Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1240/2023 01.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4 , Cavabdeh X5 və onun vəkili – nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi»nə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 mart 2020-ci il tarixli 12 saylı alqısatqı müqaviləsi üzrə 3595 manat əsas borc və 1805 manat cərimə borcu və 09 mart 2020-ci il tarixli 11 saylı saylı alqı-satqı müqaviləsi üzrə 1524 manat əsas borc və 750 manat cərimə borcu olmaqla cəmi hər iki müqavilə üzrə 7674 manat və 97 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 və X2 İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 09 mart 2020-ci il tarixli 11 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 1824 (bir min səkkiz yüz iyirmi dörd) manat məbləğində kredit üsulu ilə hər ay 127 manat ödəməklə cavabdehə Kondisioner satılmışdır. İddiaçı ilə Cavabdeh2 bağlanmış 30 mart 2020-ci il tarixli 12 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 3595 (üş min beş yüz doxsan beş) manat məbləğində kredit üsulu ilə hər ay 300 manat ödəməklə cavabdehə “Samsung” markalı televizor satılmışdır. Eyni zamanda qeyd olunan müqavilələri üzrə Cavabdeh2 öhdəliklərini təmin etmək məqsədi ilə Cavabdeh1 ilə xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 müqavilələri üzrə borcları ödəməmiş və bunun nəticəsində onun 13 mart 2020-ci il tarixli 12 saylı saylı alqı-satqı müqaviləsi üzrə 3595 manat əsas borc və 1805 manat cərimə borcu, 09 mart 2020-ci il tarixli 11 saylı saylı alqı-satqı müqaviləsi üzrə 1524 manat əsas borc və 750 manat cərimə borcu olmaqla cəmi hər iki müqavilə üzrə 7674 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdəhlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış cərimələr qaytarılmamışdır.Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etdi. Cavabdeh2 iddia tələbinə etiraz verərək bildirdi ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia əsassızdır və iddia tələbini qəbul etmir. İddiaçı istinad etdiyi 9 mart 2020-ci il tarixli və 13 mart 2020-ci il tarixli zaminlik müqavilələrində olan imza ona aid deyildir. Müqavilələri imzalamamış və öhdəlikləri üzərinə götürməmişdir. İddiaçı istinad etdiyi 9 mart 2020-ci il tarixli və 13 mart 2020-ci il tarixli zaminlik müqavilələrinin hər ikisində əsas öhdəlik olaraq “alqı-satqı müqaviləsi” və “kredit” ifadələri işlənsə də, nə müvafiq alqı-satqı müqaviləsi və kredit öhdəliyi üzrə borclunun adı çəkilmiş, nə müvafiq alqı-satqı müqaviləsi və kredit öhdəliyinin tarixi, nə də nömrəsi göstərilmişdir. Bu səbəbdən 9 mart 2020- ci il tarixli və 13 mart 2020-ci il tarixli zaminlik müqavilələri etibarsız hesab olunmalıdır.İddiaçının istinad etdiyi 9 mart 2020-ci il tarixli və 13 mart 2020-ci il tarixli hər iki zaminlik müqaviləsinin 1.1-ci bəndində təminat verilən əsas öhdəlik qismində hansısa alqı-satqı müqaviləsinə istinad olunmuşdur. Hər iki zaminlik müqaviləsinin 1.2.2-ci bəndində həmin zaminlik müqavilələri ilə təminat verilən kreditin qaytarılma tarixi “imzalandığı tarixdən 12 ay müddətinədək” formasında müəyyən olunmuşdur. Əsas öhdəlik qismində istinad olunan alqı-satqı müqavilələrinin tarixi göstərilməmişdir. Lakin hər bir halda alqı-satqı müqavilələrinin tarixini müvafiq zaminlik müqavilələri ilə eyni tarix olaraq nəzərə alarsaq, belə nəticəyə gəlmək olar ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı müvafiq olaraq 9 mart 2021-ci il və 13 mart 2021-ci il tarixlərində başa çatmışdır. Belə olan halda hər iki zaminliyə müvafiq olaraq 9 mart 2022-ci il və 13 mart 2022-ci il tarixlərində xitam verilmişdir. Belə ki,müvafiq tələblə bağlı iddia müddəti ötürülmüşdür və bu səbəbdən İddiaçı Cavabdeh1 qarşı irəli sürdüyü iddia rədd olunmalıdır. Cavabdeh X3 vəkili – nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək cavabdeh X5 ilə eyni məzmunda izahat verərək iddia müddəti tətbiq edərək Cavabdeh1 münasibətdə iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 09 mart 2020-ci il tarixli, 11 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 Əvəz oğlu arasında alqı-satqı müqavilə bağlanmış və cavabdehə 12 ay müddətinə 1824 (bir min səkkiz yüz iyirmi dörd) manat məbləğində kredit üsulu ilə hər ay 127 manat ödəməklə cavabdehə Kondisioner satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1r oğlu arasında bağlanmış 09 mart 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, 09 mart 2020-ci il tarixli, 11 saylı alqı-satqı müqaviləsinin təmini üsulu kimi Cavabdeh1r oğlu ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan 13 mart 2020-ci il tarixli, 12 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 Əvəz oğlu arasında alqı-satqı müqavilə bağlanmış və cavabdehə 12 ay müddətinə 3595 (üş min beş yüz doxsan beş) manat məbləğində kredit üsulu ilə hər ay 300 manat ödəməklə cavabdehə “Samsung” markalı televizor satılmışdır İş materiallarında olan İddiaçı ilə Cavabdeh1r oğlu arasında bağlanmış 13 mart 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, 13 mart 2020-ci il tarixli, 12 saylı alqı-satqı müqaviləsinin təmini üsulu kimi Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, 13 mart 2020-ci il tarixli 12 saylı saylı alqı-satqı müqaviləsi üzrə 3595 manat əsas borc və 1805 manat cərimə borcu olmaqla, cəmi 5400 mant borcu və 09 mart 2020-ci il tarixli 11 saylı saylı alqı-satqı müqaviləsi üzrə 1524 manat əsas borc və 750 manat cərimə borcu olmaqla, cəmi 2280 manat borcu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli, 4/1145 №-li ekspert rəyindən görünür ki, mülki işin 0-cu vərəqəsində olan xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsində “zamin Cavabdeh1 imza” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 09 mart 2020-ci il tarixli, 11 saylı alqı-satqı müqaviləsi və müqaviləsinin təminatı olaraq 09 mart 2020-ci il tarixli zaminlik müqaviləsi, 13 mart 2020-ci il tarixli, 12 saylı alqısatqı müqaviləsi və müqaviləsinin təminatı olaraq 13 mart 2020-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, 09 mart 2020-ci il tarixli, 11 saylı alqı-satq müqaviləsi üzrə hesablanmış 750 manat məbləğində cərimə pulu və 13 mart 2020-ci il tarixli, 12 saylı alqı-satqı müqaviləsi üzrə hesablanmış 1805 manat məbləğində cərimə pulu cavadehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və 09 mart 2020-ci il tarixli, 11 saylı alqı-satq müqaviləsi üzrə bu məbləğ 20 manat, 13 mart 2020-ci il tarixli, 12 saylı alqı-satqı müqaviləsi üzrə bu məbləğ 30 manat məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh2 09 mart 2020-ci il tarixli, 11 saylı alqı-satq müqaviləsindən və 13 mart 2020-ci il tarixli, 12 saylı alqısatqı müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh1 öz öhdəliklərinin icrasını tələb etmək hüququ vardır. Cavabdeh (zamin) Cavabdeh1 məhkəmə iclasında zaminlik müqaviləsinin müddətinin bitməsini bildirsədə bu məhkəmədə öz təsdiqini tapmamış, zaminlik müqaviləsinə xitam verilməsi üçün əsaslar mövcud olmadığından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli, 4/1145 №-li ekspert rəyi zaminlik müqaviləsindəki imza, zamin Cavabdeh1 aid olduğununda iddia bu hissədə də təmin olunmalıdır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 97 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 65,35 manat məbləği cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 12 sentyabr 2023-cü il tarixli, 4/1145 saylı məhkəmə-xətşünaslığa görə 110 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 09 mart 2020-ci il tarixli 11 saylı saylı alqı-satqı müqaviləsi üzrə 1524 manat əsas borc,20 manat cərimə və 13 mart 2020-ci il tarixli 12 saylı alqı-satqı müqaviləsi üzrə 3595 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi hər iki müqavilə üzrə 5169 manat borc və 65,35 manat məbləğində dövlət rüsumu Cavabdeh2 və X2 İddiaçı xeyrinə tutulsun. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 12 sentyabr 2023-cü il tarixli, 4/1145 saylı məhkəmə-xətşünaslığa görə 110 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1240/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1240/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver