cəmi ödədiyi məbləğ 1993.24 manat təşkil edir.

İddiaçının tələbi:

4. xx.xx.2024-cü il tarixli 799679 saylı müqavilənin əlavəsi olan xx.xx.2025-ci il tarixli 08431312 saylı fakturaya əsasən, İMEİ kodu **********74009 olan iPhone 16 Pro Max markalı telefon üçün 3273,89 manat ödənilməmiş hissə, X1 ödənilən 23,6 manat rüsum və 327,39 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X4 S8 Pro Ultra və Qızıl zəmanə Ultra il xidməti üçün 1776,53 manat dəbbə pulu olmaqla, ümumilikdə 5579,06 manat borcun, habelə 75,80 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Tərəflərin izahatı:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 xx.xx.2024-cü il tarixli 799679 saylı müqavilənin əlavəsi olan xx.xx.2025-ci il tarixli 08431312 saylı fakturaya əsasən, İMEİ kodu **********74009 olan iPhone 16 Pro Max markalı telefon üçün 3273,89 manat ödənilməmiş hissə, X1 ödənilən 23,6 manat rüsum və 327,39 manat dəbbə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X4 S8 Pro Ultra və Qızıl zəmanə Ultra il xidməti üçün 1776,53 manat dəbbə pulu olmaqla, ümumilikdə 5579,06 manat borcun, habelə 75,80 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər:

8. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 17602262 saylı müqaviləyə əsasən, İMEİ KODU **********74009 İphone 16 X7 X4 S8 Pro Ultra, X6 1 il xidməti almış və nəticədə 3361,70 manat borc yaranmışdır.

9. xx.xx.2024-cü il tarixli 17602262 saylı müqavilənin əlavəsi xx.xx.2024-cü il tarixli fakturaya əsasən, X4 S8 Pro Ultra, X6 il Xı̇ dmət ı̇ mei Kodu **********74009 İphone 16 Pro Max üçün cavabdeh 18 ay müddətinə hər ay 136.74 manat ödəməyi öhdəsinə götürmüşdür.

10. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 799679 saylı müqaviləyə əsasən, İMEİ KODU **********74009 İphone 16 X7 X4 S8 Pro Ultra, X6 1 il xidməti almış və nəticədə 3682,04 manat borc yaranmışdır.

11. xx.xx.2024-cü il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 17602262 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.

12. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli 17602262 nömrəli müqaviləyə əsasən İmei Kodu **********74009 İphone 16 Pro Max, X4 S8 Pro Ultra, X6 İl Xı̇ dmətı̇ nə üsursuz halda təhvil verilmişdir.

13. xx.xx.2025-ci il tarixli bildirişə əsasən, xx.xx.2024-cü il tarixli 799679 saylı müqavilənin bütün şərtləri yerinə yetirilənədək əşya İddiaçı MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə “Mal”a sahiblik hüququ “Müştəri”yə keçir. Bildirişə əsasən, müştəri öz imzası ilə bildirişi oxumuş və məzmunu ilə tanış olmuş, bunu öz imzası ilə təsdiq etmişdir.

14. xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli 799679 nömrəli müqaviləyə əsasən İMEİ KODU **********74009 İPHONE 16 PRO MAX tam qüsursuz halda təhvil verilmişdir.

15. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən xx.xx.2024-cü il tarixli 17602262 saylı müqavilənin əlavəsi xx.xx.2025-cü il tarixli 08431312 saylı fakturaya əsasən, 404.1 manat ödənilməmiş hissə, 40.41 cərimə olmaqla, ümumilikdə 444.51 manat borc təşkil edir.

16. xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubuna əsasən, Cavabdeh tərəfindən öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 iş günü ərzində riayət olunmadığı təqdirdə icrasını gecikdirməsi məhkəməyə müraciət ediləcəyi ilə bağlı Cavabdeh xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

20. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)

21. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

22. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 799679 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, 08431312 saylı faktura üzrə 3273,89 manat ödənilməmiş hissə, 327,39 manat dəbbə pulu və xx.xx.2024-cü il tarixli, 17602262 saylı müqavilə üzrə 1776,53 manat ödənilməmiş hissə, 177,65 manat dəbbə pulu olmaqla ümumilikdə, 5579,06 (beş min beş yüz yetmiş doqquz manat altı qəpik) manat pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,80 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh xx.xx.2024-cü il tarixli, 799679 saylı müqavilənin əlavəsi - xx.xx.2025-ci il tarixli, 08431312 saylı faktura üzrə 3273,89 manat ödənilməmiş əsas hissə, X1 ödənilən 23,6 manat rüsum və 327,39 manat dəbbə pulu və xx.xx.2024-cü il tarixli, 17602262 saylı müqavilə üzrə 1776,53 manat ödənilməmiş əsas hissə, 177,65 manat dəbbə pulu olmaqla ümumilikdə, 5579,06 (beş min beş yüz yetmiş doqquz manat altı qəpik) manat pul tutularaq İddiaçı MMCyə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,80 (yetmiş beş manat səksən qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar