Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-111/2022 05.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 iyul 2022ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 25-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və həmin ünvanda tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 25-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti aparılması faktı aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Sonradan iddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 25-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş bütün tikililərin (hasar və digər yardımçı tikililər) cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib izahatında bildirdi, tərəflər arasında məhkəmə mübahisəsi olmuşdur.Hzırkı iddia tələbinin dəqiqləşdirilməsindən görünüdüyü kimi bu tələb baçqadır.Yəni cavabdeh əlavə tikililər( yardımçı tikili, ayaqyolu və hasar) tikilisi tikmişdir ki, mühafizə zonasında bu yolverilməzdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin onun adına qeydiyyata alınması ilə bağlı qeydiyyat vəsiqəsi vardır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarından olan xx.xx.2020-ci il tarixli aktdan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə 2 saylı qarovulun 1-ci iş növbəsində olarkən 17-18 saylı postların mühafizə ərazisinə baxış keçirilən zaman Böyükşor-Sumqayıt neft kəmərinin 25-ci kmliyində Saray qəsəbəsində (Masazırdan üzü Sumqayıta gedəndə Bolmarta çatmamış sağ tərəfdə 1-ci döngədən içəri girən kimi sol tərəfdən 2-ci ev) kəmərdən təqribən 25 metr aralıdan yaşayış evinin kəmərə doğru istiqamətində 1-ci mərtəbəsində pəncərə qoyularaq kənarlarını hördüyünü aşkarlamışlar. Vətəndaşa mühafizə zonasında görülən işlərin qanunazidd olduğunu izah etdikdə vətəndaş məhkəmə tərəfindən hüquqi qərarların çıxarıldığı, məhkəmənin müvafiq qərarı əlində olduğunu əsas gətirərək işi dayandırmadığını bildirdi və məhkəmənin müvafiq qərarını təqdim etdi. Mülki işin materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2022-ci il tarixli, 10/2097 nömrəli rəyindən müəyyən edilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadəsində olan 0,0796 ha torpaq sahəsinin daxilində yerləşən tikililərin (yaşayış evi və köməkçi tikili) borunun marşrutu boyunca boru kəmərinin oxunun hər tərəfdən 50 metrlik məsafədə mühafizə zonasında müəyyən edildiyinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik yeraltı magistral neft kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən olundu. Mülki iş materiallarına əlavə olunan Abşeron rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(012)-16/2009 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı ARDNŞ-in Neft Kəmərləri İdarəsinin cavabdehlər X4 və qeyrilərinə, o cümlədən Cavabdeh qarşı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış evlərinin və tikililərin neft kəmərinin mühafizə zonasından çıxarılması, hüquqverici sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə Cavabdeh münasibətdə iddia tələbi rədd olunarkən məhkəmə ona əsaslanmışdır ki, Cavabdeh 0,10 ha torpaq sahəsini üzərində yerləşən yaşayış sahəsi 68 v.m. köməkçi sahəsi 21 kv.m. olan yaşayış sahəsini alqı-satqı ilə X3 2002-ci ildən almışdır, oranın mülkiyyətçisidir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.1999-cu il tarixli Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə Nümayəndəliyinin vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması haqqında sərəncamından çıxarışdan görünür ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırmaq məqsədilə Abşeron rayonu İcra Hakimiyyəti Başçısının 19 iyun 1998-ci il tarixli, 149 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24.00 hektar torpaq sahəsinin 24 a saylı ərazisi X5 0.10 hektar sahə ayrılmış və vətəndaşa yaşayış evi tikməyə icazə verilmişdir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2002-ci il tarixli müqavilənin surətindən görünür ki, X1 rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə, ev 84 a ünvanında yerləşən yaşayış evini 24000 (iyirmi dörd min) manata Cavabdeh satmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır. Həmin Qaydaların 7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanında, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yaşayış evi və yardımçı sahəsindən əlavə torpaq sahəsində hasar divar, yardımçı tikili, ayaqyolu inşa edilmiş bütün tikililərin iddiaçı SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 25-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında yerləşdiyi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən həmin ərazidə qanunsuz inşa edilmiş bütün tikililər (hasar divarı və yardımçı tikililər) cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmçinin, məhkəmə hesab edir ki, ekspertizanın keçirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE******************** saylı hesabına köçürülmüş və mütəxəsiss rəyi alınması üçün iddiaçı tərəfindən ödənilən 263,56 manat pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı SOCAR-ın İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 25-ci km-də, kəmərdən 25 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş hasar divarı və yardımçı tikililər cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Cavabdeh 50 manat məbləğində pul vəsaiti məhkəmə xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X2 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Cavabdeh 10 manat ödənilmiş dövlət rüsumu və 263,56 manat məbləğində məhkəmə xərci olaraq pul vəsaiti tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-111/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-111/2022
05.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver