Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1453/2025 23.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ƏMDX Maraqlı şəxs2 publik hüquqi şəxsin 4 saylı Ərazi İdarəsinin 1994-cü ilə dair reyestr kitabının 1202 reyestr nömrəsi və 209 inventar nömrəsi ilə qeydiyyata alınmış, Abşeron rayon kəndində yerləşən 17.8 kv.m olan fərdi evə dair sənədlərdə olduğu kimi reyestr kitabında da, əmlakın X1 məxsus olması faktının müəyyən edilməsi, Abşeron rayon Texniki İnventarlaşdırma Bürosunun verdiyi yanvar 2005-ci il tarixli, 2v/1-07 nömrəli reyestr nömrəsinin Abşeron rayon 1 saylı notariat kontorunun X2 adına verdiyi 2/v/1-08 saylı vərəsəlik şəhadənaməsi ilə eyni olduğunun muəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə elektron ərizə ünvanlayaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Maraqlı şəxslər ƏMDX Maraqlı şəxs2 publik hüquqi şəxsin 4 saylı Ərazi İdarəsi və Abşeron rayon Qeydiyat şöbəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina etdiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizədən imtina etdiyi üçün iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, işdən görünür ki, Ərizəçi hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü il tarixində ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair iş üzrə ərizəçinin ərizədən imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Ərizəçi hazırkı mülki iş (2(012)-1453/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılsın. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-1453/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1453/2025
23.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver