Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1101/2025 06.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, habelə onların vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt Regional Cavabdeh2ndə Notariat Ofisinə qarşı şəhadətnamənin etibarsız hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt Regional Cavabdeh2ndə Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Cavabdeh2ndə Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********67 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın ləğv edilməsi, iddiaçıların oğlu X3 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0353 ha olan torpaq sahəsindən iddiaçıların paylarının müəyyən edilməsi və payın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 və İddiaçı1 14 sentyabr 1984-cü il tarixdə birgə nikaha daxil olmuş, birgə nikahdan 12 avqust 1986-cı il təvəllüdlü X9 və 23 yanvar 1988-ci il təvəllüdlü X10 anadan olmuşdur. Abşeron rayonu, Ceyranbatan Bələdiyyəsinin 25 iyul 2011-ci il tarixli, 09 saylı iclasının protokolundan çıxarışa əsasən bələdiyyə ərazisində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli reyestr nömrəsi, **********68 qeydiyyat nömrəli, ********** nömrə ilə bələdiyyənin mülkiyyətinə verilmiş 353 kv.metr torpaq sahəsi X4 faktiki istifadəsində olduğu üçün və onun ərizəsi nəzərə alınaraq fərdi yaşayış evi tikintisi məqsədilə onun özünə satılması qərara alınmışdır. Sumqayıt Cavabdeh2ndə notariat kotorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0,0353 ha torpaq sahəsi Abşeron rayonu Ceyranbatan Bələdiyyəsi tərəfindən X7 530 manata satılmışdır. X1 Ülviyyə Sucəddin qızı ilə 10 mart 2015-ci il tarixdə rəsmi nikaha girmiş, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X11 adlı uşaq dünyaya gəlmişdir. Sumqayıt Cavabdeh2ndə notariat kotorunun xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X9 tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 162,3 kv.m olan fərdi yaşayış evi İddiaçı1 bağışlanılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 162,3 kv.metr olan fərdi yaşayış evi İddiaçı1, 0,0353 ha torpaq sahəsi isə X4 adına xx.xx.2019-cu il tarixdə (qeydiyyat nömrəsi: **********) qeydiyyatdan keçmişdir. Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli, AZ-İİ 204638 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Beləliklə qeyd olunanlardan göründüyü kimi, X9 vəfat etdikdən sonra ondan miras qalmış əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0353 ha olan torpaq sahəsindən ibarət olmuşdur. Cavabdeh1nin müraciəti əsasında Sumqayıt Cavabdeh2ndə Notariat ofisnidə vərəsəlik işi açılmış, Sumqayıt Cavabdeh2ndə Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 və X6 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0353 ha olan torpaq sahəsinin 2/3 hissəsinə miras payı tanınmış, əmlakın 1/3 hissəsi açıq saxlanılmışdır. Notarius qanunvericiliklə öz öhdəsinə düşən vəzifəsini lazımınca yerinə yetirmədən, İ dərəcəli vərəsələrin dairəsini müəyyən etmədən, digər vərəsələri çağırmadan, qanun üzrə vərəsələrə çatası paylar bərabər hissədə bölmədən cavabdeh şəxsə daha çox pay verməklə onların hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli şəhadətnamədə Cavabdeh1 tərəfindən başqa vərəsənin olmaması barədə qeyd aparılmış, notariat ofisi tərəfindən basqa vərəsənin olub-olmaması araşdırılmamış və qanun üzrə digər vərəsələrin payları müəyyən edilməmişdir. xx.xx.2022ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə digər vərəsələrin iştirakı olmadan və payları müəyyən edilmədən tərtib olunduğundan etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1, habelə onların vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi. Cavabdeh 1 saylı Sumqayıt Regional Cavabdeh2ndə Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - doğum haqqında 258816 saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. Atası İddiaçı2, anası İddiaçı1dır. - Abşeron rayonu, Ceyranbatan Bələdiyyəsinin 25 iyul 2011-ci il tarixli, 09 saylı iclasının protokolundan çıxarışından görünür ki, həmin bələdiyyə ərazisində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin xx.xx.2011-ci il tarixli reyestr nömrəsi, **********68 qeydiyyat nömrəli, ********** nömrə ilə bələdiyyənin mülkiyyətinə verilmiş 353 kv.metr torpaq sahəsi X4 faktiki istifadəsində olduğu üçün və onun ərizəsi nəzərə alınaraq fərdi yaşayış evi tikintisi məqsədilə onun özünə satılması qərara alınmışdır. - Sumqayıt Cavabdeh2ndə notariat kotorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli daşınmaz əmlakın xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,0353 ha torpaq sahəsi Abşeron rayonu Ceyranbatan Bələdiyyəsi tərəfindən X7 530 manata satılmışdır - Sumqayıt Cavabdeh2ndə notariat kotorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X9 tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 162,3 kv.m olan fərdi yaşayış evi İddiaçı1 bağışlanılmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 162,3 kv.metr olan fərdi yaşayış evi İddiaçı1, 0,0353 ha torpaq sahəsi isə X4 adına xx.xx.2019-cu il tarixdə (qeydiyyat nömrəsi: **********) qeydiyyatdan keçmişdir. - AZ-İİ 023666 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Ülviyyə Sucəddin qızı ilə 10 mart 2015-ci il tarixdə rəsmi nikaha girmişdir. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. - AZ-İİİ 685728 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, onların birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X11 adlı uşaq dünyaya gəlmişdir. - AZ-İİ 204638 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2021-ci il tarixdə ölmüşdür. - Sumqayıt Cavabdeh2ndə Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 və X6 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0353 ha olan torpaq sahəsinin 2/3 hissəsinə miras payı tanınmış, miras əmlakın 1/3 hissəsi açıq saxlanılmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 162,3 kv.metr olan fərdi yaşayış evi İddiaçı1, 0,0353 ha torpaq sahəsi isə 1/3 hissədə Cavabdeh1, 1/3 hissədə X6 adına qeydə alınmış, əmlakın 1/3 hissəsinə isə miras payı açıq saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçıların övladı, Cavabdeh1 isə əri X4 adına ünvan 3 ünvanında yerləşən 0,0353 ha torpaq sahəsi qeydə alınmışdır. O, xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, Cavabdeh1nin ərizəsi əsasında Sumqayıt Cavabdeh2ndə Notariat ofisnidə vərəsəlik işi açılmış, Sumqayıt Cavabdeh2ndə Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 və X6 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0353 ha olan torpaq sahəsinin 2/3 hissəsinə onun və övladının miras payı tanınmış, miras əmlakın 1/3 hissəsi isə açıq saxlanılmışdır. Hazırda İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və 1 saylı Sumqayıt Regional Cavabdeh2ndə Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Cavabdeh2ndə Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********67 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarın ləğv edilməsi iddiaçıların oğlu X3 miras qalmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0353 ha olan torpaq sahəsindən iddiaçıların paylarının müəyyən edilməsi və payın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Mülki Məcəllənin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. 1274-cü madfdəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiçdir. Qərarda göstərilmişdir ki, mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. İş materiallarından görünür ki, mərhum X9 xx.xx.2021-ci il tarixdə ölmüş və ondan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0.0353 ha olan torpaq sahəsi miras qalmışdır. Onun qanun üzrə 4 vərəsəsi olmuş, onlardan yalnız ikisi (faktiki təkcə Cavabdeh1) mirası yuridik qəbul etmiş, lakin miras əmlakın qəbul edilməsilə bağlı digər iki vərəsə (iddiaçılar) tərəfindən vaxtında müvafiq quruma müraciət edilməmişdir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 95-ci bəndinə görə mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələr və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Həmin Təlimatın 102-ci bəndinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsinin, rayon icra hakimiyyətinin və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. “Notariat haqqında” Qanunun 51-ci maddəsinə görə mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması məqsədilə tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edibetməməsinin bilinmədiyi hala da şamil edilir. Həmin Qanunun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. İşdən görünür ki, müvafiq notariat orqanına ərizə ilə müraciət edərkən Cavabdeh1 vərəsələrin dairəsinə düzgün qeyd etməmiş, miras əmlak vərəsələr arasında düzgün bölüməmiş, bununla da digər qanun üzrə vərəsələrin, yəni iddiaçıların mirasdan pay almaq hüquqları pozulmuşdur. İş materialları ilə təsdiq olunur ki, mərhum X4 qanun üzrə 4 vərəsəsi olmuş, lakin məlum şəhadətnamə ilə ondan miras qalmış daşınmaz əmlak 3 yerə bölünmüşdür. Buna görə də məhkəmə hesab edir ki, Sumqayıt Cavabdeh2ndə Notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********67 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarış yuxarıda qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən verildiyindən və həmin sənəd etibarsız hesab edldiyindən ləğv edilməlidir. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilmiş hüquqi mövqeyinə və maddi normaların tələbinə əsasən belə nəticəyə gəlir ki, mirasla bağlı ötürülmüş müddət bütün vərəsələrə münasibətdə ötürülməmiş hesab edildiyindən, miras əmlak onlar arasında bərabər hissədə bölüşdürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Cavabdeh2ndə Notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********67 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarış ləğv edilməli, X3 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0353 ha olan torpaq sahəsindən iddiaçıların payları hər birinə ¼ hissədə müəyyən edilməli və həmin miras əmlak vərəsələr arasında bərabər bölünməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Sumqayıt Cavabdeh2ndə Notariat ofisinin xüsusi notariusu tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********67 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarış ləğv edilsin. X3 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0353 ha olan torpaq sahəsindən iddiaçıların payları hər birinə ¼ hissədə müəyyən edilsin və həmin miras əmlak 4 vərəsə, yəni İddiaçı2, İddiaçı1, Cavabdeh1 və X11 arasında bərabər hissədə bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1101/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1101/2025
06.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver