Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1479/2023 12.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə «istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanına olan istifadə hüququna 10000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflərin birgə nikahlarından 19 noyabr 2006-cı il təvəllüdlü X2 və 06 fevral 2008-ci il təvəllüdlü X4 adlı iki uşaqları var. Abşeron Rayon Məhkəməsinin 2(012)-371/2021 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında 15 noyabr 2005ci il tarixində bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan 19 noyabr 2006-cı il təvəllüdlü X2 və 06 fevral 2008-ci il təvəllüdlü X1 ataları İddiaçı himayəsində qalması qət edilmişdir. Cavabdeh İddiaçı qarşı evə köçürülmə və istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneçilik törədilməməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 80 №-li evə köçürülməyi və istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneəçilik törədilməməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4335/2021 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Cavabdeh İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yerləşən 80 saylı evə küçürülsün və həmin evdən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneəçilik törədilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-615/2022 saylı qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4047/2022 saylı qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Tərəflər arasında münaqişələr var və davam etməkdədir. Tərəflərin bir evdə yaşamaqları mümkün deyil və çox böyük problemlərə gətirib çıxardacaqdır. Cavabdehlə bir evdə yaşamaqları iddiaçının həyat və sağlamlığını təhlükə altında qoyur. Bundan başqa qeyd etmək istəyir ki, yetkinlik yaşına çatmayan uşaqları da iddiaçı ilə birlikdə yaşayır. Qeyd etdiyi təhlükə uşaqları da gözləyir. Uşaqlar da cavabdehlə birlikdə yaşamaq istəmir. Hətta uşaqların hansı valideynin yanında qalması məsələsinə baxılarkən məhkəmə tərəfindən ekspertiza keçirilmiş və ekspert tərəfindən uşaqların anası olan Cavabdeh psixoloji yardım almasının məqsədəmüvafiq olması qeyd edilmişdir. Buna görə də, cavabdehin istifadə hüququnun kompensasiya ödənilməklə xitam verilməsi üçün iddiaçı məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və ərizəsində bildirdi ki, 15 noyabr 2005-ci il tarixdə o, cavabdeh İddiaçı ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan iki övladları vardır. Artıq onların nikahları pozulmuşdur. İddiaçı onu evə buraxmır. O, məcbur olaraq məhkəmə qaydasında öz pozulmuş hüquqlarını bərpa etmişdir. İddiaçının qeyd etdiyi mübahisəli ev Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan mülkiyyət kimi keçməmişdir. Üstəlik, birgə nikah dövrlərində bu ev əsaslı təmir edilmiş, əlavə inşaat işləri aparılmışdır. Belə, 2009-cu ildə 4 otaq tam olaraq təmir edilmiş, buna ailənin vəsaiti olan 25000 manat sərf edilmişdir. 2016-cı ildə binanın ikinci mərtəbəsi inşa edilmiş və tam şəkildə təmir olunmuşdur. Buna da 50000 manat sərf olunmuşdur. Əlavə olaraq 5000 manat həyətin təmirinə qoyulmuşdur. Beləliklə birgə nikah dövründə evə qoyulmuş 80000 manat pulun 40000 manatı ona aiddir. Bu da o deməkdir ki, evə onun ehtimal olunan mülkiyyət hüququ var. Bir sözlə mübahisəli əmlakda onun payı vardır. Birgə nikah dövründə evin əsaslı tikilməsi və təmir olunması Ali Məhkəmənin qərarında öz əksini tapmışdır. Bu məhkəmə tərəfindən müəyyən edilmiş haldır. Həmçinin son məhkəmə qərarının qəbul edilməsindən və qərarın qüvvəyə minməsindən bir neçə ay keçsə də, iddiaçı onun evə köçürülməyinə süni maneələr yaradır. Artıq hal-hazırki iddiadan müəyyən etmək olar ki, evdə onun 40000 manat payı olduğu halda, cüzi məbləğlə onu evdən çıxarmağa çalışır. Mübahisələndirilən ev qanunsuz tikili olduğundan, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ona görə də o, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmədə iddiaçının izahatına uyğun izahat verdi. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 2(012)-4335/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 80 №-li evə köçürülməsi və həmin evdən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneəçilik törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-615/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Abşeron rayon məhkəməsinin 2(012)-4335/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4047/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-615/2022 nömrəli iş üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 19 noyabr 2006-cı il təvəllüdlü X2 və 06 fevral 2008-ci il təvəllüdlü X4 adlı iki uşaqları vardır. Abşeron Rayon Məhkəməsinin 2(012)-371/2021 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında 15 noyabr 2005-ci il tarixində bağlanmış nikah pozulmuş, birgə nikahlarından olan 19 noyabr 2006-cı il təvəllüdlü X2 və 06 fevral 2008-ci il təvəllüdlü X1 ataları İddiaçı himayəsində qalması qət edilmişdir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-4335/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisə predmeti olan qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürülmüş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı iddia ərizəsində iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etmiş, işin faktiki hallarından göründüyü kimi sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, Şəfiqə Əfəndizadə küçəsində yerləşən 80 saylı evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində rəsmi qaydada qeydiyyata alınmamış, yəni özbaşına tikilidir. Məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, mübahisə predmeti olan daşınmaz əmlak özbaşına tikili hesab olunduğundan,iddiaçı tərəfin iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 228-ci maddəsinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsindən göründüyü kimi,həmin maddə imperativ norma olaraq rəsmi qeydiyyata alınmış yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı münasibətlərin tənzimlənməsini özündə ehtiva edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarına göstərmişdir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Məhkəmə yuxarıda qeyd olunan faktiki halları məcmu halında qiymətləndirərək hesab edir ki,iddia tələbi əsassız olduğundan rədd edilməşidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ünvan 1 ünvanına olan istifadə hüququna 10000 manat kompensasiya ödənilməklə xitam verilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1479/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1479/2023
12.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver