Məhkəmə qərarları › İş №e-2(012)-1102/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1102/2025

09.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1102/2025 09.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «pul» tələbinə dair mülki işə 09 oktyabr 2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən qalan 1329 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 133644,24 manat pulun və 10000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı 25 iyun 2018-ci ildə "xxxx" MMC-də “Baş direktor məsləhətçisi” vəzifəsində işə qəbul olmuş, daha sonra “Direktorun satış üzrə müavini satış departamentinin rəisi” vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndində əsasən iddiaçı öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə işdən azad olunan zaman son haqq-hesab, ümumilikdə, 10056 manat cavabdeh şirkət tərəfindən iddiaçıya ödənilməmişdir, bu barədə MMC rəhbərliyinə dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bu səbəbdən də "xxxx" MMC-nin gecikdirilmiş hər gün üçün iddiaçıya əmək haqqının azı bir faizi məbləğində ödənc verilməli idi və buna görə iddiaçı tərəfindən müvafiq məhkəməyə müraciət olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 29 oktyabr 2019-cu il tarixli, AZT İR-1/292 nömrəli işdən azad olma haqqında əmrdən görünür ki, cəmiyyətin Direktorun satış üzrə müavini - satış departamentinin rəisi İddiaçı əmək müqaviləsində 29 oktyabr 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinin “a” bəndinə niniçşi) öz xahişinə) əsasə xitam verilmişdir. 06 mart 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin direktoru V.Bağırov Əmək Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozulmuş və İddiaçı son haqq-hesabları ödənilməmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru V.Bağırov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)- 360/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Dadaş-X11 oğlu işdən azad olunarkən son haqq-hesab olan, ümumilikdə, 10056 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Dadaş-X11 oğluna ödənilməsi qət edilmiş, iddia tələbi 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq Dadaş-X11 oğluna ödənilməsi hissəsində rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1093/2023 qərarı ilə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, e-2(012)-360/2021 nömrəli qətnaməsi qismən – “son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq Dadaş-X11 oğluna ödənilməsi” hissəsində ləğv edilmiş, İş üzrə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə qismən təmin edilmişdir. "xxxx" MMC-dən son haqq-hesabın gecikdirilməsinə görə 34186,31 manat və mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaiti tutularaq Dadaş-X11 oğluna ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-2538/2024 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1093/2024 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellasiya Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsinin 63-cü bəndində qeyd olunur ki, A.M.Dadaş-Zadənin 29 oktyabr 2019-cu il tarixdən işdən azad olan vaxtından 09 oktyabr 2020-ci il tarixə qədər (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilən vaxt) son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faizi hesablayaraq (35191,91 - (100,56 x 10 gün)) = 34186,31) belə qənaətə gəlir ki, 34186,31 manat pul vəsaiti "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Kassasiya instansiya məhkəməsinin son qərarında olan göstərişlərinə uyğun olaraq, iddiaçıya son haqq-hesab verilməyən dövrdə cavabdehin öz işçilərinə aylıq əmək haqları ödənilib-ödənilmədiyi, başqa hüquqi şəxslərə pul vəsaiti köçürülüb-köçürülmədiyini, yəni cavabdehin iddiaçıya son haqq-hesabı ödəmək üçün hər hansı bir maliyyə vəsaitinə malik olub-olunmadığı barədə "xxxx" MMC hər hansı bir məlumat verməmişdir. Beləliklə, cavabdeh işçiyə son haqq-hesabın ödənilməsində təqsirinin olmamasını sübuta yetirə bilməmişdir. Məhkəmə qətnaməsi ilə qeyd olunan vəsait yalnız iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilən vaxtadək (09 oktyabr 2020-ci il tarixədək) hesablanmışdır, lakin əsas vəsait iddiaçıya xx.xx.2024-cü il tarixdə ödəniş tapşırığına əsasən ödənilmişdir. Beləliklə, cavabdehin iddiaçıya 09 oktyabr 2020-ci il tarixdən 31 mat 2024-cü il tarixədək olan müddətə faiz borcu yaranmışdır. Həmin müddət 1329 gündür. İddiaçının əmək haqqı 10056 manat olub, onun bir faizi bir gün üçün 100,56 manatdır. Beləliklə, 1329 gün ərzində gecikmənin ümumi məbləği hər gün 1 faiz olmaqla 133644,24 manat təşkil edir. Hazırda iddiaçı mediasiya təşkilatına müraciət etmiş, mediator vasitəsi razılıq əldə olunmamış və iddiaçıya xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, iddiaçıya cavabdeh tərəfindən sonuncunun günahı ucbatından son haqq-hesab ödənilməmiş və nəticə etibarı ilə faiz borcu yaranmışdır. Bu, artıq mübahisə olunmayan faktdır. İddiaçı işəgötürən tərəfindən əmək haqqının 4 ildən çox müddət ərzində ödənilməməsi səbəbindən əhəmiyyətli mənəvi zərər çəkmişdir. Bu müddət ərzində onun hüquqları pozulmuş, o, psixoloji stress və əzablar yaşamış, nəticədə ümumi psixoloji vəziyyəti və həyat keyfiyyəti pisləşmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, istintaq edilən mənəvi zərərin dərəcəsi, çəkilən əzabların ağırlığı və iddiaçının hüquqlarının pozulmasının müddəti nəzərə alınmaqla, iddiaçıya qarşı iş müqaviləsinin qeyri-qanuni yerinə yetirilməsi nəticəsində çəkdiyi zərərin əvəzində 10000 manat məbləğində mənəvi təzminatın təyin edilməsini və ödənilməsini xahiş edir və bu məbləğin iddiaçının çəkdiyi zərərin adekvat və ədalətli kompensasiyası olacağına inanırlar. Məhkəmə qətnaməsi qəbul edildikdən sonra cavabdeh şirkət tərəfindən 31 may 2024-cü ildə iddiaçıya 10056 manat pul vəsaiti ödənilmişdir. Qarşı tərəf iddiaçıya pulun ödənilməsi ilə bağlı bildirmişdir ki, onların pul ödəməyə maddi imkanı yoxdur, lakin sorğular əsasında cavabdeh təşkilatın müvafiq texnikalar satdıqlarını və maddi vəsaitlərinin kifayət qədər olması müəyyən edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsini hazırkı iş üzrə tətbiq etmək olmaz, çünki bu iş ilə bağlı artıq qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Bundan əlavə o, qarşı tərəfin müddətin bərpası barədə ərizəsinə etiraz edərək bildirdi ki, "xxxx" MMC tərəfindən iddiaçının işdən azad olunması barədə 29 oktyabr 2019-cu il tarixli, AZT İR1/292 nömrəli əmr qəbul olunmuşdur. Bundan dərhal sonra iddiaçı Dadaş- X3 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir və müraciət gününə, məhkəmə gedişatı zamanı iddia həcmini artırmaq yolu ilə 09 oktyabr 2020-ci il tarixədək olan son haqq-hesabın gecikdirilməsinə görə vəsait istəmişdir. Cavabdeh sözügedən məhkəmə mübahisəsində öz mövqeyini və son haqq-hesabın gecikdirilməsinin üzrlü səbəblərdən baş verdiyini, işəgötürənin təqsirli hərəkətlərin olmaması ilə izah etmişdir. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-360/2021 saylı qətnaməsi ilə, iddia qismən təmin edilmiş, Dadaş-X11 oğlu işdən azad olunarkən son haqq-hesab olan ümumilikdə 10056 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Dadaş-X11 oğluna ödənilməsi qət edilmiş, iddia tələbi 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla, 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq Dadaş-X11 oğluna ödənilməsi hissəsində rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1093/2023 qərarı ilə, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli e-2(012)-360/2021 nömrəli qətnaməsi qismən – “son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla, 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq Dadaş-X11 oğluna ödənilməsi” hissəsində ləğv edilmişdir. İş üzrə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə qismən təmin edilmişdir. "xxxx" MMCdən son haqq-hesabın gecikdirilməsinə görə 34186,31 manat və mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaiti tutularaq Dadaş-X11 oğluna ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-2538/2024 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1093/2024 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçı əmr qəbul olunandan sonra Azərbaycan Respublikası Əmək Məcəlləsnin 296-cı maddəsinin 4-cü hissəsində qeyd olunan müddəti ötürməmişdir, birinci instansiya məhkəməsində işə baxılan zaman hətta iddia həcmi artırılmışdır və təbii ki, artıq sonradan iddia həcmini artırmaq ona prosessual qanunvericilik imkan verməmişdir. Həmin iş üzrə yekun məhkəmə qərarı, yəni Ali Məhkəmənin qərarı 08 oktyabr 2024-cü il tarixdə qəbul olunandan sonra və cavabdehin son haqq-hesabın gecikdirilməsinin üzrlü səbəblərdən baş verməsi mövqeyi əsassız olduğunun sübuta yetiriləndən sonra iddiaçı mediasiya qurumuna müraciət etmiş, 28 noyabr 2024-cü il tarixdə müvafiq arayışı almışdır və sonradan 09 dekabr 2024-cü il tarixdə artıq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlar təsdiq edir ki, iddiaçı hər hansı bir iddia müddətini ötürməmişdir və əmrdən sonra vaxtında məhkəməyə müraciət etmişdir, həmin məhkəmə qaydasında araşdırılan məsələlər öz həllini tapandan sonra iddiaçı son haqqhesabın gecikdirilməsinin qalan müddətini də cavabdehdən tutulması ilə bağlı iddia ərizəsi ilə vaxtında müraciət etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixində, saat 09:20-yə təyin edilmişdir və tərəflərə saat 09:52-də SMS vasitəsilə baxış prosesi üçün xx.xx.2025-ci il tarixinə təyinat haqqında məlumat göndərilmişdir. Lakin cavabdeh tərəfindən ərizə yalnız saat 10:01-də sistemə yerləşdirilmişdir, yəni artıq işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşdıqdan sonra təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Halbuki cavabdehin nümayəndəsi məhkəmədə baxılmağa hazırlanması barədə iclaslardan (3 iclas keçirilmişdir) xəbərdar olmuşdur və öncədən qeyd olunan ərizəni təqdim etmək imkanı mövcüd olmuşdur. Baxmayaraq ki, üç hazırlıq məhkəmə iclası keçirilmiş və cavabdeh hər hansı birində bu ərizəni təqdim etməmişdir. Qarşı tərəfin hazırkı tələb ilə bağlı istinad etdiyi arqument ilə bağlı bildirir ki, xx.xx.2024-cü ildə ödənilməli məbləğ ilə bağlı sonuncu qərar qəbul edilmiş və mediasiya prosesindən sonra həmin ilin dekabr ayında məhkəməyə müraciət etmişdirlər. Hesab edir ki, iddia ərizəsində göstərilənlər artıq sübuta yetirilmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, İddiaçı irəli sürdüyü hazırkı tələb Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə ziddir. Həmin məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Sözügedən normada “əmək haqqı işəgötürənin təqsiri üzündən baş veribsə” ifadəsi qeyd edilmişdir. Məhkəmələrdə mübahisə gedərkən, onlar əsas məbləğ və ya faiz borcunun ondan tutulacağı barədə bilə bilməzdilər. Onlar yalnız işin nəticəsini gözləmişdirlər və məhkəmə mübahisəsi dövrünü işəgötürənin təqsiri üzündən baş verən hala aid etmək olmaz. Həmçinin o, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirdi ki, iddiaçı Ayaz Dadaşzadə "xxxx" MMC-yə qarşı 1329 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 133644,24 manat pulun və 10000 manat mənəvi zərərin tutularaq iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, hazırkı iddia üzrə əmək qanunvericiliyində müəyyən edilmiş 1 illik iddia müddəti keçmişdir. Belə ki, iddiaçının öz ərizəsi əsasında xx.xx.2019cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda iddia müddətinin keçdiyi aşkardır. Çünki AR ƏM-in 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi hazırkı iddia tələbi üzrə iddia müddəti keçmişdir. Əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən bu mübahisə üzrə icra sənədi verilmiş və onlar həmin icra sənədi əsasında ödəniş etmişdirlər. İşə məhkəmə prosesində baxıldığı dövr ərzində onların iddiaçıya ödəniş etmələri doğru olmazdı və ödəniş etməməyə görə təqsirləri yoxdur. Hesab edirlər ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməsini hüquqdan sui-istifadə kimi qəbul edilməlidir. Odur ki, göstərilənlərə əsasən o, iddia müddəti keçdiyinə görə iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-360/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı işdən azad olunarkən son haqq-hesab olan ümumilikdə 10056 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi təmin edilmiş, iddia tələbinin 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1093/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli e-2(012)-360/2021 nömrəli qətnaməsinin qismən – “son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə qismən təmin edilməsi, "xxxx" MMC-dən son haqq-hesabın gecikdirilməsinə görə 34186,31 manat və mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2538/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1093/2024 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2025-ci il tarixli, 9/2788 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi qərardadda ekspert qarşısında qoyulmuş sual üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdeh "xxxx" MMC tərəfindən iddiaçı X1 haqq-hesabın ödənişlərinin gecikdiridiyinə görə gecikdirilmiş günlərin sayı 1329 gün olmaqla, 133644,24 manat borc məbləği təşkil etdiyi müəyyən olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı 25 iyun 2018-ci ildə "xxxx" MMC-də “Baş direktor məsləhətçisi” vəzifəsində işə qəbul olmuş, daha sonra “Direktorun satış üzrə müavini - satış departamentinin rəisi” vəzifəsinə təyin olunmuş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndində əsasən öz xahişi ilə işdən azad olunmuş, xx.xx.2019-cu il tarixdə işdən azad olunan zaman son haqq-hesab, ümumilikdə, 10056 manat cavabdeh şirkət tərəfindən iddiaçıya ödənilmədiyindən, iddiaçı həmin məbləğin və gecikdirilmiş hər gün üçün iddiaçıya əmək haqqının bir faizi məbləğində pulun ödənilməsi ilə bağlı Abşeron rayon məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-360/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Dadaş- X11 oğlu işdən azad olunarkən son haqq-hesab olan, ümumilikdə, 10056 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı Dadaş-X11 oğluna ödənilməsi qət edilmiş, iddia tələbi 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq Dadaş-X11 oğluna ödənilməsi hissəsində rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1093/2023 qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, e-2(012)-360/2021 nömrəli qətnaməsi qismən – “son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq Dadaş-X11 oğluna ödənilməsi” hissəsində ləğv edilmiş, İş üzrə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə qismən təmin edilmiş, "xxxx" MMC-dən son haqq-hesabın gecikdirilməsinə görə 34186,31 manat və mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaiti tutularaq Dadaş-X11 oğluna ödənilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-2538/2024 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1093/2024 nömrəli, 22 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellasiya Məhkəməsi qanuni qüvvəsini almış qətnaməsində A.M.Dadaş-Zadənin 29 oktyabr 2019-cu il tarixdən işdən azad olan vaxtından 09 oktyabr 2020-ci il tarixə qədər (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilən vaxt) son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faizi hesablayaraq (35191,91 - (100,56 x 10 gün)) = 34186,31) 34186,31 manat pul vəsaiti "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi və cavabdeh təşkilatın işçiyə son haqq-hesabın ödənilməsində təqsirinin olmamasını sübuta yetirə bilməməsi nəticəsinə gəlmişdir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsi ilə 09 oktyabr 2020-ci il tarixədək hesablanmış məbləğ üzrə əsas vəsait iddiaçıya xx.xx.2024-cü il tarixdə ödəniş tapşırığına əsasən ödənildiyindən cavabdehin iddiaçıya 09 oktyabr 2020-ci il tarixdən 31 mat 2024cü il tarixədək olan müddətə son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla faiz borcu yaranmış, həmin müddət 1329 gün olmaqla 133644,24 manat təşkil edir və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, iddiaçıya cavabdeh tərəfindən sonuncunun günahı ucbatından son haqq-hesab ödənilməmiş, nəticə etibarı ilə faiz borcu yaranmış və məhkəmə hesab edir ki, cababdeh təşkilatın bununla bağlı etirazı iddia tələbinin qanuni əsası ilə uzlaşmadığından əsaslı sayıla bilməz. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü və 172.5-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi iddiaçının öz ərizəsi əsasında xx.xx.2019cu il tarixdə əmək müqaviləsinə xitam verildiyi, iddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə hazırki iddia ərizəsi ilə müraciət etməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndi ilə müəyyən edilmiş iddia müddətini ötürdüyünü məhkəmənin diqqətinə çatdırmiş və bu barədə ərizə təqdim edərək iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə,məhkəmə iclasında tədqiq edilmiş sübutlara istinad edərək hesab edir ki, "xxxx" MMC-nin nümayəndəsi iddia müddətin tətbiqi barədə ərizə verməkdə qismən haqlı olmuşdur.Belə ki,yuxarıda müəyyən edilmiş işin faktiki hallarından göründüyü kimi 09 oktyabr 2020-ci il tarixədək hesablanmış məbləğ üzrə əsas vəsait iddiaçıya xx.xx.2024-cü il tarixdə ödəniş tapşırığına əsasən ödənilmiş və hal -hazırda iddiaçı 09 oktyabr 2020-ci il tarixdən müddətə son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz borcu olmaqla 1329 gün üçün 133644,24 manat pul tələb edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki,son bir illik müddət ötürülmədiyindən, bir il üçün 31 mat 2024-cü il tarixədək cavabdeh "xxxx" MMC-dən son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz hesablanmaqla 36704 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə iddiaçı tərəf ona dəymiş mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdeh "xxxx" MMC tərəfindən ona 10000 manat məbləğində mənəvi zərər dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında iddianın mənəvi ziyan hissəsi əsaslandırılmamış, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına göstərilir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 15 iyul 2025-ci il tarixli, 9/2788 saylı məhkəmə mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod- 210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz hesablanmaqla 36704 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi cavabdeh "xxxx" MMC-dən 10000 manat mənəvi zərərin tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 15 iyul 2025-ci il tarixli, 9/2788 saylı məhkəmə mühasibatlıq ekspertizasına görə 100 manat ekspertiza xərci cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar