Məhkəmə qərarları › İş №e-2(012)-112/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-112/2024

14.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-112/2024 14.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 14 may 2024-cü il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindən keçən hissəsində, 39 T 384409.95; 4480836.15 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, 39 T 384409.95; 4480836.15 koordinatı üzrə daha dəqiqliklə qaz kəmərindən “23” metr məsafədə qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikililərin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün xx.xx.2022-ci il tarixli MV-01/540 saylı məktubla Abşeron Rayon İcra Hakimiyyətinin başçısına, xx.xx.2022-ci il tarixli MV-01/542 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və xx.xx.2022-ci il tarixli MV-01/541 saylı məktubla Fövqəladə Hallar Nazirliyi X1 Görülməsi və X2 Agentliyinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti 07 iyun 2022-ci il tarixli 1/1263 nömrəli cavab məktubunda məsələyə dair münasibət bildirərək göstərmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən müraciətdə göstərilən tikinti işlərinin aparılmasına heç bir icazə sənədi verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 iyul 2022-ci il tarixli **********42 saylı cavab məktubunda bildirilir ki, Xidmətin Abşeron ərazi şöbəsinin işçiləri tərəfindən qeyd edilən məsələ araşdırılan zaman vətəndaş, Cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və icarə hüquqları olmadan qaz kəmərinin mühafizə zonasında fərdi yaşayış məqsədilə tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır. xx.xx.2022-ci il tarixində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən, qaz kəmərinin «23» metrliyində qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilməsi barədə 5 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq fərdi yaşayış evi inşa etmiş Cavabdeh onun tərəfindən inşa edilmiş tikililərin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilmiş və Cavabdeh xəbərdarlıq məktubunu qəbul etmişdir. Sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər Məhkəmə iclasında iddiaçı ARDNŞ-ın “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında qaz kəmərinin «23» metrliyində qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Mülki iş materiallarında olan məktubdan müəyyən edilir ki, Cavabdeh 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atm) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında tikilən evin ləğv edərək magistral qaz kəmərindən 50 metr kənarlaşması barədə xəbərdar edilmişdir. Mülki iş materiallarında olan magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş və inşası davam etdirilən tikililər barədə müvafiq tədbirlər görülməsi üçün xx.xx.2022-ci il tarixli məktublardan müəyyən edilir ki, Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Fövqəladə Hallar Nazirliyi X1 Görülməsi və Dağ X4 Agentliyinə, Abşeron rayon İcra Hakimiyyətinə rəsmi müraciətlər edilmişdir. Mülki iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli, 1/1263 nömrəli məktubdan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində, 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh apardığı tikinti işlərinin dayandırılmışdır. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən müraciətdə göstərilən tikinti işlərinin inşasına heç bir icazə sənədi verilməmişdir. Abşeron Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərardadı ilə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindən keçən hissəsində, 39 T 384409.95; 4480836.15 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasına düşüb-düşməməsi müəyyən etmək məqsədi ilə mühəndis-tikinti-texniki ekspertizası təyin edilmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2024-cü il tarixli 3-16-16/2-10/8513 saylı ekspert rəyindən müəyyən edilir ki, “Qaradağ-Sumqayıt” yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəməri ilə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən hasara qədər məsafənin 19 metr, fərdi yaşayış evinə qədər məsafənin isə 26,7 metr olduğunu nəzərə alaraq, hasarın və fərdi yaşayış evinin qaz kəmərinin 50 mertlik mühafizə zolağına düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır: Həmin Qaydaların 7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqla özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh mübahisə predmeti olan ərazidə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindən keçən hissəsində, 39 T 384409.95; 4480836.15 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında kəmərdən 19 metr məsafədə - yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda göstərilmiş “50 metr”dən az olan magistral qaz kəmərlərinin mühafizə zonasında daş hasar və 26,7 metr məsafədə - yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nda göstərilmiş “50 metr”dən az olan magistral qaz kəmərlərinin mühafizə zonasında fərdi yaşayış evi və hasar inşa etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Qaradağ- Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindən keçən hissəsində, 39 T 384409.95; 4480836.15 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evi onun öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülməli və mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Hazırki iş üzrə məhkəmə xərci iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 100 manat və ekspertiza tədqiqatının dəyəri olan 50 manatdır. İddia tələbi təmin edildiyinə görə, iddiaçı ARDNŞ-ın “Qaz İxrac” İdarəsi tərəfindən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu üçün ödənilmiş 100 manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı ARDNŞ-ın “Qaz İxrac” İdarəsinə ödənilməlidir. Eləcə də ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ41NABZ******************** saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Qaradağ-Sumqayıt» yüksək təzyiqli (25 atmosfer) yerüstü magistral qaz kəmərinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindən keçən hissəsində, 39 T 384409.95; 4480836.15 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evi onun öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülsün və mühafizə zonasından çıxarılsın. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ARDNŞ-ın “Qaz İxrac” İdarəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ41NABZ******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar