Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1446/2025 12.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən APPLE MACBOOK AİR 13 markalı kompüter üçün 2475 manat ödənilməmiş hissə, 742,50 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU SX22H4JLWFL İPAD PRO 11-İNCH markalı planşet üçün 1970,04 manat ödənilməmiş hissə, 591,01 manat cərimə borcu olmaqla, ümumilikdə 5778,55 manat pulun və 77,79 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixli müqavilərə əsasən APPLE MACBOOK AİR 13 markalı kompüter və İMEİ KODU SX22H4JLWFL İPAD PRO 11-İNCH markalı planşet atlmış və nəticədə onun 5578,55 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2700 manat (12 ay x 225 manat + 0 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 markalı kompüter üçün ümumilikdə 3127,50 manat olmaqla ondan, 2475 manat ödənilməmiş hissə, güzəşt olunaraq 742,50 manat cərimə borcu, xx.xx.2024ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2150,04 manat (12 ay x 179.17 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU SX22H4JLWFL İPAD PRO 11-İNCH markalı planşet üçün ümumilikdə 2561,05 manat olmaqla ondan, 1970,04 manat ödənilməmiş hissə, güzəşt olunaraq 591,01 manat cərimə borcu yaranmışdır. Cavabdehin 2 müqavilə üzrə cəmi ödədiyi məbləğ 405 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklərini icra etməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və bildirdi ki, müqaviləyə o imza etsə də, iddiaçıdan aldığı malın birində, kompyuterdə qüsur olmuşdur. Bu barədə iddiaçıya vaxtında müraciət etmişdir. Lakin iddiaçı məsələni gecikdirmiş və 14 günlük müddət keçdikdən sonra malın dəyişdirilməsinin mümkün olmadığı bildirilmişdir. Bununla da iddiaçı ilə mübahisə yaranmışdır. Oranın daimi müştərisi olduğu üçün qüsurlu mala görə ondan pul tutula bilməz. Buna görə də həmin hal nəzərə alınmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti alqı-satqı qiyməti 2700 manat (12 ay x 225 manat + 0 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 13 markalı kompüter qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanmış, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti alqı-satqı qiyməti 2150,04 manat (12 ay x 179.17 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU SX22H4JLWFL İPAD PRO 11-İNCH markalı planşet qəbul etmiş və malın qiymətini hissəhissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdəki xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMCyə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən APPLE MACBOOK AİR 13 markalı kompüter üçün 2475 manat ödənilməmiş hissə, 742,50 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU SX22H4JLWFL İPAD PRO 11-İNCH markalı planşet üçün 1970,04 manat ödənilməmiş hissə, 591,01 manat cərimə borcu olmaqla, ümumilikdə 5778,55 manat borcu vardır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixli müqavilələr üzrə hesablanmış 742,50 manat və 591,01 manat cərimə borclarının məbləği azaldılmalı və müvafiq olaraq 5 və 4,96 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixli müqavilələr bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilələrlə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən APPLE MACBOOK AİR 13 markalı kompüter üçün 2475 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU SX22H4JLWFL İPAD PRO 11-İNCH markalı planşet üçün 1970,04 manat ödənilməmiş hissə, 4,96 manat cərimə borcu olmaqla, ümumilikdə 4455 manat pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Malın qüsurlu olması səbəbindən iddiaçıya heç bir borcunun olmaması barədə cavabdehin dəlilləri əsassızdır və iş materialları ilə təkzib olunur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 77,79 manat dövlət rüsumunun 64,55 manat hissəsi Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 2475 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1970,04 manat ödənilməmiş hissə, 4,96 manat cərimə borcu olmaqla, ümumilikdə 4455 manat manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 64,55 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-1446/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1446/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver