Məhkəmə qərarları › İş №e-2(012)-1157/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1157/2024

21.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1157/2024 21.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, borcun silinməsi və pulun qaytarılması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində yerləşən fərdi yaşayış evində (abonent kodu: **********05420) təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında İddiaçı təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1555, 20 manat məbləğinin silinməsi və İddiaçı tərəfindən təbii qazdan istifadə etmək üçün karta ödənilmiş məbləğdən həmin borca silinmiş 160, 90 manat məbləğində pulun iddiaçının abonent hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, AKX-05060xx/xx-2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi imzalanmış və F.Zeynalovun yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində yerləşən fərdi yaşayış evinə (tərtib edilmiş sənədlərdə Abşeron, Abşeron, N 4792 – Mehdiabad göstərilmişdir) qaz sayğacı quraşdırılmışdır. Bundan sonra İddiaçı yaşadığı ünvana verilmiş təbii qazdan istifadə etməyə başlamış və istifadə etdiyi təbii qazın dəyərini hər ay ödəmişdir. Bir müddət əvvəl iddiaçı yaşadığı ünvanda istifadə etdiyi təbii qazdan istifadəyə görə borcunun məbləği barədə məlumat almaq üçün ərazi üzrə Cavabdehnə müraciət etmişdir. Həmin vaxt məlum olmuşdur ki, iddiaçının yaşadığı ünvan üzrə onun adına xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş və ona 12960 m3 itirilmiş qaz nəzərə alınmaqla 1555,20 manat məbləğində cərimə hesablanmışdır. Buna görə də İddiaçı onun barəsində tərtib edilmiş akt və digər sənədləri tələb etmiş, həmin sənədlər ona təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda "sayğacın hesablama mexanizminin qoruyucu qapağının alt hissəsi gövdədən aralanıb, tamamilə sınıb” sözləri göstərilmişdir. xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda guya İddiaçı aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. Qeyd edir ki, aktın tərtib olunduğu tarixdə Cavabdeh əməkdaşları İddiaçı yaşadığı ünvanda olmamışlar və ona aktı imzalamağı təklif etməmişlər. Həmin akt heç bir baxış keçirilmədən tərtib edilmiş və guya həmin aktı orada olmuş əməkdaşlar da imzalamışlar. Hansı ki həmin tarixdə İddiaçı yaşadığı ünvanda Cavabdeh əməkdaşları olmamışdır. İddiaçı tərtib edilmiş aktın qanunsuz tərtib olunması və hesablanmış cərimənin əsassız olması ilə bağlı cavabdeh təşkilata müraciət edərkən İddiaçı guya aktın tərtib olunduğu müddətdə onun sayğacın hesablama mexanizminin qoruyucu qapağının alt hissəsinin gövdədən aralanaraq tamamilə sındığını, bu səbəbdən akt tərtib edildiyi və itirilmiş təbii qaza görə cərimə hesablandığı bildirilmişdir. Halbuki İddiaçı sayğaca müdaxilə etməmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli, ******* nömrəli aktdan və sayğacla bağlı verilmiş rəydən görünür ki, sayğaca baxış zamanı ona müdaxilə faktı qeyd olunmamışdır, sadəcə sayğacın xarici görünüşü ilə bağlı çatışmazlıqlar aşkar edilmiş və müvafiq qeyd aparılmışdır. Lakin cavabdeh təşkilat sayğacın hesablama mexanizminin qoruyucu qapağının alt hissəsinin gövdədən aralanaraq tamamilə sındığının İddiaçı tərəfindən edilməsi faktını sübuta yetirmədən və heç bir əsas olmadan ona itirilmiş təbii qaza görə 1555,20 manat məbləğində cərimə hesablamışdır. Həmçinin cavabdeh təşkilat tərəfindən iddiaçıya qanunsuz hesablanmış 1555,20 manat məbləğində cərimənin 160,90 manat hissəsi qanunsuz olaraq onun tərəfindən təbii qazdan istifadə etmək üçün karta ödənilmiş məbləğdən silinmişdir. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin İddiaçı qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və İddiaçı təqsirli olmasını sübuta yetirməlidir. İddiaçı qaz sayğacına tərtib edilmiş aktda göstərilən tarixdə müdaxilə edərək təbii qazdan qanunsuz və əvəzi ödənilmədən istifadə etməsini təsdiq edən hər hansı mötəbər sübutlar cavabdeh tərəfindən İddiaçı təqdim edilməmişdir. Bütün bunlar təsdiq edir ki, Cavabdeh İstehlahat Birliyi tərəfindən İddiaçı barəsində tərtib edilmiş akt heç bir qanuni əsas olmadan və formal olaraq tərtib edilmişdir və qanunsuzdur. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində yerləşən fərdi yaşayış evində (tərtib edilmiş sənədlərdə Abşeron, Abşeron, N 4792 – Mehdiabad göstərilmişdir) təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilməli, həmin akt əsasında İddiaçı təbii qazdan istifadəyə görə əsassız hesablanmış 1555, 20 manat pul məbləği silinməli və İddiaçı tərəfindən təbii qazdan istifadə etmək üçün karta ödənilmiş məbləğdən həmin borca silinmiş 160,90 manat məbləğində pulun iddiaçının abonent hesabına qaytarılması barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* №-li qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı məxsus Zenner tipli, G4 markalı, **********1 nömrəli qaz sayğacı, Smart tipli, G4 markalı, **********675 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan 28 aprel 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və sayğaca baxış keçirilən zaman MSK-14-2-2/3-5-4300-1 saylı rəyə əsasən **********1 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının alt hissəsinin gövdədən aralanaraq tamamilə sındığı aşkar edilmişdir. İş materiallarında olan İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu: **********05420) ümumilikdə 1555,20 manat cərimə hesablanmışdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv edilməsi, borcun silinməsi və pulun qaytarılması” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus abonentin saldosuna əsasən, İddiaçı (abonent kodu: **********05420) ümumilikdə 1555,20 manat cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X2 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi əsaslarını sübut edə bilməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində yerləşən evə (abonent kodu: **********05420) quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 1555, 20 manat məbləğində hesablanmış cərimə silinməlidir. Bundan başqa Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün 28 aprel 2023-cü il tarixli, ******* saylı akt əsasında abonentə 1555, 20 manat məbləğ hesabladığından, yuxarıda qeyd olunan hüquqi mövqeyə görə həmin məbləğin mövcud qanunvericiliyə uyğun hesablanmaması nəticəsinə gəlindiyindən, məhkəmə sözügedən aktı da əsassız hesab edərək ləğv edilməsi nəticəsinə gəlir. Həmçinin məhkəmə, 28 aprel 2023-cü il tarixli, ******* saylı akt əsasında abonentə hesablanmış 1555, 20 manatın silinməsi nəticəsinə gəldiyindən, məhkəmə iddia tələbinin təbii qazdan istifadə etmək üçün karta ödənilmiş məbləğdən borca görə silinmiş 160, 90 manat məbləğində pulun iddiaçının abonent hesabına qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, tələb bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən İddiaçı yaşadığı abonent kodu **********05420 olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Füzuli küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına dair əsassız hesablanmış 1555, 20 manat məbləğində borcu silinsin. İddiaçı tərəfindən təbii qazdan istifadə etmək üçün karta ödənilmiş məbləğdən borca görə silinmiş 160,90 manat məbləğində pul iddiaçının abonent hesabına qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar