Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1056/2024 15.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras paylarının müəyyən olunmasıı tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan məcburi pay tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X2 miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi (miras əmlakı) üzərində iddiaçılar İddiaçı2 və İddiaçı3, miras paylarımüəyyən edilməsi, X2 miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49,9 kv.m. ümumisahədən ibarət olan qeyri-yaşayış sahəsi (miras əmlakı) üzərində iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı1 və İddiaçı3 miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X6 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Aşağıda göstərilən əmlakları o, miras qoyub: 1) Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçisahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi. 2) Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumisahədən ibarət qeyri-yaşayış sahəsi. 3) Abşeron rayonu Xırdalan şəhəri, 28-ciməhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49,9 kv.m. ümumisahədən ibarət olan qeyri-yaşayış sahəsi. Abşeron rayon Məhkəməsinin 2(012)-4377/2021 saylı, xx.xx.2021-ci il qətnaməsindən görünür ki, X7 cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 (müstəqil tələb irəlisürməyən üçüncü şəxs: Abşeron 2 saylı Notariat Ofisi, Cavabdeh1) qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair ilk iddia qismən təmin edilmiş, X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində Cavabdeh2 payı 1/3 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində Cavabdeh2 payı 1/5 hissədə müəyyən edilmiş, İddiaçı4, İddiaçı3 X8 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmiş. İlk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 cavabdehlər İddiaçı4 və X8 qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-939/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 2(012)-4377/2021 saylı, xx.xx.2021-ci il qətnaməsi qismən ləğv edilmiş və ilk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair ilk iddia qismən təmin edilmiş, İlk iddia üzrə müstəqil tələb irəlisürməyən üçüncü şəxs Cavabdeh1 cavabdehlər İddiaçı4, İddiaçı3 və X8 qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddia qismən təmin edilmiş, X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ciməhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində Cavabdeh2 payının 1/6 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində Cavabdeh2 payının 1/10 hissədə müəyyən edilmiş, İddiaçı4, İddiaçı3 X8 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməmiş, X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində Cavabdeh1 payı 1/2 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ciməhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində Cavabdeh1 payı 1/2 hissədə müəyyən edilmiş, Qalan hissədə iddia təmin edilməmişdir”. Azərbaycan Respublikası Ali MəhkəməsiMülki kollegiyasının xx.xx.2022-ci il, 2(102)-5157/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-939/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldı. Göründüyü kimi X4 miras qoyduğu aşağıdakı əmlaklarda paylar aşağıdakı kimi müəyyən edilmiş, bəzi paylar açıq qalmışdır. İddiaçılar həmin açıq qalan paylara iddia edirlər. Belə ki, 1) Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi nikah dövründə əldə edilmiş əmlak olduğu üçün yarısı, yəni 1/2 (yəni 3/6) payı Cavabdeh1 mülkiyyətinə verilmiş, qalan yarısı olan 3 pay (3/6) miras əmlakı hesab edilmiş və həmin 3 paydan 1 pay, yəni 1/6 pay qanun üzrə vərəsə Cavabdeh2 mülkiyyətinə verilmiş, qalan 2 pay, yəni 2/6 pay açıq qalmışdır. Qeyd edilən məhkəmə aktlarından görünür ki, həmin daşınmaz əmlakdakı miras payından Cavabdeh1, İddiaçı4 və İddiaçı1 imtina edib, iddiaçılar İddiaçı2 və İddiaçı3 isə həmin miras paylarını qəbul edib, belə ki, faktiki olaraq miras qoyanın miras qoyduğu əmlakda yaşayırlar, bundan başqa Abşeron rayon 2 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək açıq qalan 2 paya dair onlara vərəsəlik şəahdətnaməsi veriməsini xahiş etdi, lakin Notariat bunadan imtina etdi və onlara məhkəmə müraciət etmələri tövsiyə olundu. Bu səbəblə iddiaçılar İddiaçı2 və İddiaçı3 bu iddia ərizəsi ilə Məhkəmədən xahiş edirlər ki, miras qoyan mərhum ataları X4 miras qoyduğu Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində onların miras payı müəyyən edilsin. 2) Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyriyaşayış sahəsi və Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49,9 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi nikah dövründə əldə edilmiş əmlak olduğu üçün hər birinin yarısı, yəni 1/2 (yəni 5/10) payı Cavabdeh1 mülkiyyətinə verilmiş, qalan yarısı olan 5 pay (5/10) miras əmlakı hesab edilmiş və həmin 5 paydan 1 pay, yəni 1/10 pay qanun üzrə vərəsə Cavabdeh2 mülkiyyətinə verilmiş, qalan 4 pay, yəni 4/10 pay açıq qalmışdır. Qeyd edilən məhkəmə aktlarından görünür ki, həmin daşınmaz əmlakdakı miras payından Cavabdeh1, iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı1 və İddiaçı3 isə həmin miras paylarını qəbul edib, belə ki, faktiki olaraq miras qoyanın miras qoyduğu əmlakda yaşayırlar, bundan başqa Abşeron rayon 2 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək açıq qalan 2 paya dair onlara vərəsəlik şəahdətnaməsi veriməsini xahiş etdi, lakin Notariat bunadn imtina etdi və onlara məhkəmə müraciət etmələri tövsiyə olundu. Bu səbəblə iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı1 və İddiaçı3 bu iddia ərizəsi ilə Məhkəmədən xahiş edirlər ki, miras qoyan mərhum ataları X4 miras qoyduğu Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49,9 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi üzərində onların miras paylarımüəyyən edilsin. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçıların vəkili-nümayəndəsi Nümayəndə oğlu iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - AZ-İİ 433639, XVİ-ЖГ № 311314 saylı, V-ЖГ № 414523 saylı, Vİİ-ЖГ № 474998 saylı və İX-ЖГ № 357498 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, X6 ilə Cavabdeh1 nikahlarından xx.xx.1974-cü il təvəllüdlü X5, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı1 oğlu, xx.xx.1981-ci il təvəllüdlü X9 və xx.xx.1983-cü il təvəllüdlü İddiaçı2 adlı uşaqları anadan olmuşdur. - AZ-İİ 234125 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadəsində olan 0.01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m yaşayış, 57.3 kv.m köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Ş.İ.Xalıqovun adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə ********* qeydiyyat nömrəsi, **********83-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə istifadəsində olan 0.17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3- cü girişinin 1-ci mərtəbəsində 275.9 kv.m ümumi, 275.9 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Ş.İ.Xalıqovun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəsi, **********63-05101-083004 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 1-də yerləşən ümumi sahəsi 49.9 kv.m olan qeyri-yaşayış sahəsi Ş.İ.Xalıqovun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi, **********63-05101-083003 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. - Abşeron rayon 2 saylı Notariat Ofisi tərəfindən X10 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, 14 dekabr 2020-ci il tarixdə vəfat etmiş mərhum atası Ş.İ.Xalıqovdan miras qalmış əmlaklara dair vərəsəlik işinin açılması üçün verdikləri ərizəyə cavab olaraq bildirilmişdir ki, mərhum atasının ondan başqa digər vərəsələri olduğu üçün və həmin vərəsələr arasında mübahisə olduğundan onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin açılması imkan xaricindədir. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinə müraciət etməyi tövsiyə olunmuşdur. - Abşeron 2 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 203 saylı məktubunun surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı mirasda payların müəyyən edilməsi barədə ilk iddia tələbinə, İddiaçı4 və İddiaçı3 Cavabdeh2 qarşı qarşılıqlı iddia tələbinə, Cavabdeh1 İddiaçı4, İddiaçı3 və Cavabdeh2 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə xx.xx.2022-ci il tarixli 2(105)-5157/2022 saylı qərarına əsasən paylar açıq saxlanıldığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi imkanı xaricindədir, bu səbəblə açıq saxlanılan payların müəyyən edilməsini xahiş etmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4377/2021 saylı qətnaməsindən görünür ki, X7 cavabdehlər İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Abşeron 2 saylı Notariat Ofisi, Cavabdeh1) qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair ilk iddia qismən təmin edilməsi; X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində Cavabdeh2 payı 1/3 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində Cavabdeh2 payı 1/5 hissədə müəyyən edilməsi; İddiaçı4, İddiaçı3 X8 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməsi; ilk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 cavabdehlər İddiaçı4 və X8 qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi barədə qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-939/2022 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(012)-4377/2021 saylı qətnaməsi qismən ləğv edilməsi, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı4, İddiaçı1, İddiaçı2, İddiaçı3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı Notariat Ofisi və Cavabdeh1 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair ilk iddia qismən təmin edilməsi, ilk iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 cavabdehlər İddiaçı4, İddiaçı3 və X8 qarşı birgə mülkiyyətdə olan əmlaklardakı payların müəyyən edilməsi və mülkiyyətə verilməsi barədə qarşılıqlı iddia tələbinə dair iddia qismən təmin edilməsi, X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində Cavabdeh2 payının 1/6 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində Cavabdeh2 payının 1/10 hissədə müəyyən edilməsi, İddiaçı4, İddiaçı3 X8 qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsi, X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evində Cavabdeh1 payı 1/2 hissədə, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə 1 ünvanında yerləşən 49.9 kv.m. (birinci mərtəbə) ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin isə hər birində Cavabdeh1 payı 1/2 hissədə müəyyən edilməsi, qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir. İşdə olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 939/2022 nömrəli, 16 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflərin atası – X6 vəfat etdikdən sonra ondan miras qalmış bir sıra əmlak üzrə vərəsəlik işi açılsa da, tərəflər arasında narazılıq olması səbəbindən notarius payları müəyyən edə bilməmişdir. Tərəflər arasında olan məhkəmə işlərində Cavabdeh1 və Cavabdeh2 payları müəyyən edilmiş, digər paylar açıq qalmışdır. Hazırda iddiaçılar İddiaçı2 və İddiaçı3 açıq qalan X4 ölümündən sonra qəbul edilməmiş qalan miras əmlak ********* saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədə istifadədə olan 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı, 115,2 kv.m. yaşayış, 57,3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evinin 2/6 hissəsində, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədəki istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən bir mərtəbəli binanın 3-cü girişin birinci mərtəbəsindəki 275,9 kv.m ümumi və 275,9 kv.m əsas sahəsindən ibarət olan qeyri-yaşayış sahəsindən, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49,9 kv.m. ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi üzrə paylarının müəyyən edilməsini tələb edirlər. Məhkəmə mübahisə ilə bağlı aşağıdakı hüquq normalarını qeyd edir. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən anun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, X2 miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi (miras əmlakı) üzərində iddiaçılar İddiaçı2 və İddiaçı3 hər birinin 1/6 miras payı hissədə müəyyən edilməli, həmçinin X2 miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49,9 kv.m. ümumisahədən ibarət olan qeyri-yaşayış sahəsi (miras əmlakı) üzərində iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı1 və İddiaçı3 1/10 hissədə miras payları müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X3 miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, 0,01152 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 115.2 kv.m. yaşayış, 57.3 kv.m. köməkçi sahədən ibarət 6/3 nömrəli fərdi yaşayış evi (miras əmlakı) üzərində iddiaçılar İddiaçı2 və İddiaçı3 hər birinin 1/6 miras payı hissədə müəyyən edilsin. X3 miras qalan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə, istifadədə olan 0,17 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın 3-cü giriş birinci mərtəbəsində 275,9 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi və Abşeron rayonu Xırdalan şəhəri, 28ci məhəllə, 1 ünvanında yerləşən 1 mərtəbə, 49,9 kv.m. ümumi sahədən ibarət olan qeyriyaşayış sahəsi (miras əmlakı) üzərində iddiaçılar İddiaçı2, İddiaçı4 və İddiaçı1 və İddiaçı3 1/10 hissədə miras payları müəyyən edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1056/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1056/2024
15.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver