Məhkəmə qərarları › İş №e-2(012)-1243/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1243/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1243/2023 11.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq müqaviləsinin ləğvinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış 8919,96 ABŞ dolları əsas, 4490,82 ABŞ dolları lizinq mükafatı, 4420,26 ABŞ dolları dəbbə, cəmi 17831,04 ABŞ dolları borcu və 181 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1895T/14/B saylı X3 Müqaviləsinə əsasən "xxxx" Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən JCB 3CX markalı yükləyici ekskavatoru öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın istifadəsinə vermişdir. Bununla da, Cavabdeh2 öz növbəsində 75928,15 ABŞ dolları məbləğində borcu illik 21% olmaqla, 36 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda, X3 müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. xx.xx.2014-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti olan JCB 3CX markalı yükləyici ekskavatoru Cavabdeh2 təhvil verilmişdir. Cavabdehlər Lizinq Müqaviləsinə 1 saylı Əlavədə (lizinq ödənişləri qrafiki) göstərildiyi kimi, mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bundan sonra, xx.xx.2015-ci il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSCyə təhvil verilmişdir. Nəticədə cavabdehlərin X3 Müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə xx.xx.2015-ci il tarixə 8919,96 ABŞ dolları əsas, 4490,82 ABŞ dolları lizinq mükafatı, 4420,26 ABŞ dolları dəbbə, cəmi 17831,04 ABŞ dolları borcu yaranmışdır. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcunu ödəməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizələrini müdafiə etdiklərini bildirmiş, iddia ərizələrinə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, irəli sürülmüş tələb üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddianın verilməsi müddəti keçdiyindən, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki,aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında bağlanmış 21 fevral 2014-cü il tarixli 1895T/14/B saylı X2 Müqaviləsindən və ona 1 №-li (Lizinq ödənişləri cədvəli) görünür ki, "xxxx" Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən JCB 3CX markalı yükləyici ekskavatoru öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın istifadəsinə vermiş, bununla da Cavabdeh2 öz növbəsində 75928,15 ABŞ dolları məbləğində borcu illik 21% olmaqla, 36 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2015-ci il tarixli Təhvil-təslim aktından görünür ki, lizinq obyekti olan JCB 3CX markalı 10-S937 qeydiyyat nişanlı avtomobil işində heç bir əşya olmadan evakuatorla Elşən Məmmədov tərəfindən dayanacaqda təhvil verilmiş, M.Aslanov oğlu tərəfindən təhvil alınmışdır. Xüsusi qeydlər: açaq var, tex. yox, nömrəsi var, sağ sol güzgülər yoxdur. Mülki iş materiallarında olan "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2014-cü il tarixli Zaminlik müqaviləsindən görünür ki, bu müqavilə üzrə zamin Cavabdeh1 Lizinq alanın - Cavabdeh2 1895T/14/B saylı X2 Müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyi təqdirdə, həmin müqavilədə qeyd olunmuş öhdəliklərinin tamamilə icrasını öz üzərinə götürmüşdür. Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında bağlanmış 21 fevral 2014-cü il tarixli 1895T/14/B saylı X2 Müqaviləsinə əsasən Cavabdeh2 illik 21% olmaqla, 36 ay müddətində 13521.99 ABŞ dolları avans olmaqla, 75928,15 ABŞ dolları məbləğində lizinq verilmişdir. Cavabdeh2 xx.xx.2015-ci il tarixdə lizinq obyekti ehtiyata götürülən zaman X3 müqavləsi üzrə 8919,96 ABŞ dolları əsas, 4490,82 ABŞ dolları lizinq mükafatı, 4420,26 ABŞ dolları dəbbə, cəmi 17831,04 ABŞ dolları borcu vardır. Mülki işin materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, JCB3CX4TC02257697 seriya nömrəli, 2013-cü il buraxılışlı, JCB 3CX markalı, ******* mühərrik nömrəli, sarı rəngli yükləyici ekskavator "xxxx" Lizinq Şirkəti QSC-nin mülkiyyətindədir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli DK-2392 №-li pretenziya məktubundan görünür ki, Cavabdeh2 və Cavabdeh1 borc məbləğinin 3 iş günü ərzində ödənilməsi barədə İddiaçı tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-7.11-ci maddəsinə əsasən, Lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, Lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir.Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çardığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Unileasing” Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1895T/14/B saylı X3 Müqaviləsinə əsasən "xxxx" Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən JCB 3CX markalı yükləyici ekskavatoru öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın istifadəsinə vermişdir. Bununla da, Cavabdeh2 öz növbəsində 75928,15 ABŞ dolları məbləğində borcu illik 21% olmaqla, 36 ay müddətində "xxxx" Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda, X3 müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. xx.xx.2014-cü il tarixli təhvil-təslim aktı ilə lizinq obyekti olan JCB 3CX markalı yükləyici ekskavatoru Cavabdeh2 təhvil verilmişdir. Cavabdehlər Lizinq Müqaviləsinə 1 saylı Əlavədə (lizinq ödənişləri qrafiki) göstərildiyi kimi, mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununla da öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bundan sonra, xx.xx.2015-ci il tarixdə lizinq obyekti "xxxx" Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Nəticədə cavabdehlərin X3 Müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə xx.xx.2015-ci il tarixə 8919,96 ABŞ dolları əsas, 4490,82 ABŞ dolları lizinq mükafatı, 4420,26 ABŞ dolları dəbbə, cəmi 17831,04 ABŞ dolları borcu yaranmışdır. Cavabdehlər bu vaxta qədər borcu ödəməmişlər. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, göründüyü kimi tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, müqavilə şərtləri cavabdehlər tərəfindən icra edilməmiş qalmışdır.Bu əsasda iddia tələbi əsas və mükafat borcu hissəsində əsaslıdır.Dəbbə borcu hissəsində isə cərimənin məbləği isə cavabdeh tərəflərin mənafeləri baxımından azaldıla bilər. Bununla belə, məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh2 arasında 21 fevral 2014-cü il tarixli 1895T/14/B saylı X2 Müqaviləsi 36 ay müddətinə başlanmış,lizinq obyekti isə lizinqalana 21 fevral 2014-cü il tarixdə təhvil verilmiş, cavabdeh tərəfindən isə lizinq obyekti xx.xx.2015-ci il tarixdə geri təhvil verilmişdir.İddiaçı hazırkı iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddiaçı Cavabdeh2 xx.xx.2015-ci il tarixə olan cəmi 17831,04 ABŞ dolları borcunu tələb edir.Hansı ki, iddiaçının tələbetmə hüququ məhz xx.xx.2015-ci il tarixdən yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zaminə münasibətdə tələb irəli sürmə müddəti keçdiyindən və ümumiyyətlə iddia tələbi üzrə qanunda nəzərdə tutulan 3 illik iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbi təmin edilməməlidir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, irəli sürülmüş tələb üzrə qanunvericiliklə nəzərdə tutulan iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə hesablanmış 181 manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması və lizinq müqaviləsinin ləğvi tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon şəhər məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin MİÜMK-na apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar