Məhkəmə qərarları › İş №e-2(012)-1309/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1309/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1309/2023 19.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh barəsində pul tələbi haqqında kiçik iddialara dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh barəsində pul tələbi haqqında kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 may 2020-ci il tarixli, 21 saylı alqı-satqı müqaviləsi üzrə 1.220 manat əsas borc və 600 manat cərimə borcu olmaqla, cəmi 1.820 manat və 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəsi tərtib edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddələrinin tələblərinə riayət edilməmişdir. Ərizədə ərizəçi İddiaçı Cavabdeh 15 may 2020-ci il tarixli, 21 saylı alqı-satqı müqaviləsi üzrə 1.220 manat əsas borc və 600 manat cərimə borcu olmaqla, cəmi 1.820 manatın onun xeyrinə tutulmasını xahiş etsə də, qeyd olunan borc məbləğinə dair hər hansı bir sübutu - maliyyə arayışını ərizəyə əlavə etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən яризяyя borcun qaytarılması ilə əlaqədar xəbərdarlıq və həmin həmin xəbərdarlığın ъавабдещя чатмасыны тясдиг едян щяр щансы сяняд ялавя олунмамышдыр. Бунунла да мцбащисянин мящкямяйя гядяр (претензийа) гайдада низама салынмасы проседуруна риайят едилмямишдир. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 89.3-cü maddəsinə əsasən məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir; 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir; 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir; 152.1.1 və 152.1.6-cı maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin forma və məzmununa riayət edilmədiyindən və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilmədiyindən İddiaçı Cavabdeh barəsində pul tələbi haqqında kiçik iddialara dair ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İzah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından İddiaçı xx.xx.2022-ci il tarixdə ********** saylı qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 39 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılmalı, qərardadın icrası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh barəsində pul tələbi kiçik iddialara dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı xx.xx.2022-ci il tarixdə ********** saylı qəbzi vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 39 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardadın bu hissədə icrası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar