Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1069/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və onun azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 Saray qəsəbəsi, Yeni Məhəllə küçəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri, həmin evdən istifadəyə olan bütün maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10500 manat pul məbləğinin və vurulmuş maddi zərərə görə 1724,1 manat, 126,67 manat ödənilmiş dövlət rüsumunun və 150 manat vəkil xidmətlərinə görə xərclərin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddianın əsasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10500 manat və 126,67 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı təxminən 3 il əvvəl ev alqı-satqısı ilə məşğul olan Cavabdeh ilə tanış olmuş, cavabdehdən özü üçün də ev tapmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ya ev tapacağını, ya da tikib evi tikib ona satacağını bildirmişdir, iddiaçı isə onun üçün fərqi olmadığından razılaşmışdır. Cavabdeh İddiaçı əvvəlcədən 20000 manat pul istəmiş, bu məqsədlə xx.xx.2021-ci il tarixində notariat kontoruna gedərək aralarında notarial qaydada təsdiq olunmuş borc müqaviləsi bağlamışdırlar. Cavabdeh bu pula ev tikib iddiaçıya verəcəyini bildirmiş, bir müddət sonra isə iddiaçıya Saray qəsəbəsində Yeni Məhəllə adlı yaşayış sahəsində yerləşən evi göstərib, həmin evi iddiaçıya təhvil vermiş və İddiaçı ailəsi ilə birgə həmin evə köçüb orada yaşamağa başlamışdır. Lakin evin cari təmir vəziyyəti və yeri iddiaçını qane etməmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən başqa ev təklif etməsinin mümkün olub-olmadığı soruşmuş, cavabdeh isə cəmi 3 aya iddiaçıya yeni ev verəcəyini vəd etmiş, iddiaçı isə cavabdehi bu təklifi ilə razılaşmamışdır. Sonra isə gətirib iddiaçıya 17500 manat məbləğində pulu geri qaytarıb evdən çıxmalarını tələb etmiş, iddiaçı buna razı olmadıqda isə onu və ailəsini zorla, kobud qüvvə tətbiq etməklə yaşadıqları evdən çıxarmışdır. Cavabdeh onun dələduzluğu barəsində şikayət ediləcəyini eşidəndə iddiaçıdan 8000 manat pulu alıb qısa müddətə ona vurduğu zərəri ödəyəcəyini və ya iddiaçını təkrar evlə təmin edəcəyini vəd etmişdir. İddiaçı və ailəsi evdən çıxarılan zaman onların bütün əşyaları həmin evdə qalmışdır, bugünə kimi onlar nə evə qayıda bilmiş, nə də vurulan zərər onlara ödənilməmişdir. Cavabdeh hər dəfə guya ayrı ev tikib verəcəyi kimi yalan sözlərlə iddiaçını aldadır. Cavabdehin qanunsuz hərəkətləri barəsində iddiaçı tərəfindən Abşeron Rayon Polis İdarəsinə də şikayət edilmişdir. Hazırda Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçı və onun ailəsi yaşadıqları evdən qanunsuz olaraq çıxarılmış və beləliklə yaşayış sahəsindən məhrum olunmuşdurlar. Halbuki qeyd olunan evdə olan kommunal xidmətlər də iddiaçının adına rəsmiləşdirilmiş və evin içindəki bütün əşyalar da iddiaçıya məxsusdur. Bir daha qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında hazırki mübahisəni doğuran münasibətlər çərçivəsində xx.xx.2021-ci il tarixində 20000 manat məbləğində notarial qaydada təsdiq olunmuş borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Akif oğlu Cavabdeh 2022-ci ilin yanvar ayına kimi qaytarmaq şərtilə 20000 manat pul vermiş, lakin cavabdeh tərəfindən həmin məbləğin 10500 manat hissəsi hələ də qaytarılmamışdır. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 20 sentyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə görə İddiaçı Cavabdeh 20000 manat məbləğində pul borc vermiş və Cavabdeh borcunu xx.xx.2022-ci il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh izahatında göstərmişdir ki, o, fərdi qaydada Saray qəsəbəsində ev alqı-satqısı ilə məşğul olur. Teymur 2021-ci il tarixdə ona müraciət edərək Saray qəsəbəsində ev tikməsini istəmiş və ona 20000 manat pulu notarial qaydada müqavilə ilə vermiş, aralarında borc müqaviləsi imzalanmışdır. Müqavilədən sonra o, öhdəliyini götürdüyü evi tikərək tam təmirli şəkildə Teymura təhvil vermişdir. Həmin evin çıxarışı olmasa da bələdiyyə və icra hakimiyyətinin sərəncamları olmuş, evin kommunal ödənişləri Teymurun adına sənədləşmişdir. Teymur həmin evdə 3 ay yaşadıqdan sonra evinin yerini bəyənmədiyini və evə ehtiyacı olduğunu deyərək ondan evi satmasını istəmişdir. O, həmin evi əşyalar ilə birlikdə satmış və Teymura 17500 manat pul vermişdir. Qalan 2500 manat pulu isə verəcəyinə söz vermişdir. Bir neçə gün sonra Teymur ondan yeni bir ev inşa etməsini istəmiş və ona 8000 manat pul vermiş, daha 44000 manat pul ödəcəyi vədini vermişdir. Lakin səhhətində problemlər yarandığından bir müddət tikinti işləri apara bilməmişdir. O, hal-hazırda Teymurun evinin inşasına başlanılmasını, lakin Teymurun evi istəmədiyini, bu səbəbdən ödədiyi 10500 manat pulu geri istədiyini qeyd etmişdir. O, Teymura inşasına başladığı evi vəd etdiyi sentyabr ayında tikib qurtardıqdan sonra evi satıb pulunu geri qaytaracağını desə də Teymur onunla razılaşmır. O, Teymura vermək üçun pulunun olmadığını, evin tikintisinin sentyabr ayında yekunlaşdırdıqdan sonra evi sataraq Teymurun 10500 manat pulunu geri qaytaracağını bildirmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki,İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 20 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə görə İddiaçı Cavabdeh 20000 manat məbləğində pul vermiş, tərəflər arasında həmin müqavilə əsasında öhdəlik hüquq münasibətləri yaranmış, Cavabdeh sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, 20000 manat məbləğində aldığı pulu tam qaytarmayaraq İddiaçı 10500 manat məbləğində borcu qalmışdır.Cavabdehin iddiaçıya 10500 manat borcunun olması məhkəmə iclaında iddiaçının vəkili-nümayəndəsinin verdiyi izahatı ilə bərabər,həmçinin iş materiallarında olan Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh özünün ifadəsi ilə tam təsdiq olunur.Məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh 10500 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Bundan başqa iddia tələbinin 126,67 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 120 manat və əlavə olaraq 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı 126,67 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 17603 nömrəli və xx.xx.2024-cü il tarixli, 29560 nömrəli qəbzlərdən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə ərizə verilməsi üçün cəmi 126,6 manat məbləğində dövlət rüsumunu "xxxx" ASC Baş Ofis vasitəsilə müvafiq tarixlərdə Dövlət Büdcəsinə ödəmişdir. Həmçinin iddia qiyməti 10500 manat məbləğində olduğundan iddiaçı tərəfindən iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq iddia ərizəsinin verilməsinə görə 121,5 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda qanunla nəzərdə tutulmuş məbləğdən artıq olaraq 126,6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Yuxarıda qeyd olunmuş normaları nəzərə alaraq məhkəmə 126,6 manat dövlət rüsumunun yalnız iddia tələbinin təmin olunmuş hissəsinə uyğun olaraq 121,5 manat məbləğində hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini mümkün hesab edir və məhkəmə qeyd edir ki, iddiaçı daha sonra iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun artıq ödənilmiş hissəsinin dövlət büdcəsindən ona qaytarılması ilə bağlı məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 10500 manat məbləğində pul və 121,5 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1069/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1069/2024
14.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver