Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1520/2023 16.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 21176266 saylı müqavilə üzrə 287.5 manat əsas, 71.5 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23180419 saylı müqavilə üzrə 562.8 manat əsas, 124.2 manat cərimə, xx.xx.2021-ci il tarixli, 24042257 saylı müqavilə üzrə 1124.7 manat əsas, 292.3 manat cərimə, xx.xx.2021-ci il tarixli, 026582 saylı müqavilə üzrə 943 manat əsas, 243 manat cərimə və xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 1716 manat əsas, 390 manat cərimə olmaqla, ümumilikdə, cəmi 5755 manat borc və 75.55 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli, 21176266 saylı, xx.xx.2021-ci il tarixli, 23180419 saylı, xx.xx.2021-ci il tarixli, 24042257 saylı, xx.xx.2021-ci il tarixli, 026582 saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilələrə əsasən, “İphone 11 Pro” markalı telefon, 2 ədəd “sticker Baseus İphone”, “X2”, “X3”, “Hoffmann Siac” kondisioner, “Dell” kompüter, “Gorenge” mikrodalğalı soba, “Toshiba” paltaryuyan və “Apple Watch” almış və nəticədə, 5755 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə, xx.xx.2020-ci il tarixli, 21176266 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 3626.5 manat (15 ay x 238.9 manat + 43 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 359 manat olmaqla ondan, 287.5 manat ödənilməmiş hissə, 71.5 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli, 23180419 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 643.2 manat (24 ay x 26.8 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 687 manat olmaqla ondan, 562.8 manat ödənilməmiş hissə, 124.2 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli, 24042257 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1351.8 manat (18 ay x 75.1 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 1417 manat olmaqla ondan, 1124.7 manat ödənilməmiş hissə, 292.3 manat dəbbə pulu; xx.xx.2021-ci il tarixli, 026582 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1060.92 manat (18 ay x 58.94 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 1186 manat olmaqla ondan, 943 manat ödənilməmiş hissə, 243 manat dəbbə pulu və xx.xx.2021-ci il tarixli, ******* saylı müqaviləyə əsasən isə alqı-satqı qiyməti 1816.92 manat (18 ay x 100.94 manat + 0 manat ilkin ödəniş) əşya üçün ümumilikdə, 2106 manat olmaqla ondan, 1716 manat ödənilməmiş hissə, 390 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3865.34 manat təşkil edir. Cavabdehlə bağlanmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21176266 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 238.9 manat ödəniş etməklə almışdır. -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 23180419 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 26.8 manat ödəniş etməklə almışdır. -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 24042257 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 75.1 manat ödəniş etməklə almışdır. -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 026582 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 58.94 manat ödəniş etməklə almışdır. -Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 100.94 manat ödəniş etməklə almışdır. -Təhvil-təslim aktlarından görünür ki, cavabdeh müqavilələrə əsasən əşyaları İddiaçı MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Maliyyə arayışından görünür ki, alıcının xx.xx.2020-ci il tarixli, 21176266 saylı müqavilə üzrə 287.5 manat əsas, 71.5 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23180419 saylı müqavilə üzrə 562.8 manat əsas, 124.2 manat cərimə, xx.xx.2021-ci il tarixli, 24042257 saylı müqavilə üzrə 1124.7 manat əsas, 292.3 manat cərimə, xx.xx.2021-ci il tarixli, 026582 saylı müqavilə üzrə 943 manat əsas, 243 manat cərimə və xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 1716 manat əsas, 390 manat cərimə olmaqla, ümumilikdə, cəmi 5755 manat borcu yaranmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehə müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, İddiaçı MMC - adlı qurum VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2020-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1141, ünvan 1ron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Fatmayı ərazi dairəsi, Fatmayı kəndi, Q.Qarayev küçəsi, 54 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən müqavilələr üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış xx.xx.2020-ci il tarixli, 21176266 saylı müqavilə üzrə 287.5 manat ödənilməmiş hissə üzrə hesablanmış 71.5 manat cərimənin azaldılaraq 5 manat, xx.xx.2021-ci il tarixli, 23180419 saylı müqavilə üzrə 562.8 manat ödənilməmiş hissə üzrə hesablanmış 124.2 manat, xx.xx.2021-ci il tarixli, 24042257 saylı müqavilə üzrə 1124.7 manat ödənilməmiş hissə üzrə hesablanmış 292.3 manat, xx.xx.2021-ci il tarixli, 026582 saylı müqavilə üzrə 943 manat ödənilməmiş hissə üzrə hesablanmış 243 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 1716 manat ödənilməmiş hissə üzrə hesablanmış 390 manat cərimələrin isə azaldılaraq hər birinin 20 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 75.55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq, 62 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalıq qalan 13.55 manat dövlət rüsumu məbləği isə iddiaçıya aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli, 21176266 saylı müqavilə üzrə 287.5 manat əsas, 5 manat cərimə, xx.xx.2021-ci il tarixli, 23180419 saylı müqavilə üzrə 562.8 manat əsas, 20 manat cərimə, xx.xx.2021-ci il tarixli, 24042257 saylı müqavilə üzrə 1124.7 manat əsas, 20 manat cərimə, xx.xx.2021-ci il tarixli, 026582 saylı müqavilə üzrə 943 manat əsas, 20 manat cərimə və xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 1716 manat əsas, 20 manat cərimə olmaqla, ümumilikdə, cəmi 4719 manat borc və 62 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissələrdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, 21176266 saylı müqavilə üzrə 287.5 (iki yüz səksən yeddi manat əlli qəpik) manat əsas, 5 (beş) manat cərimə, xx.xx.2021-ci il tarixli, 23180419 saylı müqavilə üzrə 562.8 (beş yüz altmış iki manat səksən qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli, 24042257 saylı müqavilə üzrə 1124.7 (min yüz iyirmi dörd manat yetmiş qəpik) manat əsas, 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli, 026582 saylı müqavilə üzrə 943 (doqquz yüz qırx üç) manat əsas, 20 (iyirmi) manat cərimə, xx.xx.2021-ci il tarixli, ******* saylı müqavilə üzrə 1716 (min yeddi yüz on altı) manat əsas, 20 (iyirmi) manat cərimə olmaqla, ümumilikdə, cəmi 4719 (dörd min yeddi yüz on doqquz) manat borc və 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov