Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1113/2023 27.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakıilə İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi, borcun silinməsi, mənəvi ziyana görə pul vəsaitinin tutulması» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı X4 Departamenti tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv olunması, həmin akt əsasında ona hesablanmış ziyanın silinməsi və ərizə verilən günədək tutulmuş pul vəsaitinin ona geri qaytarılması, çəkdiyi yol xərcinə, vaxt itkisinə və vurulmuş mənəvi ziyana görə 500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv olunması, həmin akt əsasında ona hesablanmış 1036,80 manat borcun silinməsi və ərizə verilən günədək tutulmuş pul vəsaitinin ona geri qaytarılması, çəkdiyi yol xərcinə, vaxt itkisinə və vurulmuş mənəvi ziyana görə 500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 1 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır, xx.xx.2022-ci il tarixdə onun yaşadığı evə yeni qaz sayğacı quraşdırılmışdır. Sonradan qaz sayğacına məxsus smart karta pul yüklədikdən sonra həmin pulun yarı hissəsinin yüklənmədiyi üçün Masazır qəsəbəsində yerləşən X3 müraciət etmiş, orada ona yaranmış borcla bağlı həmin tutulmanın həyata keçirildiyini, sonradan ona sayğaca müdaxiləylə bağlı barəsində akt tərtib olunduğu məlum olmuş, həmin aktda hətta onun imza etməməsi ilə bağlı qeyd aparılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək cavabdeh tərəfindən ona sayğacda olan nasazlığa görə əsassız cərimə yazıldığını, onun indiyədək ödəmiş olduğu pulların geri qaytarılmasını və yaranmış borcun silinməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, 2022-ci ilin iyun ayında iddiaçının sayğacına baxış keçirilərək sayğacda dəlik olduğuna görə cərimə yazılmış, həmin sayğac müayinə edilməsi üçün laboratoriyaya göndərilmiş, oradan verilmiş rəydə qaz itkisinin olması qeyd olunmuş, bu səbəbdən iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi evə quraşdırılmış abonent kodu **********09060 olan sayğaca baxış keçirilən zaman qaz itkisi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi, 906 saylı evə (abonent kodu **********09060) məxsus xx.xx.2022ci il tarixli, ******* saylı akta görə 1036,80 manat ziyan hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «aktın ləğv edilməsi, borcun silinməsi, mənəvi ziyana görə pul vəsaitinin tutulması»tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində abonent kodu **********09060 olan, ünvan 1 ünvanına əsassız olaraq xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib edilərək 1036,80 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq istehlakçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X5 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə istehlakçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi izahatının əsaslarını sübut edə bilməmiş və sayğacın istehlakçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, ünvan 1 ünvanına quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1036,80 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan əlavə işin faktiki hallarından görünür ki, sayğacın daxilində olan plasmas borunun deşilmiş vəziyyətdə olması barədə xx.xx.2022-ci il tarixli, ******* saylı aktın tərtib edilməsinə əsas laboratoriyaya rəyi olmuş və qeyd olunan akt yalnız sayğacdakı qüsurla bağlı olan halı müəyyən etdiyindən,məhkəmə iddia tələbinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğv olunması hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Bundan əlavə iddia tələbinin ərizə verilən günədək tutulmuş pul vəsaitinin ona geri qaytarılması, çəkdiyi yol xərcinə, vaxt itkisinə və vurulmuş mənəvi ziyana görə 500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub ona ödənilməsi hissəsi ilə bağlı sübutlar müəyyən edilmədiindən,məhkəmə həmin hissələrdə də iddianın rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********09060 olan, ünvan 1 ünvanına quraşdırılmış qaz sayğacına görə xx.xx.2022-ci il tarixli ******* saylı akt üzrə hesablanmış 1036,80 manat cərimə silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-1113/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1113/2023
27.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver