Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-124/2025 30.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya tələbinin təmin edilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6032,50 manat məbləğində sığorta ödənişinin və səksən bir manat məbləğində dövlət rüsumunun, cəmi 6113,50 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə H.Əliyev prospektində baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi “Peugeot Pars” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" ASCdə (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəflərindən 11032,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhər DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı elektron qərara əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 11032,50 manat məbləğində sığorta ödənişinin 5000 manat məbləğində olan hissəsini “Peugeot Pars” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmiş, 6032,50 manat məbləğində sığorta ödənişi isə ödənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. Bakı şəhər DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı elektron qərardan və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası hesab edilə bilən halın təfərrüatları barədə arayış” dan (forma 4) müəyyən olunur ki, xx.xx.2023cü il tarixdə H.Əliyev prospektində Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi “Peugeot Pars” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. İddia ərizəsinə əlavə edilmiş İSB.az saytından çıxarışdan müəyyən olunur ki, “Peugeot Pars” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti hadisə baş verən anda "xxxx" ASC tərəfindən “icbarisığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ASC tərəfindən 11032,50 manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 11032,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli, BS-S-24/0011 saylı Geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubun ünvana çatdırılmasını təsdiq edən xəbərnamələrdən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən ASC-yə ödənilmiş məbləğ çıxıldıqdan sonra qalıq 6032,50 manat məbləğində sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehlərdən tələb edilmişdir. Cavabdeh1 Mikayıl oğlundan daxil olmuş məktubdan müəyyən olunur ki, cavabdeh zərərin hesablanması aktında nəqliyyat vasitəsinə dəymiş zərər məbləğini mübahisələndirdiyi üçün ödəniş etmək istəmir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 izahatında iddia tələbini qəbul etmədiyini bildirmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6032,50 manat məbləğində sığorta ödənişinin və səksən bir manat məbləğində dövlət rüsumunun, cəmi 6113,50 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertiza təyin edilmiş və ekpertizanın aparılması "X2" MMC-yə həvalə edilmişdir. "X2" MMC-nin xx.xx.2025-ci il tarixli, 97 saylı qiymətləndirmə rəyinə əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində onun bərpası üçün tələb olunan real xərclərin ümumi dəyəri qeyd olunan tarixdə bazar qiyməti ilə-10174,49 manat olaraq müəyyən edilmişdir. Nəzərə çatdırmaq istəyir ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbi ilə razı deyildir. Qeyd olunanlar nəzərə alınmaqla xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və "X2" MMC-nin xx.xx.2025-ci il tarixli, 97 saylı qiymətləndirmə rəyi nəzərə alınmaqla qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə); 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdə H.Əliyev prospektində baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi “Peugeot Pars” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəflərindən 11032,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. -Euro Style LTD tərəfindən verilmiş qüsur aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ASC tərəfindən 11032,50 manat müəyyən edilmişdir. -Bakı şəhər DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı elektron qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə H.Əliyev prospektində Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi “Peugeot Pars” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. -İş materiallarında olan fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, icraatda olan e- 2(012)-124/2025 saylı iş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertiza təyin edilmiş və ekpertizanın aparılması “X2” MMCnin ekspertlərinə tapşırılmışdır. Həmin iş üzrə “elektron məhkəmə” informasiya sistemində xx.xx.2025-ci il tarixdə “ X2” MMC-nin xx.xx.2025-ci il tarixli, 97 saylı qiymətləndirmə rəyi yerləşdirilmişdir. Hesab edir ki, ekspert tədqiqatı qanunvericiliyin tələblərinə müvafiq qaydada aparılmadığı üçün rəy məhkəmə tərəfindən qismən nəzərə alınmalıdır. Qiymətləndirici bütün hesablamarı iş materiallarında olan "xxxx" MMC-nin qüsur aktına əsasən aparmış və həmin aktda qeyd edilən yenisi ilə əvəz edilməli ehtiyyat hissələri və görülməli olan işlərlə razılaşmışdır. Lakin nəticədə sığorta predmetinə dəymiş zərər məbləğini fərqli qiymətləndirmişdir. Qiymətləndirici "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə verilmiş endirim məbləğini (156xx.xx-11032.50=4629.70) ikiyə bölməklə alınmış məbləği (2314.85) ehtiyyat hissələrinin ümümi qiymətindən çıxılmaqla əldə etdiyi məbləği ehtiyyat hissələrinin dəyəri kimi müəyyən etmişdir. Bu hesablama hansı metoloqiyaya əsaslandığı, hansı kriteriyalar və məlumatlar əsasında apardığı qeyri-müəyyəndir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertiza Mərkəzi” X4 ekspertləri tərəfindən təqdim edilən bütün rəylərdə ehtiyyat hissələrinin aşınma normaları 2-6 % aralığında olmaqla ortalama 4 % aşınma dərəcəsi tətbiq edilirdi. Hazırda isə qiymətləndirici Azərbaycan Respublikası Vergi Məcəlləsinin normasına istinadən illik orta hesabla 10% (illik 10-20% arasında) aşınma tətbiq edir. Halbuki, Vergi Məcəlləsinin 114.3.3-cü maddəsinə əsasən 25 faizədək müəyyən edilib. Bildirmək istəyir ki, sığorta qanunvericiliyə əsasən köhnəlmə əmsalı yalnız sığorta müqaviləsində nəzərdə tutulduğu halda nəzərə alınmalıdır. “Chery Tiggo 2 Pro minik” markalı, ** HN *** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta müqaviləsində köhnəlmə əmsalının tətbiqi barədə razılaşma (bənd) yoxdur. Belə ki, “Avtomobillərin tam sığortası qaydaları” nın 18.1ci bəndinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş avtomobilin, yaxud digər predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Həmin Qaydaların 34.1-ci bəndinə əsasən sığorta müqavilələsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 34.2-ci bəndində müəyyən edilmiş hal istisna olmaqla və 34.6-cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. AR Maliyyə Nazirliyi Kollegiyasının “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2014-cü il tarixli qərarının 35-ci bəndinə əsasən sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. Həmin Qaydaların 35.2-ci bəndinə əsasən köhnəlmə əmsalı yalnız avtomobilin istehsal tarixindən 2 ildən artıq müddət keçdiyi hallarda tətbiq oluna bilər. İş materiallarına əlavə edilmiş, “Chery Tiggo 2 Pro minik” markalı, ** HN *** dövlət nömrə nişanlı avtomobilin BB329886 seriya nömrəli qeydiyyat şəhadətnaməsindən göründüyü kimi avtomobil 2022-ci ildə istehsal edilməklə xx.xx.2022ci il tarixində alınmış, yol-nəqliyyat hadisəsi ilə xx.xx.2023-cü il tarixdə (alındıqdan 10 ay sonra) baş vermişdir. Bütün qeyd edilənlərdən göründüyü kimi qiymətləndirici yalnız iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında qeyd edilmiş məlumatlara əsaslanmış və həmin aktda qeyd edilən, iddiaçı "xxxx" arasında mövcud əməkdaşlıq nəticəsində əldə edilmiş endirim məbləğini heç bir metodoloqiyaya əsaslanmadan ehtiyyat hissələrinin dəyərindən təkrar çıxmışdır. AR Mülki Prosessual Məcəlləsinin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Bütün yuxarıda qeyd edilənlərə əsasən “Chery Tiggo 2 Pro minik” markalı, ** HN *** dövlət nömrə nişanlı avtomobilə xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh tərəfindən vurulmuş zərər məbləği əsassız və qanunsuz “X2” MMC-nin xx.xx.2025-ci il tarixli, 97 saylı qiymətləndirmə rəyinə əsasən deyil, iddiaçı tərəfindən təqdim edilmiş zərər aktına əsasən müəyyən edilməsi xahiş edilmişdir. -4 saylı “SƏYYAR-ASAN Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, “Peugeot Pars” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ mülkiyyətçi-Cavabdeh1 tərəfindən Cavabdeh2 xx.xx.2030-cu ilədək etibar edilmişdir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası «X2» MMC-nin xx.xx.2025-ci il tarixli 97 saylı rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı "xxxx" markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində onun bərpası üçün tələb olunan real xərclərin ümumi dəyəri qeyd olunan tarixdə bazar qiyməti ilə-10174,49 manat olaraq müəyyən edilmişdir İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli sığorta aktından göründüyü xx.xx.2023-cü il tarixdə H.Əliyev prospektində baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi “Peugeot Pars” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəflərindən 11032,50 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Euro Style LTD tərəfindən verilmiş qüsur aktına əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ASC tərəfindən 11032,50 manat müəyyən edilmişdir. Bakı şəhər DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı elektron qərara əsasən, xx.xx.2023-cü il tarixdə H.Əliyev prospektində Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi “Peugeot Pars” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi törədilmiş, yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən "xxxx" markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə ödənilmiş 11032,50 manat məbləğində sığorta ödənişinin 5000 manat məbləğində olan hissəsini “Peugeot Pars” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənilmiş, 6032,50 manat məbləğində sığorta ödənişi isə ödənilməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddiaçı məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Mülki Məcəlləsinin 1108.1. maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta aktına əsasən "xxxx" ASC sığortalı avtomobilin sahibi X1 11032,50 manat sığorta ödənişi ödəmiş və haqlı olaraq 6032.50 manat ziyanı reqress qaydada tələb etmək hüququ ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prossesual Məcəlləsi) 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırda isə iddia tələbindən kənara çıxılması üçün müstasna hal yoxdur. Mülki Məcəllənin; 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.3. maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası «X2» MMC-nin xx.xx.2025-ci il tarixli 97 saylı rəyinə əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi nəticəsində onun bərpası üçün tələb olunan real xərclərin ümumi dəyəri qeyd olunan tarixdə bazar qiyməti ilə-10174,49 manat olaraq müəyyən edilmişdir. Lakin məhkəmə qeyd edir ki, sığorta qanunvericiliyə əsasən köhnəlmə əmsalı yalnız sığorta müqaviləsində nəzərdə tutulduğu halda nəzərə alınmalıdır. “Chery Tiggo 2 Pro minik” markalı, ** HN *** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixli, ********** saylı sığorta müqaviləsində köhnəlmə əmsalının tətbiqi barədə razılaşma (bənd) yoxdur. AR Maliyyə Nazirliyi Kollegiyasının “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2014cü il tarixli qərarının 35-ci bəndinə əsasən, sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda, sığorta ödənişi həyata keçirilərkən bu Qaydaların 35.2-ci bəndində müəyyən edilmiş hallar istisna olmaqla və 35.6-cı bəndi nəzərə alınmaqla, avtomobilin dəyişdirilməli olan hissələrinin və aqreqatlarının bazar dəyərinə köhnəlmə əmsalı tətbiq edilə bilər. Həmin qərarın 35.2-ci bəndinə əsasən, köhnəlmə əmsalı yalnız avtomobilin istehsal tarixindən 2 ildən artıq müddət keçdiyi hallarda tətbiq oluna bilər. Göründüyü kimi zərərdəymiş "xxxx" markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin istehsal ili 2022-ci il olduğundan və istehsal tarixindən 2 ildən artıq vaxt keçmədiyindən köhnəlmə əmsalı tətbiq olunmamalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası «X2» MMC-nin xx.xx.2025-ci il tarixli 97 saylı rəyi əsaslı deyil, iş materiallarında olan Euro Style LTD tərəfindən verilmiş qüsur aktından göstərilən zərər, yəni 11032,50 manat əsas götürülməklə iddiaya hüquqi qiymət verilməlidir. Bundan əlavə 4 saylı “SƏYYAR-ASAN Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnaməyə əsasən, “Peugeot Pars” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ mülkiyyətçi-Cavabdeh1 tərəfindən Cavabdeh2 xx.xx.2030-cu ilədək etibar edilmişdir. Beləliklə, sözügedən yol-nəqliyyat hadisəsi “Peugeot Pars” markalı, ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 tərəfindən deyil, həmin avtomobili etibarnamə əsasında idarə edən Cavabdeh2 tərəfindən törədildiyindən və Cavabdeh1 cavabdeh kimi göstərilməsinin hüquqi əsasları müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdeh qismində yalnız Cavabdeh2 tanınmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 6032,50 manat məbləğində sığorta ödənişi, 81 manat dövlət rüsumu olmaqla, cəmi 6113,50 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30.40 manat dövlət rüsumu ödənilmiş, həmçinin, verilmiş ekspert rəyinə əsasən ekspert tədqiqatının dəyəri 50 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş səksən bir manat dövlət rüsumu Cavabdeh2 aid edilərək ondan tutulmalıdır. Mülki Prosessual Məcəllənin; 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 6032,50 (altı min otuz iki manat əlli qəpik) manat məbləğində sığorta ödənişi, 81 (səksən bir) manat dövlət rüsumu olmaqla, cəmi 6113,50 (altı min yüz on üç manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-124/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-124/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver