Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-101/2025 24.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) qeyri-qanuni hərəkətlərin qarşısının alınması və qanunsuz inşa olunmuş tikintinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) qeyri-qanuni hərəkətlərin qarşısının alınması və qanunsuz inşa olunmuş tikintinin cavabdehlərin öz hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə olaraq onlara məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi (0.1732+0.05=0.2232) 0.2232 ha olan torpaq sahəsində apardığı qanunsuz tikinti işləri və bununla bağlı digər qanunsuz hərəkətlərinin cavabdehlərə qadağan edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən torpaq sahələrində birgə apardığı qanunsuz və özbaşına tikilinin (faktiki olaraq qeyri-yaşayış binasının) cavabdehlərin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Əhmədov X8 rayonu, Masazır kəndi, Səməd Vurğun küçəsi, ev 4C ünvanında yerləşən mülkiyyətində olan fərdi yaşayış evində yaşayır. Qonşu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə olaraq onlara məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi (0.1732+0.05=0.2232) 0.2232 ha olan torpaq sahəsində qonşuluq hüququna, şəhərsalma və tikinti normalarına, yanğın təhlükəsizliyi qaydalarına, habelə milli mental dəyərlərə zidd formada özbaşına və qanunsuz tikinti aparmaqdadır. Cavabdehlərə aid torpaq sahəsində aparılan tikinti işlərinin qanunsuz olması onunla ifadə olunur ki, cavabdeh sözügedən torpaq sahəsində tikməkdə olduğu qeyri-yaşayış binası heç bir tikinti-təhlükəsizlik, texniki normalara, habelə yanğın təhlükəsizliyi və fövqəladə halların aradan qaldırılması ilə bağlı texniki tələblərə uyğun deyil, belə qeyri-yaşayış binasının tikintisi ilə bağlı aidiyyəti dövlət orqanlarından qanunvericilikdə müəyyən edilmiş qaydada zəruri icazələrin alınması ilə bağlı müvafiq olaraq Abşeron Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə sorğular verilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, “Bildiririk ki, mütəxəssislərimiz tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə. Vahid küçəsi, “Soliton” mağazasının qarşısında tikinti-quraşdırma işlərinin aparıldığı aşkar edilmiş və müvafiq məlumatların əldə edilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 04 may 2022ci il tarixli, xx/xx-03005 nömrəli məktubla müraciət edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin Agentliyə ünvanladığı 27 may 2022-ci il tarixli, 1/1230 nömrəli və 17 iyun 2022-ci il tarixli, 1/1370 nömrəli cavab məktublarında Rayon İcra Hakimiyyəti tərəfindən tikinti sahibinə xəbərdarlıq edildiyi və ünvanın nəzarətə götürülməsi bildirilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən tikinti işlərini aparan şəxslər barəsində heç bir məlumat verilmədiyindən, Agentliyin səlahiyyətləri daxilində hər hansı tədbirin görülməsi mümkün olmamışdır”. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, “Bildiririk ki, Komitə tərəfindən Tikintilərin Dövlət reyestrində qeyd olunan ünvanda yerləşən tikinti obyekti ilə bağlı məlumat yoxdur”. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, “Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinin tələblərinə əsasən ekspertizadan keçirilməsi, həmçinin tikintiyə icazə prosedurunun aparılması tələb olunduğu halda, tikinti layihəsi ekspertizadan keçməmiş və tikintiyə icazə proseduru həyata keçirilməmiş obyektin tikinti işlərinin dayandırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən qərar qəbul edilməlidir”. Ümumi publik maraqlarla yanaşı (yanğın təhlükəsizliyi, digər fövqəladə hallar, tikinti və şəhərsalma normaları və s.) bilavasitə iddiaçının maraqlarına toxunan və mülkiyyət hüquqlarını və qanuni mənafelərini pozan məqam ondan ibarətdir ki, cavabdehlər həmin torpaq sahəsində qanunsuz və özbaşına tikməkdə olduğu qeyri-yaşayış binası ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasında şəhərsalma və tikinti qanunvericiliyində, habelə tikinti-texniki normalarda müəyyən edilmiş ara məsafələr gözlənilməmişdir ki, bu da gələcəkdə yanğın təhlükəsizliyini, habelə operativ nəqliyyat vasitələrinin ərazidə zəruri hallarda manevr imkanlarını məhdudlaşdırır, perspektiv məişət səs-küyü və digər problemlərin yaranması ilə nəticələnir. Bununla yanaşı, cavabdehlər həmin qeyri-yaşayış binasını müxtəlif formada sənədləşdirməklə və ya qeyri üsullarla vətəndaşlara satılması, gələcəkdə həmin vətəndaşların cavabdehlər tərəfindən hüquqlarının pozulması, yaxud onların vicdanlı alıcı kimi hüquqlarının sonrakı dövrdə real bərpasının təmin edilməsini də mürəkkəbləşdirəcək. Hazırki vəziyyətin davam etməsi iddiaçının ailə üzvləri ilə birgə özünə məxsus fərdi yaşayış evində rahat və sağlam şəraitdə yaşaması üçün birbaşa çətinlik yaradır. Belə ki, sözügedən qanunsuz tikilmiş və hal-hazırda təmir işləri görülən qanunsuz tikili ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasındakı ara məsafəsinin gözlənilməməsi nəticəsində ona məxsus fərdi yaşayış evinin işıqlandırılmasına və havalandırılmasına birbaşa müdaxilə edilməkdədir. Cavabdehlər tərəfindən aparılmış qanunsuz və özbaşına tikinti işləri şəxsi həyatın toxunulmazlığı, təhlükəsiz yaşamaq hüququ, mülkiyyət hüququ ilə yanaşı sözügedən tikintinin gələcək sahibləri olacaq perspektiv alıcıları olan vətəndaşların da gələcəkdə mülkiyyət hüquqlarının (ödənilmiş vəsaitlərin geri alınması və s.) təmin edilməsini mümkünsüz edir, eyni zamanda belə vəziyyət cavabdehin özünün də hüquqlarını pozur. Belə ki, ola bilsin ki, cavabdeh törətdiyi əməlin qanunsuzluğunun, ictimai təhlükəli nəticələrinin, habelə tikinti-texniki normaların pozulması, fövqəladə hallar, o cümlədən yanğın təhlükəsizliyi baxımından hansı nəticələr doğura biləcəyinin fərqində olmadan bu tikinti işlərini aparmaqdadır. Kustar üsullarla aparılmış tikinti, heç bir təhlükəsizlik qaydalarının gözlənilməməsi, həvəskar qaydada qurulmuş elektrik naqilləri sistemi nəticəsində yarana biləcək qısa qapanma və digər hallar, habelə ara məsafərinin gözlənilməməsi nəticəsində baş verə biləcək yanğın hadisəsinin qısa müddətdə sürətlə yayılması imkanları, məişət səs küyü üçün yaradılmış münbit şərait, habelə təcili tibbi yardım avtomobillərinin əraziyə giriş çıxışının məhdudlaşması nəticəsində həyat və sağlamlıq üçün yaranan təhlükə və s. faktorlar cavabdeh tərəfindən aparılmış qanunsuz və özbaşına tikinti işlərinin mövcud və perspektiv fəsadlarını göstərir. Cavabdehin apardığı tikinti işlərini hətta şərti olaraq fərdi yaşayış evi kimi xarakterizə etsələr belə barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi ara məsafəsi müəyyən edilir. İşin hallarından və təqdim edilmiş fotoşəkillərdən aydın görünür ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara məxsus torpaq sahəsində birgə tikinti apararkən İddiaçı ilə olan ara məsafəsinə əməl etmədən və heç bir qanuni sənədlər tərtib etmədən özbaşına tikinti aparmışdır. Cavabdehlərə dəfələrlə bu qanunsuz müdaxilələrindən yayınmağı, qanunsuz tikilinin sökülməsi və ara məsafəsinin gözlənilməsi barədə şifahi xəbərdarlıq edilmiş, müdaxilələr davam etdiyi halda məhkəməyə müraciət ediləcəyi barədə müxtəlif vaxtlarda xəbərdarlıqlar edilmişdir. Lakin cavabdehlər heç bir xəbərdarlığa məhəl qoymadan özbaşına təmir və tikinti işlərinə davam etməkdədir. Mənzil qanunvericiliyinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Belə ki, işin hallarından və təqdim edimiş fotoşəkillərdən müəyyən olunur ki, cavabdehlər özlərinə məxsus və iddiaçının fərdi yaşayış evi ilə qonşuluqda yerləşən torpaq sahəsindən faktiki olaraq sahibkarlıq fəaliyyəti - yəni qeyri-yaşayış binası tikintisi üçün istifadə edərkən qonşu kimi iddiaçının şəxsi və ailə həyatının toxunulmazlığını, mənəviyyatı, habelə onun mülkiyyət hüquqlarını gözləməmiş, yanğın təhlükəsizliyi tələblərinə, habelə ekoloji normalara (səs ekologiyası və s.) riayət etməmiş, iş üzrə üçüncü şəxslər cavabdehlərin bu hərəkətlərinə şərait yaratmış və göz yummuşdur. Cavabdehlər isə üçüncü şəxslərin hərəkətsizliyindən istifadə edərək tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına qeyri-yaşayış binası tikintisi aparmaqda, bu zaman tikintinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraiti tələblərini kobud surətdə pozmaqdadır. Ona görə də cavabdehlərin qeyri-qanuni hərəkətlərinin qarşısının alınması, cavabdehlər tərəfindən qanunsuz inşa olunmuş tikintinin cavabdehlərin öz hesabına sökülməsi təmin edilməlidir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə olaraq onlara məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi (0.1732+0.05=0.2232) 0.2232 ha olan torpaq sahəsində apardığı qanunsuz tikinti işləri və bununla bağlı digər qanunsuz hərəkətlərinin cavabdehlərə qadağan edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən torpaq sahələrində birgə apardığı qanunsuz və özbaşına tikilinin (faktiki olaraq qeyriyaşayış binasının) cavabdehlərin öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, işin mübahisəsiz halları İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında fərdi yaşayış evinin yaxınlığında tikilmiş qeyriyaşayış binası ilə bağlı həmin binanın iddiaçıya maneçilik yaratması, yəni istər havanın, istərsə işıqlandırmanın qarşısının alınması, istərsə də digər rentabellərin gözlənilməməsi ilə bağlıdır. Həmçinin Cavabdeh1 tikdiyi binadan iddiaçının həyət evinə doğru pəncərə açmış və həmin pəncərədən müdafiə etdiyi şəxsin həyəti və evi, ora girib-çıxan şəxslər görsənir. Mübahisəli tikili Cavabdeh1a məxsus torpaq sahəsində artıq tikilmiş və mövcuddur. Bu işin mübahisəsiz halıdır. Cavabdeh tərəf ona məxsus binanın qanuni tikili olduğunu bildirir. Bu belə deyildir. Belə ki, tərəflərindən müvafiq sorğular verilmiş və tikilinin özbaşına tikili olması barədə müvafiq orqanlar tərəfindən onlara cavablar verilmişdir. Yəni mübahisəli tikili heç bir müvafiq icazələr alınmadan inşa edilmişdir. Tikili fərdi yaşayış evi deyil, qeyri-yaşayış binasıdır. Digər tərəfdən cavabdeh tərəf etirazlarında onların subyektiv hüququnun olmamasını qeyd edir. Belə ki, cavabdeh tərəf Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən iddia qaldırmaq hüququna müvafiq icra hakimiyyəti orqanının - Fövqəladə Hallar Nazirliyinin malik olduğunu qeyd edir. Bununla bağlı qeyd edir ki, Ali Məhkəmənin 2015-ci il tarixli tövsiyyə məktubunda və həmçinin elektron məhkəmə sisteminə yüklədikləri 4 (dörd) qərarda qeyd edilir ki, kimin maraqlarına toxunulursa, həmin şəxs də iddia qaldıra bilər. Bu o deməkdir ki, iddiaçının hazırki iddianı qaldırmasına subyektiv hüququ vardır. Eyni zamanda eyni tərəflər arasında olmasa da, eyni predmet barəsində və eyni məsələ ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikintitexniki ekspertizasının rəyi və məhkəmə qətnamələri mövcuddur. Qeyd olunan rəydə məhkəmə tərəfindən qoyulmuş suallara cavablar qeyd edilmişdir. Həmin suallardan birinci suala cavabda qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (1 yanvar 2013-cü il) öncə inşa olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu bəndinin tələblərinin, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə şamil olunmadığı müəyyən edilmişdir. Həmçinin ünvan 6 ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Eyni zamanda həmin ünvanda inşa edilmiş tikili arasında məsafəsinin 3,37 metr olduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, qanunvericilikdə tikililər arasındakı məsafə deyil, tikililər ilə həmin tikililərin inşa olunduğu torpaq sahəsinin sərhəddinə qədər olan məsafənin tənzimlənməsi nəzərdə tutulmuşdur ki, bununla da ünvan 7 ünvanda inşa edilmiş qeyri-yaşayış sahəsinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsin 69.5.3. bəndinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. Yəni burda 2 (iki) tikili - ev və tikilmiş bina arasındakı məsafənin deyil, tikili ilə sərhəddəki hasara qədər olan məsafə müəyyən olunur. Eləcə də ünvan 6 ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisi istiqamətində hasar tikilisinin və fərdi yaşayış evin divarının üzərində nəmlənmə və çatlama izlərinin olduğu müəyyən olunmuşdur. Nəmlənmə izlərinin yaranması, qeyriyaşayış tikilisinin inşa olunması nəticəsində həmin hissəyə günəş şüalarının və havanın daxil olmasına məhdudiyyətlər yaranması səbəbindən baş verməyə xarakterik olduğu müəyyən edilmişdir. Göründüyü kimi nəmləmə izləri günəş şüalarının və havanın daxil olmaması səbəbindən yaranmışdır. Həmçinin ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ünvan 6 ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisi istiqamətində 3 pəncərənin və 2 nəfəsliyin olduğu müəyyən edilmişdir. ünvan 6 ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisinin hündürlüyünün 8,7 metr, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin hündürlüyündən 7,1 metr çox olduğunu və qeyri-yaşayış sahəsinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3cü bəndinin tələbinin pozulduğunu nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunan qeyriyaşayış tikilisinin, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin təbii işıqlanmasına və havalanmasına məhdudiyyət yaratdığı müəyyən olunmuşdur. Cavabdeh tərəf iddianın rədd edilməsi ilə bağlı subyektiv hüququnun olması, tikintinin qanuni olması və sair kimi 3 arqument irəli sürmüşdür. Lakin cavabdeh tərəfin arqumentləri iş materialları ilə təkzib olunur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Həmin qərarlarda hazırki mübahisə predmeti ilə bağlı ekspert rəyi mövcuddur. Cavabdeh tərəf ekspert rəyinə toxunmayaraq, etirazını əsasən subyektiv hüququnun olmaması və tikilinin qanuni olması ilə əsaslandırır. Lakin qarşı tərəf tikilinin qanuni olması barədə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Bu tikintinin qanunsuz olması anlamına gəlir. Tikili Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikilmişdir. Göstərilənlərə əsasən həmin tikili iddiaçının hüquqlarını pozduğundan cavabdehin hesabına sökülməlidir. Verilmiş suallara cavabında qeyd edir ki, tikinti işləri tam başa çatdırılmamışdır. Müvəqqəti təminat tədbiri kimi tikintinin dayandırılması barədə qərardadın olmasına baxmayaraq, tikinlinin içərisinə arxa qapdan girməklə təmir işləri görüldüyündən bu barədə icra məmuruna xəbər verilmiş, icra məmuru yerində bu halı müəyyən edərək təmir işlərinin dayandırılması ilə bağlı xəbərdarlıq etmişdir. Tikilinin pencərə şüşələri boyandığına görə içəridə təmir işlərinin getməsi dəqiq bilinmir. Lakin təmir işləri davam etdirilir. Bu səbəbdən də həmin tikiliyə hazırda yerində baxış keçirilsə idi, daha yaxşı olardı. Daha sonra cavabdeh tərəfindən iddiaçının tikilisinə doğru artırma işləri aparılmışdır. Bu artırma işləri hazırda da davam edir. Bu artırma işlərinin hara qədər davam edəcəklərini bilmirlər. Təqdim etdikləri sübutlara və işdə olan digər sənədlərə, həmçinin soğrulara alınmış cavablara, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər məhkəmə iclaslarında iştirak etməsələr də, sorğulara verdikləri cavablara əsasən iddia tələbləri əsaslıdır. Həmçinin mübahisə predmeti barəsində başqa bir işdə olan ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətə malikdir. Çünki həmin rəy mübahisələndirilməmişdir. İşdə kifayət qədər sübutlar mövcuddur. Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla mübahisəli tikili inşa edilmişdir. Həmin tikilinin mövcudluğu iddiaçının hüquqlarını pozur. Hazırki mübahisə ilə bağlı kifayət qədər məhkəmə təcrübəsi mövcuddur. Eləcə də, qarşı tərəf istinad edilmiş ekspert rəyinə münasibətdə məhkəmənin mülkiyyətçinin hüquqlarına məhdudiyyət yaratmadığını qeyd etdiyini bildirir. Lakin ekspert rəyində altıncı suala cavabda müəyyən edilən halların mülkiyyətçinin hüquqlarına məhdudiyyət yaratması müəyyən edilmişdir. Bu halda məhkəmə qətnaməsinin çıxarılması üçün kifayət edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil4 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi digər bir mülki iş üzrə keçirilən ekspert rəyinə istinad edir. Ekspert rəyi iş üzrə digər sübutlardan üstün qüvvəyə malik deyildir. Ekspert rəyi iş üzrə digər sübutlarla birlikdə yoxlanıldıqdan sonra mötəbər sübut kimi qiymətləndirilə bilər. Mübahisə tikilinin nəmlənməsi, havalandırma və işıqlandırma ilə bağlıdır. Mübahisəli tikili İddiaçı məxsus fərdi yaşayış evinin bir tərəfini tutur. Tikili evin iki, üç və ya dörd bir tərəfini tutsa idi, bu halda evə düşən işığın və ya havalandırmanın qabağını tutardı. Ekspert rəyində tikililər arasında məsafənin 3 metrdən çox olduğu qeyd edilir. Bu məlum olan haldır, bu halda evin havalandırmasında problem ola bilməz. Həmçinin bu halda nəmləndirmənin baş verməsi ağlabatan deyildir. Eskpert rəyinin sonunda yaranan məhdudiyyətin hansı dərəcədə olmasının həmin sahə üzrə müvafiq mütəxəssislər cəlb edilməklə müəyyən oluna bilməsi qeyd edilmişdir. Göründüyü kimi mübahisəli tikilinin iddiaçıya məxsus evə heç bir maneəçiliyi yoxdur. Əksinə mübahisəli tikilinin iddiaçının tikilisinə hər hansı bir maneəçiliyinin olduğunu düşünsələr belə, bu halda maneçiliyin tikili sökülmədən necə aradan qaldırılması müəyyənləşdirilməlidir. Bu isə müəyyənləşdirilməmişdir. İddiaçı tərəfindən də maneəçiliyin necə aradan qaldırılması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçının tikilinin sökülməsi barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bu hüquq inzibati dövlət orqanlarına məxsusdur. Verilmiş suallara cavabında qeyd edir ki, müvafiq eksert rəyi mövcuddur. Həmin rəydə ara məsafəsi qeyd olunmuşdur. Mübahisəli tikilinin iddiaçıya hər hansı bir maneəçiliyi yoxdur. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Tikinti işləri qanunidir. Belə ki, Cavabdeh1 öz mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmışdır. Digər tərəfdən hansısa qanunsuzluq varsa da, bu inzibati orqanla cavabdeh arasında olan münasibətdir. Hazırki mübahisəli məsələ Şəhərsalma və Tikinti Məcəlləsi ilə təzminlənir. Bu məcəllə də ümumi hüquqa aid qanunvericilik normasıdır, xüsusi hüquqa aid qanunvericilik norması deyildir. Bu səbəbdən də inzibati orqan cavabdehə qarşı iddia qaldıra bilər. Cavabdeh özünə məxsus mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmışdır. Həmin mülkiyyət sənədi də tərəflərindən məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarıdır. Bu təyinatlı torpaq sahələrində qeyriyaşayış binasının tikilməsi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Yəni, qanunvericilik belə təyinatlı torpaq sahələrində qeyri-yaşayış binalarının tikintisinə məhdudiyyət qoymamış və daşınmaz əmlakın dövlət reyestrindən həmin təyinatlı torpaq sahələrində tikilmiş qeyri-yaşayış binalarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilir. İddiaçının əsaslandığı qeyd olunan ekspert rəyinə etiraz edirlər. Belə ki, ekspert rəyində qeyd edir ki, tikililər arasında 3 metrdən çox ara məsafəsi vardır. Nəmlik bu səbəbdəndir. Əgər qeyd olunan qədər tikililər arasında məsafə varsa, nəmişlik olması heç cür ağlabatan və məntinqli deyildir. Digər tərəfdən cavabdeh tərəfindən fərdi yaşayış evinin yanında 10 mərtəbəli yaşayış binası tikilməmişdir ki, bunun iddiaçıya maneçiliyi olsun. Cəmi 8 metr hündürlüyündə tikilidir. İşıqlandırma və havalandırma ilə bağlı qeyd edilməlidir ki, iddiaçıya məxsus tikilinin üç tərəfi açıqdır və həmin tərəfdə qonşular mövcuddur. Mübahisəli tikili iddiaçıya məxsus evin bir tərəfində yerləşir. Ara məsafədə 3 metrdən çoxdur. Bu səbəbdən də evə işıqlandırmanın düşməməsi və havalandırmanın olmaması qeyri mümkündür. Ona görə də məhkəmənin bu məsələyə fərdi qaydada qiymət verməsi zəruridir. Həmçinin ekspert rəyinin sonunda ekspert özünün verdiyi rəydən əmin olmadığına görə və özünü sığortalamaq üçün yaranan məhdudiyyətin hansı dərəcədə olmasını həmin sahə üzrə müvafiq mütəxəssislər cəlb edilməklə müəyyən oluna bilməsini göstərmişdir. Qarşı tərəfində istinad etdiyi eyni predmet barəsində olan digər bir məhkəmə qətnaməsi və həmin mülki iş üzrə ekspert rəyi mövcuddur. Məhkəmə subyektiv hüququn olmamasına görə iddia tələblərini təmin etməmişdir. Həmin mülki iş üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə iddiaçının da əsaslandığı ekspert rəyinə münasibətdə ekspert rəyində müəyyən edilən halların, yəni fərdi yaşayış evinin təbii işıqlandırmasına və havalanmasına məhdudiyyət yaranmasını mülkiyyətçinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməsini əsaslı hesab etməmişdir. Qısaca olaraq məhkəmə müəyyən edilən halların iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmaması kimi qeyd edir. Göründüyü kimi iddiaçının istinad etdiyi ekspert rəyinə məhkəmə tərəfindən qiymət verilmiş və həmin qətnamə də məhkəmə tərəfindən qüvvəsində saxlanılmışdır. Bu hal hazırki işə baxan məhkəmə üçün məcburi hal daşıyır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 158 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi, S.Vurğun küçəsi, 4 C saylı evin texniki pasportu tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.1732 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ünvanında yerləşən 0.05 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2-2022-3371 saylı məktubun surətindən görünür ki, Komitə tərəfindən aparılan Tikintilərin Dövlət reyestrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin arxa hissəsində yerləşən tikinti obyekti ilə bağlı məlumat yoxdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2-2022-5140 saylı məktubun surətindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində inşa edilən tikinti obyekti ilə bağlı Tikililərin Dövlət reyestrində hər hansı məlumat yoxdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X10 Agentliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2-2022- 5379 saylı məktubun surətindən görünür ki, vətəndaşın eyniməzmunlu müraciəti ilə əlaqədar baxılıb tədbir görülməsi məqsədilə Komitə tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə 31.06 2022-ci il tarixli MİHO/2.1-2-2022-3371 nömrəli məktub ünvanlanmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli Ə-184/4-071/4 nömrəli cavab məktubunda özbaşına tikinti işlərinin aparılması cəhdinin qarşısının alındığı bildirilir. Lakin vətəndaş tərəfindən ünvanlanmış müraciətdə qeyd olunan ünvanda hazırda tikinti işlərinin aparılmaqda olduğu bildirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4-cü hissəsinə uyğun olaraq yerli səviyyədə dövlət şəhərsalma nəzarəti qaydasında araşdırma aparılaraq tikintinin icazə alınmadan, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti olduqda Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikildiyi müəyyən edildikdə, aşkar olunmuş pozuntular barədə Qaydaların 4.3-cü bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən bir iş günü ərzində Azerbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin məlumatlandırılması təmin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə Fövqəladə Hallar Nazirliyi tərəfindən hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 95.1.2-ci maddəsinə əsasən Məcəllənin 92.4.1-ci maddəsində göstərilən halda tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydalarının 5-ci hissəsinə əsasən bu Qaydaların 2.1.3cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Qeyd olunanların nəzərə alınaraq, səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi, nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 37/Ə-03436 saylı məktubun surətindən görünür ki, mütəxəssislər tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Soliton” mağazasının qarşısında tikinti-quraşdırma işlərinin aparıldığı aşkar edilmiş və müvafiq məlumatların əldə edilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 04 may 2022-ci il tarixli xx/xx- 03005 nömrəli məktubla müraciət edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin Agentliyə ünvanladığı 27 may 2022-ci il tarixli 1/1230 nömrəli və 17 iyun 2022-ci il tarixli 1/1370 nömrəli cavab məktublarında rayon icra hakimiyyəti tərəfindən tikinti sahibinə xəbərdarlıq edildiyi və ünvanın nəzarətə götürülməsi bildirilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən tikinti işlərini aparan şəxslər barəsində heç bir məlumat verilmədiyindən, Agentliyin səlahiyyətləri daxilində hər hansı tədbirin görülməsi mümkün olmamışdır. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan tikinti işlərinin dayandırıldığı və nəzarətə götürüldüyü bildirilsə də, sözügedən obyektdə hazırda tikinti işlərinin başa çatdırıldığı və binanın daxilində tamamlama işlərinin aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2-2022-8511 saylı məktubun surətindən görünür ki, vətəndaşın eyniməzmunlu müraciəti ilə əlaqədar baxılıb tədbir görülməsi məqsədilə Komitə tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-3371 nömrəli, xx.xx.2022ci il tarixli MİHO/2.1-2-2022-5379 nömrəli və xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-6757 nömrəli məktublar ünvanlanmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli Ə-184/4-071/4 nömrəli cavab məktubunda qeyd olunan tikinti obyekti barəsində rayon icra hakimiyyəti tərəfindən hər hansı sənədləşmə işinin aparılmadığı və özbaşına tikinti işlərinin aparılması cəhdinin qarşısının alındığı bildirilsə də, xx.xx.2022-ci il tarixli Ə- 184/10-071/10 nömrəli və xx.xx.2022-ci il tarixli Ə-184/14-071/14 nömrəli cavab məktublarında sözügedən tikinti obyektinə dair sənədlərin məlumatlandırma icraatı çərçivəsində tamlığının təmin olunduğu və tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun təsdiq olunduğu bildirilmişdir. Bundan əlavə Tikintidə X2 Agentliyinin xx.xx.2022-ci il tarixli 37/0-07958 nömrəli və xx.xx.2022-ci il tarixli xx/xx-08086 nömrəli cavab məktublarında qeyd olunan obyektə dair rayon icra hakimiyyət tərəfindən Agentliyə hər hansı məlumatın daxil olmadığı və tikinti işləri başa çatdığından hansı tədbirin görülməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-cı maddəsinə əsasən məlumatlandırma icraatı həyata keçirildikdən sonra müvafiq məlumatların Tikintilərin Dövlət reyestrinə daxil edilməsi məqsədi ilə rayon (şəhər) icra hakimiyyəti tərəfindən 3 iş günü ərzində Komitəyə təqdim edilməlidir. Lakin sözügedən ünvanda tikintisi aparılan obyektə hər hansı məlumat təqdim edilməmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Komitə əməkdaşları tərəfindən yerində araşdırma aparılan zaman artıq tikintisinə icazə tələb olunan 3 mərtəbəli qeyri-yaşayış binasının tikintisinin başa çatması və daxilində təmir-quraşdırma işlərinin aparıldığı müəyyən edilmişdir. Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaların, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələbləri pozulduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan Məcəllənin 80.4-cü maddəsi ilə müəyyən olunmuş müddətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) həmin müddətin bitdiyi vaxtdan 3 (üç) iş günü müddətində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında Agentliyə məlumat verməlidir. Həmin Fərmanın 2.4-cü bəndinə əsasən tikintiyə dövlət nəzarəti tikinti-quraşdırma işlərinə başlanılması barədə Agentliyə məlumat verildiyi tarixdən tikinti-quraşdırma işləri tam başa çatdığı tarixə qədər olan müddətdə Agentlik tərəfindən bu qaydalara uyğun olaraq həyata keçirilir. Bu Məcəllənin 95-ci maddəsinə əsasən Məcəllənin 92-ci maddəsində göstərilən halda tikinti işlərinin dayandırılması barədə qəbul edilən qərarda göstərilən pozuntular aradan qaldırılmadıqda Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti obyektinin sökülməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 5-ci hissəsinə əsasən bu Qaydaların 2.1.3-cü, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə bu Qaydaların 3-cü və 4-cü hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda, Agentlik tikinti obyektinin və ya onun hissəsinin sökülməsi barədə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 5.1.4-cü yarımbəndinə əsasən şəhərsalma fəaliyyəti ilə bağlı yol verilmiş pozuntuların aradan qaldırılması üçün bildirilmiş iradları vaxtında və ya lazımınca təmin etməyən dövlət orqanları barədə onların yuxarı orqanları və aidiyyəti üzrə digər orqanlar Komitə tərəfindən məlumatlandırılır. Qeyd olunanların nəzərə alınaraq, səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsi və qısa müddət ərzində nəticəsi barədə məlumatın verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-35/2-2930/2024 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən tikinti obyektinə dair məlumatlar Tikililərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 3-18-2/2-5709/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə Bakı şəhərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, digər inzibati ərazilərdə yerli icra hakimiyyətləri tərəfindən verilir. Tikinti layihələri tikintiyə icazə çərçivəsində yalnız icazəverici orqan tərəfindən təqdim edilən təqdirdə ekspertizadan keçirilir. Göstərilən tikilinin layihə sənədləri ekspertizaya təqdim olunmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4120/2022 saylı qətnamənin surətindən görünür ki, iddiaçı X6 cavabdehlər X7, X1, X4 və X5 qarşı qanunsuz inşa edilən tikilinin sökülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-538/2023 saylı qətnaməsinin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 01 may 2023-cü il tarixli, 10/2001 nömrəli ekspert rəyinin surətindən görünür ki, iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(012)-4120/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 01 may 2023-cü il tarixli, 10/2001 nömrəli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə mindiyi tarixdən (1 yanvar 2013-cü il) öncə inşa olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu bəndinin tələblərinin ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə şamil olunmadığı müəyyən edilmişdir. ünvan 7 ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. ünvan 5 ünvanında yerləşən tikili ilə qonşuluqda yerləşən, ünvan 6 ünvanda inşa edilmiş tikili arasında məsafəsinin 3,37 metr olduğu müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, qanunvericilikdə tikililər arasındakı məsafə deyil, tikililər ilə həmin tikililərin inşa olunduğu torpaq sahəsinin sərhədinə qədər olan məsafənin tənzimlənməsi nəzərdə tutulmuşdur ki, bununla da ünvan 7 ünvanda inşa edilmiş qeyri-yaşayış sahəsinin xarici divarlarından ərazinin sərhədinə qədər ara məsafəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsin 69.5.3-cü bəndinin tələbinə uyğun olmadığı müəyyən edilmişdir. ünvan 5 ünvanda inşa edilmiş qeyri-yaşayış evinin ünvan 7 ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisi istiqamətində hasar tikilisinin və fərdi yaşayış evin divarının üzərində nəmlənmə və çatlama izlərinin olduğu müəyyən olunmuşdur. Nəmlənmə izlərinin yaranması qeyri-yaşayış tikilisinin inşa olunması nəticəsində həmin hissəyə günəş şüalarının və havanın daxil olmasına məhdudiyyətlər yaranması səbəbindən baş verməyə xarakterikdir. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin ünvan 6 ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisi istiqamətində 3 pəncərənin və 2 nəfəsliyin olduğu müəyyən edilmişdir. ünvan 6 ünvanda inşa edilmiş qeyri-yaşayış tikilisinin hündürlüyünün (8,7 metr), ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin hündürlüyündən (7,1 metr) çox olduğunu və qeyri yaşayış sahəsinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndinin tələbinin pozulduğunu nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunan qeyri-yaşayış tikilisinin, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin təbii işıqlanmasına və havalanmasına məhdudiyyət yaratdığı müəyyən olunmuşdur. Lakin yaranan məhdudiyyətin hansı dərəcədə olması həmin sahə üzrə müvafiq mütəxəssislər cəlb edilməklə müəyyən oluna bilər. Mülki iş üzrə ekspert rəyinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının müvafiq subyektiv hüquqa malik olduğunu ehtimal etsələr belə işin hərtərəfli, obyektiv və tam araşdırılmasının təmin edilməsi məqsədə ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizanın yuxarıda şərh olunmuş rəyi ilə cavabdeh tərəfindən mübahisəli tikintinin aparılması nəticəsində qonşu sahənin mülkiyyətçisinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması müəyyən edilməmişdir. Fərdi yaşayış evinin təbii işıqlanmasına və havalanmasına məhdudiyyət yaranması, nəm izlərinin və çatların olması mülkiyyətçisinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməsi isə əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3978/2023 saylı qərarının surətindən görünür ki, iddiaçı X9 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-538/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasına əsasən **********78 reyestr nömrəli çıxarışla Cavabdeh2 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə **********17 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri sxemdə göstərilmişdir. Sənəd üzrə torpaq sahələri qonşuluqda yerləşmir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 14 oktyabr 2024-cü il tarixli, 10/3058 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-32/2-7433/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, elektron məlumat bazasına əsasən **********78 reyestr nömrəli çıxarışla Cavabdeh2 sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə **********17 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri sxemdə göstərilmişdir. Sənəd üzrə torpaq sahələri qonşuluqda yerləşmir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakı hüquq normalarını qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Bu baxımdan məhkəmə Mülki Məcəllənin aşağıda şərh olunan normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz; 172.3-ci maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. İşin hallarından göründüyü kimi mübahisəli tikili ilə iddiaçının yaşadığını iddia etdiyi fərdi yaşayış evi qonşu sahələrdir, qonşu əmlakın mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət əsasında hərəkət etməli, qonşuluq hüququnu həyata keçirilməsini təmin etməlidirlər. Bundan əlavə hüquqlarının əhəmiyyətli dərəcədə pozulduğu halda əmlak mülkiyyətçisinin bu pozuntunun aradan qaldırılmasını tələb etmək hüququ istisna deyildir. Göründüyü kimi qanunverici əmlak mülkiyyətçisinin pozulmuş hüquqlarının aradan qaldırılması tələb etmək hüququnu tanımışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0315 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0315 ha torpaq sahəsinin ona məxsus olduğunu, həmin fərdi yaşayış evi və torpaq sahəsinin qonşuluğunda Abşeron rayonu, Masazır kəndi ünvanında 0.05 ha torpaq sahəsində Cavabdeh1 tərəfindən özbaşına tikinti işləri aparıldığını, tikinti işləri aparılarkən şəhərsalma və tikinti qanunvericiliyində müəyyən edilmiş ara məsafənin gözlənilmədiyini, nəticədə evin işıqlandırılmasına və havalandırılmasına birbaşa müdaxilə edildiyi, evdə nəm izlərinin və çatların yaranmasına səbəb olduğunu bildirərək, qanunsuz tikinti işləri və bununla bağlı digər qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi, apardığı qanunsuz və özbaşına tikilinin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, iddiaçı cavabdeh tərəfindən inşa edilmiş tikilinin evin işıqlandırılmasına və havalandırılmasına birbaşa müdaxilə etməsinin, evdə nəm izlərinin və çatların yaranmasının onun hüquqlarını əhəmiyyətli dərəcədə pozması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş materiallarından və proses iştirakçılarının izahatlarından görünür ki, qeyd olunan mübahisə predmeti barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)-538/2023 saylı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 01 may 2023-cü il tarixli, 10/2001 nömrəli ekspert rəyi verilmiş, məhkəmə kollegiyası həmin rəyə münasibətdə cavabdeh tərəfindən mübahisəli tikintinin aparılması nəticəsində qonşu sahənin mülkiyyətçisinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasının müəyyən edilmədiyini, fərdi yaşayış evinin təbii işıqlanmasına və havalanmasına məhdudiyyət yaranması, nəm izlərinin və çatların olmasının mülkiyyətçisinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməsinin isə əsaslı sayıla bilməyəcəyi qənaətinə gəlmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3978/2023 saylı qərarı ilə iddiaçı X9 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-538/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi tikilinin iddiaçının hüquqlarını əhəmiyyətli dərəcə pozması müəyyən edilməliyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Belə olan halda hazırki iş üzrə iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində ekspertiza xərci də iddiaçıdan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda gösrərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) qeyri-qanuni hərəkətlərin qarşısının alınması və qanunsuz inşa olunmuş tikintinin cavabdehin öz hesabına sökülməsi tələbinə dair iddiası təmin ediməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin tədqiqatının dəyəri olan 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-101/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-101/2025
24.01.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver