Məhkəmə qərarları › İş №e-2(012)-111/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-111/2024

27.08.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-111/2024 27.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı ARDNŞ Qaz İxrac İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş fərdi yaşayış evi və daş hasarın sökülməsi, tikinti malmateriallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindən keçən hissəsində, 39 T 383917.80; 4481815.94 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, 39 T 383917.80; 4481815.94 koordinatı üzrə daha dəqiqliklə qaz kəmərindən “10” metr məsafədə qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikililərin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəflərindən xx.xx.2022-ci il tarixli MV01/435 saylı məktubla Abşeron Rayon İcra Hakimiyyətinin başçısına, xx.xx.2022-ci il tarixli MV01/434 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və xx.xx.2022-ci il tarixli MV-01/436 saylı məktubla Fövqəladə Hallar Nazirliyi X1 Görülməsi və X2 Agentliyinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Fövqəladə Hallar Nazirliyi X1 Görülməsi və Dağ- X4 Agentliyinin 10 may 2022-ci il tarixli xx/xx-02950 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 10 iyun 2022-ci il tarixli **********59 saylı cavab məktubunda bildirilir ki, Xidmətin Abşeron ərazi şöbəsinin işçiləri tərəfindən qeyd edilən məsələ araşdırılan zaman vətəndaş, Cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və icarə hüquqları olmadan qaz kəmərinin mühafizə zonasında fərdi yaşayış məqsədilə tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır, (xx.xx.2022-ci il tarixində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, ərazisində, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən, qaz kəmərinin «10» metrliyində qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilməsi barədə 5 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq fərdi yaşayış evi inşa etmiş Cavabdeh inşa edilmiş tikililərin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilmiş və Cavabdeh xəbərdarlıq məktubunu qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərinin mühafizə zonalarında hər hansı bir tikinti-quraşdırma islərinin aparılması qəti qadağandır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, iddianın baxılmamış saxlanlmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, iddiaçı «Qaz İxrac» İdarəsi hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, iddiaçının iş üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin qaytarılması və mülki işin baxılmamış saxlanması barədə ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş fərdi yaşayış evi və daş hasarın sökülməsi, tikinti malmateriallarının magistral qaz kəmərinin mühafizə zonasından çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı «Qaz İxrac» İdarəsinin hazırki mülki iş (e-2(012)-111/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu cəmi 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından iddiaçıya qaytarılsın. Ekspertiza tədqiqatı üçün tələb edilən 50 manat pul Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar