Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1501/2024 18.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Mİ True Earphones 2 markalı qulaqlıq, Philips markalı epilyator, Mİ X7 Lite markalı qulaqlıq üçün 26,6 manat ödənilməmiş hissə, 2,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********67403 olan Xiaomi Mİ 11 Lite markalı telefon üçün 169,09 manat ödənilməmiş hissə, 16,91 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Loft markalı dolab, Loft markalı çarpayı, Loft markalı tumba, matras üçün 467,04 manat ödənilməmiş hissə, 46,96 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann markalı kombi üçün 285,96 manat ödənilməmiş hissə, 28,04 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 3 ədəd Demir Döküm markalı panel radiatoru, Texnogaz markalı qaz requlyator, 6 ədəd Hoffmann markalı seksiya üçün kran üçün 73,27 manat ödənilməmiş hissə, 7,73 manat cərimə olmaqla, ümumilikdə, 1124 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,24 manat pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında göstərdi ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, Mİ True Earphones 2 markalı qulaqlıq, Philips markalı epilyator, Mİ X7 Lite markalı qulaqlıq, İmei kodu **********67403 olan Xiaomi Mİ 11 Lite markalı telefon, Loft markalı dolab, Loft markalı çarpayı, Loft markalı tumba, matras, Hoffmann markalı kombi, 3 ədəd Demir Döküm markalı panel radiatoru, Texnogaz markalı qaz requlyator, 6 ədəd Hoffmann markalı seksiya üçün kran almış və nəticədə 1124 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 433,8 manat olan Mİ True Earphones 2 markalı qulaqlıq, Philips markalı epilyator, Mİ X7 Lite markalı qulaqlıq üçün 26,6 manat ödənilməmiş hissə, 2,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1031,4 manat olan İmei kodu **********67403 olan Xiaomi Mİ 11 Lite markalı telefon üçün 169,09 manat ödənilməmiş hissə, 16,91 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1415,04 manat olan Loft markalı dolab, Loft markalı çarpayı, Loft markalı tumba, matras üçün 467,04 manat ödənilməmiş hissə, 46,96 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 962,88 manat olan Hoffmann markalı kombi üçün 285,96 manat ödənilməmiş hissə, 28,04 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 897,24 manat olan 3 ədəd Demir Döküm markalı panel radiatoru, Texnogaz markalı qaz requlyator, 6 ədəd Hoffmann markalı seksiya üçün kran üçün 73,27 manat ödənilməmiş hissə, 7,73 manat cərimə olmaqla, cəmi 1124 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3311,2 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 22428009 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Mİ True Earphones 2 markalı qulaqlıq, Philips markalı epilyator, Mİ X7 Lite markalı qulaqlıq almış və onların qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 23177319 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İmei kodu **********67403 olan Xiaomi Mİ 11 Lite markalı telefon almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 094554 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Loft markalı dolab, Loft markalı çarpayı, Loft markalı tumba, matras almış və onların qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Hoffmann markalı kombi almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh 3 ədəd Demir Döküm markalı panel radiatoru, Texnogaz markalı qaz requlyator, 6 ədəd Hoffmann markalı seksiya üçün kran almış və onların qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 26,6 manat ödənilməmiş hissə, 2,4 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 169,09 manat ödənilməmiş hissə, 16,91 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 467,04 manat ödənilməmiş hissə, 46,96 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 285,96 manat ödənilməmiş hissə, 28,04 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 73,27 manat ödənilməmiş hissə, 7,73 manat cərimə olmaqla, ümumilikdə, 1124 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 22428009 saylı, xx.xx.2021-ci il tarixli, 23177319 saylı, xx.xx.2021-ci il tarixli, 094554 saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilələr bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2021-ci il tarixli, 22428009 saylı, xx.xx.2021-ci il tarixli, 23177319 saylı, xx.xx.2021-ci il tarixli, 094554 saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkətin məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 31,24 manat da cavabdehdən alınmalı və iddiaçı şirkətə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, 22428009 saylı müqaviləyə əsasən, Mİ True Earphones 2 markalı qulaqlıq, Philips markalı epilyator, Mİ X7 Lite markalı qulaqlıq üçün 26,6 manat ödənilməmiş hissə, 2,4 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23177319 saylı müqaviləyə əsasən, İmei kodu **********67403 olan Xiaomi Mİ 11 Lite markalı telefon üçün 169,09 manat ödənilməmiş hissə, 16,91 manat cərimə, xx.xx.2021-ci il tarixli, 094554 saylı müqaviləyə əsasən, Loft markalı dolab, Loft markalı çarpayı, Loft markalı tumba, matras üçün 467,04 manat ödənilməmiş hissə, 46,96 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən, Hoffmann markalı kombi üçün 285,96 manat ödənilməmiş hissə, 28,04 manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən, 3 ədəd Demir Döküm markalı panel radiatoru, Texnogaz markalı qaz requlyator, 6 ədəd Hoffmann markalı seksiya üçün kran üçün 73,27 manat ödənilməmiş hissə, 7,73 manat cərimə olmaqla, cəmi 1124 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,24 manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1501/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1501/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver