Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-14/2024 18.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı «neft kəmərinin mühafizə zonasında qanunsuz tikilinin sökülməsi və kəmərin mühafizə zonasında mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın "Neft Kəmərləri” İdarəsinin istismarında olan Böyükşor-Sumaqyıt Dş-700 mm-lik magistral neft kəmərinin 31.2-ci km-də (39 T 0385640; 4490020), saylı koordinatları üzrə yerləşən ünvanda, kəmərə paralel 1-ci sırada və kəmərdən təqribən 20-25 metr aralı məsafədə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bağlar massivi ünvanında Cavabdeh tərəfindən elə həmin ünvanda aparılan bütün qanunsuz tikinti işlərinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və həmin ünvanda, kəmərin mühafizə zonasında mülkiyyət hüququnu təsdiq edən sənəd olmadan tikinti-quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı səlahiyyətli nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Neft Kəmərləri" İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 31.2-ci km-də, 39 T 0385640: ******* saylı koordinatları üzrə, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 7.9-9.5 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bağlar massivi ünvanında Cavabdeh məxsus bir ədəd fərdi yaşayış evinin və bir ədəd sanitar qovşağının cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 10 manat dövlət rüsumunun və mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 30 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçı SOCAR-ın İddiaçı bank hesabına (“Kapital Bank” Xətai filialı: VÖEN:**********, H/h: AZ33AİİB********************, KOD: 200071, M/H: AZ37NABZ********************, SWİFT: AİİBAZ2X) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, SOCAR-ın “Neft Kəmərləri" İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 31.2-ci km-də, 39 T 0385640; ******* saylı koordinatları üzrə yerləşən ünvanda, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 7.9-9.5 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bağlar massivi ünvanında Cavabdeh tərəfindən bir ədəd fərdi yaşayış evinin və bir ədəd sanitar qovşağının inşa edildiyi xx.xx.2020-ci il tarixdə idarə əməkdaşları tərəfindən aşkar edilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə tərəfindən obyektiv həqiqətə nail olmaqdan ötrü tikinti-texniki ekspertizası təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8099 saylı ekspert rəyindən görünür ki, cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi, ona məxsus fərdi yaşayış evi və sanitar qovşağının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Böyükşor- Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərindən 7.9-9.5 metr məsafələrdə yerləşdiyini nəzərə alaraq, həmin torpaq sahəsinin, onun üzərində inşa edilmiş fərdi yaşayış evinin və sanitar qovşağının Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur. Beləliklə, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın tələbləri pozularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərindən 7.9-9.5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında yerləşən torpaq sahəsinin üzərində fərdi yaşayış evi və sanitar qovşağı inşa edilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı səlahiyyətli nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Neft Kəmərləri" İdarəsinin istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 31.2-ci km-də, 39 T 0385640: ******* saylı koordinatları üzrə, kəmərə paralel 1-ci sırada, kəmərdən təqribən 7.9-9.5 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bağlar massivi ünvanında Cavabdeh məxsus bir ədəd fərdi yaşayış evinin və bir ədəd sanitar qovşağının cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasını xahiş etmişdir. Buna baxmayaraq iddiaçı təşkilat tərəfindən Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin mühafizə zonasında yerləşən Cavabdeh məxsus bir ədəd fərdi yaşayış evinin və bir ədəd sanitar qovşağının iddia ərizəsində qeyd edilmiş koordinatlarda, yəni sözügedən neft kəmərinin 31.2-ci km-də, 39 T 0385640: ******* saylı koordinatları üzrə yerləşməsini təsdiq edən rəsmi sənədlər məhkəməyə təqdim edilməmiş, bundan əlavə həmin tikililərin Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərinin 31.2-ci km-də, 39 T 0385640: ******* saylı koordinatları üzrə yerləşməsi faktı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli, 3-16- 16/2-10/8099 saylı ekspert rəyində öz əksini tapmamışdır. Belə olan halda məhkəmə rəyi nəzərə alaraq qərara gəlir ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş- 700 mm-lik magistral neft kəmərinin 7.9-9.5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və sanitar qovşağı cavabdehin hesabına sökülməli və ərazidən çıxarılmalıdır. AR Sənayə və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən, İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və quraşdırma işləri; bütün növ kol və ağacların basdırılması, yəni məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması və torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması qadağandır. AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanında, eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarında İxrac neft boru kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 manat pul cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab: AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Böyükşor-Sumqayıt Dş-700 mm-lik magistral neft kəmərindən 7.9-9.5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bağlar massivi ünvanında Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi və sanitar qovşağı cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. 10 manat məbləğində dövlət rüsumu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 manat pul Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab: AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-14/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-14/2024
18.03.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver