Məhkəmə qərarları › İş №e-2(012)-1302/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1302/2024

24.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1302/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın tam təmin edilərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 3-cü blokunda ümumi ölçüsü 324 kv.metr qeyriyaşayış sahəsinə dair "xxxx" MMC və Cavabdeh2 arasında 12 may 2007-ci il tarixdə bağlanmış, eləcə də Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 301 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda yerləşən 14 mərtəbəli yaşayış evinin 3-cü blokunda ümumi ölçüsü 216 kv.metr qeyriyaşayış sahəsinə dair "xxxx" MMC və Cavabdeh2 arasında 20 may 2010-cu il tarixdə bağlanmış müqavilələrin ona məxsus həmin yaşayış evinin 3-cü blokunda 116 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X3 küçəsi 1 A ünvanda yerləşən 96 kv.metr qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və bu qeydiyyat əsasında verilmiş xx.xx.2019-cu il tarixli, **********8501-05***-******* reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda hazırki mülki işin məhkəmənin icraatında olan e-2(012)-98/2024 saylı mülki işə birləşdirilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK məhkəmə iclasınının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil hazırki mülki işin məhkəmənin icraatında olan e-2(012)-98/2024 saylı mülki işə birləşdirilməsinin zəruri olduğunu bildirdi. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından və məlumatdan görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK, İddiaçı, X1 və X2 qarşı «özbaşına tikilinin sökülməsi və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə icraat dayandırılmışdır. Həmin iş məhkəmənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hər iki iş üzrə mübahisə predmetləri arasında bağlılıq olduğu üçün işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir və qeyd edir ki, hazırki mülki iş daha əvvəl icraata götürülmüş e-2(012)-98/2024 saylı mülki işlə birləşdirilməlidir. Bu halın nəzərdən keçirilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-803/2024 saylı, xx.xx.2024-cü il qərardadında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı müqavilələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair e-2(012)-1302/2024 saylı mülki iş iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 MTK, İddiaçı, X1 və X2 qarşı «özbaşına tikilinin sökülməsi və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbi ilə bağlı e- 2(012)-98/2024 saylı mülki işlə (hakim E.məmmədov) birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar