Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1310/2025 06.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Heydər Əliyev adına X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X2 Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ərazidə Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 22 metr aralı məsafədə Cavabdeh tərəfindən inşa edilmiş əlavə otaq və sanitar qovşağın özbaşına (qanunsuz) tikili hesab edilərək həmin tikilinin sökülməsi və iddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Heydər Əliyev adına X4 (NEZ) üzrə yaradılmış komissiyanın işçi qrupunun üzvləri tərəfindən xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanda yerləşən ərazidə NEZ-ə məxsus neft məhsulları nəql olunan neft boru kəmərlərinin “Mühafizə Zonası”nda vətəndaş Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərindən 22 metr aralı məsafədə “Mühafizə Zonası”nda vətəndaş Cavabdeh tərəfindən fərdi yaşayış evinin qarşısında ona bitişik 6.40 x 2 x 4 metr ölçülərdə əlavə otağın və 3.20 x 1 x 4 metr ölçülərdə sanitar qovşağının inşa olunması faktı aşkar olunmuşdur. Vətəndaş Cavabdeh gördüyü tikinti işlərinin neft məhsulu nəql olunan boru kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyinə görə qanunazidd olduğu və əlavə tikinti işlərinin aparılmaması üçün şifahi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, NEZ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Heydər Əliyev adına X2 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Heydər Əliyev adına X2 xx.xx.2024-cü il tarixli, 83 saylı arayışına əsasən, Heydər Əliyev adına X2 (NEZ) obyektlərinin və kommunikasiyalarının mühafizəsinin gücləndirilməsi, o cümlədən, daimi istifadəsində olan torpaq sahələrinin özbaşına zəbt olunması və qeyri-qanuni tikililərə qarşı mübarizə aparılması üçün daimi fəaliyyət göstərən monitorinq komissiyasının işçi qrupu tərəfindən xx.xx.2024-cü il tarixdə ünvan 1ndə neft məhsulu nəql olunan boru kəmərindən 22 metr aralı məsafədə, Cavabdeh Eynulla oğlu tərəfindən yaşayış evinin qarşısında dam örtüyü vurulmuş əlavə otaq və sanitar qovşağ tikililəri tərəflərindən aşkarlanmış, ərazidən keçən NEZ-ə məxsus boru xətləri haqqında texniki məlumat göstərilmişdir. Belə ki, NEZ-dən 13 nömrəli sahəyə gedən TC-1( reaktiv mühərrik Dş 300 mm) boru xətti, 1970-ci ildən istismardadır. NEZ-dən 13 nömrəli sahəyə gedən dizel (Dş 500 mm) boru xətti, 2009-cı ildən istismardadır. NEZ-dən “Azərkimya” İBə gedən nafta (Dş 250 mm) boru xətti, 2011-ci ildən istismardadır. NEZ-dən “Azərkimya” İB-ə gedən quru qaz (Dş 200 mm) boru xətti, 2011-ci ildən istismardadır. Tikili boruların mühafizə zonasında yerləşir. -Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-29/2-1734/2024 saylı Abşeron rayonu, Xırdalan şəhəri, Z.Mədətov küçəsi (X-389639.01, Y-4478849.90 saylı koordinatlar) ərazisində aparılan tikinti işlərinə dair Abşeron RİH tərəfindən heç bir icazə sənədi verilməmişdir. Məktubda qeyd olunan ünvana baxış keçirilmiş, aparılan tikinti işləri dayandırılmış, tikinti işlərinə dair icazəverici sənədlər əldə olunanadək inşaat işlərinin aparılmasının mümkünsüzlüyü barədə tikinti sahiblərinə xəbərdarlıq olunmuş və qanunsuzluğun təkrarlanmasına yol verilməməsi üçün ünvanlar nəzarətə götürülmüşdür. -Suliddin Məmmədəliyev, Süleyman Əliyev, Ramiz Sədiyev, Səid Məmmədov tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 22/227 saylı aktın surətindən görünür ki, ünvan 1ndə yerləşən ərazidə NEZ-ə məxsus neft məhsulları nəql olunan neft boru kəmərlərinin “Mühafizə Zonası”nda vətəndaş Cavabdeh tərəfindən fərdi yaşayış evinin qarşısında ona bitişik 6.40 x 2 x 4 metr ölçülərdə əlavə otağın və 3.20 x 1 x 4 metr ölçülərdə sanitar qovşağının inşa olunması aşkar edilməsi, qeyd olunan ərazi barədə təqdim olunmuş aidiyyəti sənədlərə əsasən, həmin əlavə otaq və sanitar qovşağı Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin “Mühafizə Zonası”nın 22 metrliyində yerləşməsi, bundan başqa həmin ərazidən Dş-300 mm neft boru kəmərinə paralel Dş-500 mm, Dş-250 mm və Dş-200 mm neft boru kəmərlərinin keçməsi aktı tərtib edənlər tərəfindən təsdiq olunmuşdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətİ DƏDKR PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2- 10871/2025 saylı məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, Heydər Əliyev adına X3 məxsus Dş-300 mm neft boru kəmərindən 22 metr aralı Cavabdeh tərəfindən əlavə otaq və sanitar qovşağı inşa edilmişdir. -AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-10/4904/2025 saylı məktubu ilə məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatında göstərilir ki, qərardadda ekspert qarşısında qoyulmuş sual xüsusi bilik tələb etməməklə hər hansı tədqiqat metodu ilə həll edilmir və tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Eyni zamanda hazırki iş üzrə əldə edilmiş mütəxəssis rəyi işin digər materialları ilə uyğunluq təşkil edir və məhkəmə tərəfindən mübahisəli tikilinin həqiqətən istismar olunan ixrac neft boru kəmərinin mühafizə zonasında yerləşməsini təsdiq edən sübut kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbinə münasibət bildirilməmişdən öncə iddiaçının həmin tələbin qaldırılması üçün subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “... Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli, 844 saylı Fərmanı ilə təsdiq edilmiş "xxxx"nin: 2.1-ci bəndinə əsasən Şirkətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda, quru və dəniz sahələrində neft və qaz yataqlarının axtarışını, kəşfiyyatını, hazırlanmasını, işlənməsini, neftin, qazın, kondensatın hasilatını, nəqlini, emalını, neft-kimya sənayesinin inkişaf etdirilməsini, neft, neft-kimya və qaz məhsullarının paylanmasını, satışını, habelə istehlakçıların müvafiq enerji daşıyıcılarına olan tələbatının sabit və dayanıqlı ödənilməsi sahəsində (bundan sonra — sahə) müasir tələblərə cavab verən rəqabətə davamlı malların, işlərin və xidmətlərin təqdim olunmasını təmin etməkdən və gəlir əldə etməkdən ibarətdir. 2.4-cü bəndinə əsasən şirkət fəaliyyət növlərinin səmərəli həyata keçirilməsini təmin etmək üçün qanunazidd olmadan, aşağıdakılar barədə müstəqil qərar qəbul etmək səlahiyyətinə malikdir: Şirkətin strukturuna daxil olan qurumların illik iş proqramlarının yerinə yetirilməsi haqqında hesabatların təsdiq edilməsi və bu proqramlara uyğun olaraq, onların gəlir və xərclər smetasının müəyyənləşdirilməsi; Şirkətin strukturuna daxil olan qurumların balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnun həyata keçirilməsi, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Şirkətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, habelə təyinatının dəyişdirilməsi; Şirkətin və onun strukturuna daxil olan qurumların istifadəsi üçün ayrılmış torpaqların təyinatı üzrə istifadə edilməsi, bu torpaqlardan istifadə hüquqlarının strukturuna daxil olan qurumlara ötürülməsi və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verilməsi; Şirkətin strukturuna daxil olan qurumların, nizamnamə kapitalındakı səhmlərinin (paylarının) nəzarət zərfi; Şirkətə məxsus olan müəssisələrin yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf və əməyin ödənilməsi normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi; HPBS-nin şərtlərinə əsasən podratçıların Azərbaycan tərəfinə təhvil verdikləri aktivlərin əvəzsiz olaraq mülkiyyətinə qəbul edilməsi, Şirkətin neft-qaz əməliyyatlarında istifadəsini davam etdirmək üçün Şirkətin strukturuna daxil olan qurumların balansına ötürülməsi; Şirkətin strukturuna daxil olan qurumların, səhmləri (payları) Şirkətə məxsus olan birgə müəssisələrin təsis sənədlərinə dəyişikliklərin edilməsi, Şirkətin payının azaldılması, artırılması və özgəninkiləşdirilməsi; xarici ölkələrdə nümayəndəliklərinin və filiallarının açılması, hüquqi şəxslərin yaradılması və bu təsisatlar vasitəsi ilə xaricdə əldə edilmiş aktivlərə münasibətdə sahiblik, istifadə və sərəncam hüquqlarının, habelə Şirkətin strukturuna daxil olan qurumlarda xarici iqtisadi əlaqələrə aid bütün məsələlərin təşkili, baxılması və həllinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, № 695 nömrəli Fərmanının 4.10-cü bəndinə əsasən həmin Məcəllənin .... 95.3-cü... maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Lakin bununla yanaşı məhkəmə hesab edir ki, hazırki iş üzrə Heydər Əliyev adına X2 balansında olan neft boru kəmərinin mühafizə zonasında aparılmış qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməkdə İdarənin subyektiv hüququ mübahisə olunmazdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin və X1 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi ünvan 1 ünvanda Cavabdeh tərəfindən inşa edilmiş əlavə otaq və sanitar qovşaq Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 22 metr aralı məsafədə, yəni neft boru kəmərinin mühafizə zonasında yerləşir. Müəyyən edildiyi kimi, xüsusi şərtlərlə istifadə olunan ərazi zonasında, yəni mühafizə zonasında inşa edilmiş tikili öz mahiyyəti etibarilə qanuni tikili hesab edilə bilməz. Hazırki iş üzrə cavabdeh nəinki lazımi icazələr almadan, üstəlik şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla qeyd edilən inşa edilmiş əlavə otaq və sanitar qovşağı inşa etmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, qeyd edilən tikililər Cavabdeh məxsus deyil və qanunsuz tikilmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqların kateqoriyasında kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqlarının bölgüsü aparılmışdır. 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Göründüyü kimi, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqların tərkibində formalaşan mühafizə zonalarının məqsədi məhz əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Bu kateqoriya torpaqların təyinatı yaşayış üçün sahələrin salınmasını nəzərdə tutmur və müəyyən edilən mühafizə zonasında yaşayış evinin tikintisi mühafizə zonasının əhəmiyyətini sıfra endirir. Bu isə məhz əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından yolverilməzdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar İşdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə ********** saylı qəbz əsasında dövlət büdcəsinə 100 manat dövlət rüsumu və mütəxəssis rəyi üçün 95 manat pul ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunduğundan (məcburi köçkün olduğu üçün) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, 95 manat mütəxəssis tədqiqatının dəyəri isə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair˝ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir”. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçı Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin “Mühafizə Zonası”nda kəmərdən 22 metr aralı məsafədə ünvan 1 ünvanda Cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililər (ünvan 1 ünvanında yerləşən əlavə otaq və sanitar qovşağı) sökülməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Heydər Əliyev adına X3 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin ”Mühafizə Zonası”nda kəmərdən 22 metr aralı məsafədə (neft boru kəmərinin mühafizə zonasında) ünvan 1 ünvanda Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikili (ünvan 1 ünvanında yerləşən əlavə otaq və sanitar qovşağı) sökülsün. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ödənilmiş 95 manat mütəxəssis tədqiqatının dəyəri Cavabdeh tutularaq iddiaçı Heydər Əliyev adına X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1310/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1310/2025
06.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver